Metroda və yolda xalalar və yaşlı kişilər məni görəndə - TopicsExpress



          

Metroda və yolda xalalar və yaşlı kişilər məni görəndə təpədən-dırnağa süzürlər. Birinci başıma baxıb üzlərini turşudurlar, sonra da aşağı baxanda şortikimi görüb lap dəli olurlar. Camaatın baxışlarında elə aqressi var ki, bəhanə axtarırlar ki, tutub məni döysünlər. Özüzə elə süzürlər ki, adamı elə bil mən bunların qızına elçi gəlmişəm, bular da mənə pis-pis baxıb deyir ki, "İndi bizim gül kimi qızımızı bu ibnə istəyir?". Aqressiyalarını qətiyyən başa düşə bilmirəm. Evdə və cəmiyyətdə qarşılaşdıqları problemləri anti-demookratik şərait olduğu üçün deyə bilmirlər, qalır içlərində, partlayırlar və öz zəhərlərini kiməsə tökməyə bəhanə axtarırlar. Gözlərinə qıcıq olduqları tip - mənim kimi - dəyən kimi də bütün dərd-sərlərini, problemlərini o iyrənc, aqressiv, kobud və təhqiredici şəkildə üstümə töküb dodaqaltı nəsə söyüşlər mızıldanırlar. Cavan insanları belə görəndə ümumiyyətlə yazığım gəlir, qoca heç olmasa ölüb gedəcək, bu cavan da belədirsə deməli o qoca öz düşüncə qabiliyyətini ona da yeridib, onun da beynini yuyub və o da öz uşağına bunu təkrar edəcək.
Posted on: Fri, 21 Jun 2013 18:47:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015