Milli Şuranın vahid namizədlə bağlı 19 avqust tarixli - TopicsExpress



          

Milli Şuranın vahid namizədlə bağlı 19 avqust tarixli prinsipial və tarixi qərarı dəstəklənir: Rüstəm İbrahimbəyov: "Ehtiyat namizədin müəyyənləşdirilməsi düzgün strategiyadır və bunu dəstəkləkləyirəm. Şahvələd Çobanoğlu: "Son sessiyada iştirak etsəydim, yenə buna səs vermiş çoxluqla birlikdə olacaqdım. Milli Şurada əksəriyyət seçkiyə vahid namizədlə getməyin üstünlüyünü anlayır. Milli Şura həm də buna görə yaradılıb. Yoxsa Milli Şuranın varlığı da mənasını itirmiş olar, ən başlıcası, seçkilərə də ən uğurlu variantla getdiyimizi iddia edə bilmərik. Məncə, yekdilliklə qərar verib, seçkidə Milli Şuranın vahid namizədlə iştirakını ən tez zamanda təmin etməliyik" Turqut Qəmbər :"Milli Şuranın sessiyası ən qısa zamanda kecirilməlidir. Ehtiyat namizəd ən qısa zamanda secilib xalqa təqdim olunmalıdır. Buna qarşı olanlar bir mənalı şəkildə sabotajla məşğul olurlar, məqsədli ve ya məqsədsiz rejimin xeyrinə işləyirlər". Ülvi Həsənli: "Gənclər olaraq Milli Şuranın seçkilərdə yalnız vahid namizədlə iştirak edərək uğur qazanacağını gözləyirik. Cəmiyyətin də bizdən gözləntisi budur. Rüstəm İbrahimbəyovun da vahid namizədliyi müəyyənləşən zaman da cəmiyyət vahid namizədin irəli sürülməsindən ruhlanmışdı. Ona görə gənclər, ziyalılar olaraq Milli Şuranın son sessiyasında ehtiyat vahid namizədlə bağlı qərarın qəbul edilməsinə təkid etdik. Düşünürük ki, Milli Şura yalnız vahid namizədlə seçkiyə qatılacağı təqdirdə uğur qazana bilər".
Posted on: Wed, 21 Aug 2013 05:32:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015