Misir olayları gündəmdədir. Dəyişikliklər arzusunda, - TopicsExpress



          

Misir olayları gündəmdədir. Dəyişikliklər arzusunda, ərəfəsində olan cəmiyyətlərə bu olaylar daha böyük maraqla qarşılanır təbii ki. Biz də o sıradanıq. Cəmiyyətə yeniliklər gətirmək istəyənlərin durumu ilə bağlı Makiavellli belə deyirdi: Onlar bilməlidirlər ki, köhnə qaydaları yeniləri ilə əvəz etməkdən daha təhlükəli bir şey yoxdur. Bu addımı atan hər kəsi köhnə qaydalardan razi olanların düşmənçiliyi və yeni qayda tərəfdarlarının soyuq münasibəti gözləyir. Soyuq münasibət bir tərəfdən onunla şərtlənir ki, onlar rəqibdən qorxurlar, rəqibin tərəfində köhnə qaydalar, güc var. Digər tərəfdə insanların inamsızlığı faktoru dayanır: onların qəti inamının yaranması üçün yeni qaydalar uzun illərin təcrübəsində özünü doğrultmalıdır, buna zaman lazımdır. Bu zaman içində köhnəlik tərəfdarları hərəkət etmək üçün ilk imkanı görüncə amansız hücuma keçirlər, halbuki yeniliyin tərəfdarları həmin an ölüvay müqavimət göstərirlər. Odur ki, onlara arxalanmaq özünü təhlükəyə atmaq deməkdir. Bu işdən lazımi səviyyədə baş çıxarmaq üçün ilk növbədə məlum olmalıdır: yenilikçilər kifayət gücə malikdir ya kənardan köməyə möhtacdırlar? Başqa sözlə, öz ideyalarını həyata keçirmək üçün kənardan kömək axtaracaqlar, ya bunun üçün lazım olan qüvvəni özləri tətbiq edə biləcəklər? Birinci halda onların şansı çox azdır. İkinci halda, yəni mübarizə üçün kifayət qədər gücləri varsa, uğur haradasa yaxınlıqda olacaqdır. Elə buna görə, güclü ordusu olan peyğəmbərlər qalib gəlmiş, ordusuzlar isə məhv olmuşlar. Həm də nəzərə alınmaldır ki, yeniliklərə inam məsələsində insan təbiəti tərəddüd edər: onları öz dediklərinə inandıra bilərsən, amma bu inamın sınağa çəkildiyi ilk andaca geri çəkiləcək, əks cəbhəyə keçəcəklər, bu zaman inamı saxlamaq üçün yetərli gücün olmalıdır. P.S. Misir hadisələri bariz nümunə oldu.
Posted on: Thu, 04 Jul 2013 08:11:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015