Müvəqqəti nigah (Siğə) II hissə Rəhmli və - TopicsExpress



          

Müvəqqəti nigah (Siğə) II hissə Rəhmli və Mərhəmətli Allahın adı ilə! QURAN MÜVƏQQƏTİ NİGAH BARƏDƏ NƏ DEYİR Müqəddəs Quran kişiyə yalnız öz arvadı və cariyələri ilə cinsi əlaqəyə girməyi icazə verir: «O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6) «Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mömin cariyələrdən (kənizlərdən) alsınlar…» (ən-Nisa, 25). Müvəqqəti nigah bağlayan qadın nə zövcə, nə də cariyə adlanmır. Ona icarəyə götürülən qadın (“mustacirə”) deyilir. Zurara rəvayət edir ki, o, imam Cəfər əs-Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsail əş-Şiə”, 14/446-447) Rafizi alim Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın –icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“Cəvahir əl-Kəlam”, 30/192 və 202-203) Cariyə – cihad zamanı əsir götürülən qul qadındır. İcarə edilən qadın isə azad da ola bilər. Təkcə bu fakt onu cariyələr sırasından xaric edir. Barələrində Quranda danışılan zövcələrə gəldikdə isə, Allahın onlara aid etdiyi çoxsaylı qanunlar sübut edir ki, icarə edilən qadınlar istənilən halda onlara adi deyil. Əgər Allah övrət yerlərini zövcələrdən və cariyələrdən başqa bütün qadınlardan qorumağı buyurursa, bu o deməkdir ki, cinsi əlaqəyə görə qadını icarə etmək olmaz. Quran övrətlər üçün mirasdan pay təyin edir: «(Ey kişilər!) Əgər (vəfat etmiş) övrətlərinizin uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dördə biri sizə çatır. Əgər sizin uşaqlarınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır…» (ən-Nisa, 12) İcarə edilən qadın vərəsəlik hüququndan məhrumdur: Əhməd bin Məhəmməd rəvayət edir ki, imam Əbu əl-Həsən Rza deyib: “Müvəqqəti nigahı əvvəlcədən kəsilmiş şərtdən asılı olaraq, həm vərəsəlik hüququ ilə, həm də onsuz bağlamaq olar” Məhəmməd bin Müslim rəvayət edir ki, o, imam Cəfərdən müvəqqəti nigah zamanı veriləcək mehrin qədəri haqqında soruşanda o, deyib: “Öz aralarında danışdıqları qədər… Əgər onlar vərəsəlik barədə razılığa gəlsələr, buna də əməl etməlidirlər”. Səid bin Yasər rəvayət edir ki, o, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadınla vərəsəlik haqqında heç nə şərtləşməyən kişi haqqında soruşur. İmam deyir: “Danışılıb, ya yox– onların buna ixtiyarları çatmır” (əl-Hur əl-Amili, “Vəsail əş-Şiə”, fəsil 18, müvəqqəti nigah və şərtləri barədə; əl-Xomeyni,“Zubdat əl-Əhkam”, səh. 248; Mirzə ən-Nuri, “Cəvahir əl-Kəlam”, 30/190; əl-Həsən əl-Hulyi, “Təbsira əl-Mutəallimin fi Əhkam”,səh.258) Diqqət yetirin ki, rafizilərin sözlərini nöqsansız və düzgün saydıqları imam Rza və Cəfər arasında ziddiyət var. Bundan başqa, imam Cəfərin özünün iki müxtəlif fikri olub. Quran nigaha boşanma ilə son qoyulmasını tələb edib (eyni qadınla) üç dəfə boşandıqdan sonra yenidən evlənməyi qadağan edir: «(Ya Peyğəmbər!) Örvətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın… » (ət-Talaq,1) «Talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir… Əgər kişi övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman qadın başqa ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz…» (əl-Bəqərə, 229-230) Müvəqqəti nigaha boşanmadan son qoyulur: Zurarə rəvayət edir ki, Əbu Cəfər müvəqqəti nigah barədə deyib: “Onun müddəti bitdikdə boşanmadan ayrılmaq lazımdır” (Bax. Şeyx Mirzə əl-Nuri, “Müstədrak əl-Vəsail”, 14/473, hədis 2) Əli bin Cəfər rəvayət edir ki, qardaşı imam Musadan kişinin bir qadınla neçə dəfə müvəqqəti nigaha girə bilməsi haqda soruşduqda o deyib: “Nə qədər istəsən” (Bax: “Vəsail əş-Şiə”, 14/480, hədis 3,14/466-470; ət-Tusi, “Təhzib əl-Əhkam”, 8/33-34; Abdullah Niam, “Ruh ət-Təşəyyu”) Bütün bunlar sübut edir ki, müvəqqəti nigah bağlanılan qadınların Allahın Kitabında barələrində danışılan qadınlara aidiyyatı yoxdur. Quran arvadı ilə cinsi əlaqədə olmuş kişiyə boşanarkən onu kəbin haqqından məhrum etməyi icazə vermir. Əgər onlar buna qədər boşansalar onda qadına haqqın yarısı çatır: «Kəbin haqlarını təyin etmiş qadınları yaxınlıq etmədən əvvəl boşarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!...» (əl-Bəqərə, 237) «Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!» (ən-Nisa, 20) Kişi qadına verəcəyi haqqın bir hissəsini verməyə bilər: Ömər bin Xanzələ imam Cəfərdən soruşur: “Mən qadınla bir aylıq evlənmişdim. O, mənim yanıma bu ayın yalnız müəyyən hissəsini gəlirdi”. O dedi: “O səndən nə qədər kəsibsə, sən də onun haqqından bir o qədər kəs, ancaq qanaxma günlərini sayma. Onlar ona bağışlanır” (“Vəsail əş-Şiə”, 14/481-482, fəsil 27) Quran boşanmış ər-arvada, əgər arvad bundan sonra başqa kişiyə ərə gedib boşanıbsa, yenidən həmin kişi ilə evlənməyə icazə verir: «Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hökmlərini yerinə yetirəcəklərinə inamları olduğu tədqirdə, (həmin qadının əvvəlki əri ilə) təkrar evlənmsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hökmlərdir...» (əl-Bəqərə, 230) Müvəqqəti nigahın müddəti qurtardıqdan sonra qadın daimi nigahda olduğu əvvəlki ərinin yanına qayıda bilməz. Məhəmməd bin Müslim rəvayət edir ki, ya imam Cəfərdən, ya da imam Baqirdən soruşurlar: “Kişi öz arvadından üç dəfə boşanıb. Sonra başqa kişi onunla müvəqqəti nigah bağlayır. Əvvəlki əri onunla yenidən evlənə bilər?” O, cavab verir: “Yox” (Əl-Küleyni, “əl-Kafi”, 5/425, hədis 2) Quran ər-arvada məhəbbət və anlaşma şəraitində yaşamağı tövsiyə edir: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…» (ər-Rum, 21) İcarə edilmiş qadına ehtram bəsləmək vacib deyil. Əl-Qasım bin Məhəmməd deyir ki, kimsə (!) ona imam Cəfərdən bir cinsi akt müddətinə nigah bağlamağın mümkünlüyü barədə soruşduqda onun belə cavab verdiyini rəvayət edib: “Olar. Amma kişi, cinsi əlaqədən sonra üzünü qadından çevirməlidir ki, onu görməsin” (“Vəsail əş-Şiə”, 14/479-480, fəsil 25) Qurana əsasən kişi qadını evlə təmin etməlidir: «Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin…» (ət-Talaq, 6) İcarə edilmiş qadın öz evində yaşayır. İshaq bin Əmmar imam Rzadan soruşur: “Qadın müvəqqəti nigaha girərkən öhdəlik götürür ki, o hər gün gəlib öz vəzifəsini yernə yetirəcək… Kişi, qadının onun yanına gəlmədiyi günlərə görə onun haqqını kəsə bilərmi?” O cavab verir: “Bəli” (“Vəsail əş-Şiə”, 14/481-482, fəsil 27) Quran dörddən artıq qadınla evlənməyi qadağan edir: «… o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə nigah bağlayın!…» (ən-Nisa, 3) Müvəqqəti nigahı isə eyni zamanda istnənilən sayda qadınla bağlamaq olar. Əbu Basır rəvayət edir ki, imam Cəfərdən dörd qadınla kifayətlənməyin vacibliyi bərədə soruşublar. O deyib: “Nə dörd, hətta yetmişlə” (“Vəsail əş-Şiə”, fəsil 4) Quran təyin edilmiş İDDƏ müddəti bitdikdən sonra boşanmağa icazə verir. «Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər – başqa ərə getməyib) gözləməlidirlər» (əl-Bəqərə, 228) «Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur» (əl-Əhzab, 49) «Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər» (əl-Bəqərə, 234) Müvəqqəti nigahlarda İDDƏ müddəti şəriətə uyğun nigahlardakından iki dəfə qısadır. İmam Rza rəvayət edir ki, Əbu Cəfər deyib: “Müvəqqəti nigah zamanı İDDƏ müddəti 45 gündür. Ehtiyat üçün 45 gecə gözləmək olar”. Zurara rəvayət edir ki, Əbu Cəfər deyib: “Əgər onda aybaşı olursa, o zaman İDDƏ – bir aybaşı müddəti, olmursa – 45 gündür”. Əli bin Yaktın rəvayət edir ki, imam Rza deyib: “Əgər qadınla müvəqqəti nigah bağlamış kişi ölübsə, o zaman qadın 45 gün gözləməlidir”. Əli bin Ubeydullah rəvayət edib ki, onun atası kimdənsə (!) imam Cəfərin müvəqqəti nigahda olan, əri ölmüş qadının nə qədər gözləməli olduğu haqda soruşduqda onun belə cavab verdiyini eşidib: “65 gün” (“Vəsail əş-Şiə” 14/473, fəsil 22). Quran ərdə olan qadınla evlənməyi qadağan edir. «(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi) (ən-Nisa, 24) Kişi ərdə olduğunu gizlədən qadınla müvəqqəti nigah bağladığına görə məsuliyyət daşımır. Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457) Fazil imam Cəfərə deyib: “Mən, qadınla müvəqqəti nigah bağladım və mənə elə gəldi ki, onun əri var. Mən onun haqqında öyrəndim və aydın oldu ki, həqiqətən, onun əri var”. O dedi: “Sən onun barəsində niyə öyrənirdin ki?” Mehran bin Məhəmməd rəvayət edir ki, kimlərsə (!) ona imam Cəfərə– “Bir kişi müvəqqəti nigah bağlayarkən qadından ərinin olub-olmadığını soruşur”– deyəndə, onun belə dediyini çatdırıblar: “O, bunu niyə soruşurdu ki?” (“Vəsail əş-Şiə”, 14/456-457; əl-Məclisi, “Bihar əl-Ənvar”, 100 və ya 103/10)
Posted on: Sun, 26 Jan 2014 07:01:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015