Məlumatı M.Balaşovla Ş. İsayevin birgə yazdıqları OĞUZ - TopicsExpress



          

Məlumatı M.Balaşovla Ş. İsayevin birgə yazdıqları OĞUZ ELİ ANZOV kitabındandı COĞRAFİ ŞƏRAİT. TƏBİİ EHTİYATLAR. Anzov kəndi Talış silsilə dağlarının qərb qurtaracağında, maili dağ yamaclarının ətəyində yerləşir. Kənd ərazisi şimal tərəfdən Qaraçay, cənubdan təxminən 3km uzunluğunda gədiklə əhatə olunub. Şərqdən Hamarkənd kəndi, qərbdən isə Seyidlər və Osnaqaran kəndi ilə həmsərhəddir. Kəndin iqlimi Yardımlıya və cənub bölgəsinin dağlıq hissəsinə məxsus sərt kontinental iqlimə uyğundur. Ərazi üçün demək olar ki,bütün fəsillər xarakterikdir. Burada payız və qış fəsillərinin iqlimi Naxçıvanın quru və sərt iqliminə oxşayır. Bu iqlimsə Türkiyənin, hətta Yunanıstanın cənubundakı ərazilərin iqliminə bənzəyir. Burada yayda orta temperatur 20-24 dərəcə Selsi, qış aylarında isə orta temperatur 3-5 dərəcə Selsidir. İllik yağıntının miqdarı 300- 700 mm-dir. Ərazi region üçün xarakterik olan Talış seysmik zonasına daxildir. Tez-tez qeyd olunan xırda təkanlarla bərabər ərazidə dağıdıcı gücə malik zəlzələlər də özünü göstərmişdir. Belə zəlzələlərdən biri ümumilikdə rayon ərazisi daxil olmaqla 1998-ci ilin iyul ayının 9-da, saat 19_23-də Bakıdan 240 km cənubda, Talış dağlarında 6,5 bal gücündə özünü göstərmişdir. Bu, Yardımlı tarixində misli görünməmiş hadisə olmuşdur. Bütün kəndlər də da- xil olmaqla rayon üzrə 10 şəxsi ev tamam uçmuş, 265 ev qəza vəziyyətinə düşmüş, 1100 ev ciddi, 1500 ev isə qismən zədə almışdır. Sosial obyektlərə də külli miqdarda ziyan dəymişdir. 62 təhsil, 10 səhiyyə obyekti, 9 mədəniyyət müəssisəsi, digər ictimai binalar zədələnmişdir. İlk əvvəllər kəndin torpaq ehtiyatı geniş əraziləri əhatə etmişdir. Əhaliyə məxsus olan torpaq sahəsi təxminən 400 hektara yaxın olmuş, kolxozlaşma dövründə isə bu ərazi 360 hektar civarında qalmışdır. Coğrafi şəraitə görə kəndin mərkəzi hissəsi ərazinin quzey hissəsində yerləşmişdir. Təxminən 250-300 il bundan qabaq kənd əhalisinin əksəriyyətinin maldarlıqla, o cümlədən qoyunçuluqla məşğul olduğdnu nəzərə alsaq görərik ki, kəndin geniş otlaq sahələrinin olması, ərazinin iki çayın arasındakı ərazidə yerləşməsi (şimaldan Qaraçay, cənubdan Zenqaran çayı), ərazinin təbii-coğrafi şəraiti, eyni zamanda əkinçilik üçün münbit torpaqların, bol sulu bulaqların olması kənd əhalisinin məhz bu ərazidə məskunlaşmasında əsas stimul rolunu oynamışdır. Otlaq sahələrinin əksər hissəsi güney hissədə yerləşir. Burada ilk sakinlərin çoxillik təcrübələrinə əsaslanan əməli iş – qoyun yata- ğının, yəni Qışlaq adlı sahədə qış qoyun yatağının salınması çox diqqətə la- yiqdir. Belə ki, həm şərqdən, həm də qərbdən bu sahə yüksələn təpə yamac-ları ilə əhatə olnub.Təpələr yatağı soyuq küləklərdən qoruyur. Yatağın ətra-fında suvarma şəbəkəsi üçün 2 bol sulu bulaq, meşə sahəsi və geniş otlaq sa- həsi vardır. Kəndin digər torpaqları ərazinin şərq hissəsində güneybasarda yerləşən piramida şəkilli ərazidən, Ban diki, Pojalar, Yaz yurdu, Percon, Tülcon, Gənci yatağı, İmam yeri, Yol Əli, Söyüdbulaq, Gədik, kənd ərazisindəki Xırdalar, Çolakəş, Ləjon, Mkomon, Əyri ulas, Əliməmməd ölən poja sahə - lərindən ibarətdir. Bu torpaqlar müvafiq olaraq Osnaqaran, Bozayran, Bürzünbül, Hamarkənd və Zenqaran kəndləri ilə həmsərhəddir. Kəndin yay otlaqları – yəni elat heyvandarlıq sahələri isə daha böyük əraziləri əhatə edir. Bu yaylaqların hamısı kəndin cənubundadır. Tarixlər şahidi Haça yurd, Halavar daşı, Dib yurd, Vənəköç, Soyuqbulaq, Balaxan yurdu, Güney və Quzey üstə kolat, Sarıbulaq, Əmbüs, Tiy daş, Aslan yurdu, Çəktə, Xuaxıl (Şahbazəli bəyin payız oturacağı), Ağasən yurdu, Bəbir yurdu, Qoyunyatan dərə, Çur-çur və Yuvagah yaylaqlarıdır. Haça yurd yaylağındakı Xoca Döngə dəniz səviyyəsindən 2230 metr hündürlükdə yerləşir. Kənddə ta qədimdən bir neçə bol sulu bulaq olmuşdur. Bu bulaqlardan biri kəndin şərq hissəsini su ilə təmin edən Böyük bulaqdır. Kəndin bu hissəsi mal-qaranın suvarilmasında, qab-qacaq və pal-paltarın yuylmasında, eyni zamanda indiki qlobal istiləşmədə içməli su ehtiyacının ödənilməsində bu bulaqdan istifadə edir.Ta qədimdən nənələrimiz – Anaxanım nənə, Söhbi nənə ,Qərib nənə, Güllü nənə, Nəsi nənə, Əfruz, Sona, Gülsümə nənə nehrəyə atmaq üçün suyu Böyük bulaqdan götürüblər. Kəndin mərkəzi hissəsi isə içməli suya olan tələbatını Musa bulağının hesabına ödəyiblər. Sifay nənə, Meyxanım nənə, Balanaz nənə, Sitay nənə, Teyiş, Balqız, Vəsi nənə, Bibixanım nənə, Zərnişan nənə, Xurma nənə nehrə suyunu bu bulaqdan götürüblər. Kəndin qərb hissəsi isə daha çox Yolçu bulağı və Ləjon bulağından isti- fadə ediblər. Söhbi nənə, Həlimə nənə, Qərəqız nənə, Gülqız nənə, Narıngül nənə içməli su, nehrə suyunu bu bulaqdan götürüblər. Kəndin bir hissısi isə Drosun bulağından istifadə ediblər. Paki, Xanbacı, Sanay nənə, Bəstigül nənə, İstifa nənə bu bulaqdan nehrə suyu, içməli su və qab-qacağın yuyulmasında istifadə ediblər. Sadalanan insanların demək olar ki, hamısı haqq dünyasına qovuşublar. Behiştlik olsunlar! Sadalanan bulaqlardan başqa kəndin örüş-otlaq və biçənək sahələrində Daşbulaq, Söyüdbulaq, Percon bulağı, Liməpoja bulağı, Xosu lingi bulaqla- rından yayda dəryaz çalınarkən, ot yığılarkən əhali içir, yuyunur, ətrafında dincəlirlər. Kəndətrafı meşə zolağında Qarabulaq (kükürdlü su), Kəndəlaşbulaq, Batdaq bulaq (Batdaqlı göl də deyirlər), İsti su (müalicəvi əhəmiyyətlidir), Çinarbulaq, Şahverdi bulağı, yaylaqlardakı büllur kimi şəffaf, diş göynədən Soyuqbulaq, Çur-çur bilağı, Daş bulaq dillər əzbəri olmuşdur. İsti yay günlərində isti hava nəfəsləri təngidəndə kənd camaatı, kəndə gələn qonaq- lar bu bulaqlardan içib sərinlənir, üstündə dincəlirlər. Bundan başqa ərazi müalicəvi əhəmiyyətli suları (kükürdlü su) ilə də zəngindir. Ümumiyyətlə, ərazi bol sulu olması ilə fərqlənir. Belə ki, kənddə xırda və böyük bulaqlarla yanaşı 25-dən artıq, ətraf ərazilərdə isə 20-yə yaxın bulaq (şirin sulu ) vardır. Son vaxtlarda isə əhali kəndin təxminən 3km, cənub hissəsindən keçə Zenqaran çayından rezin borular vasitəsilə su çəkib. İndi demək olar ki,hər qapıda diş göynədən çay suyu axır. Anzov əhalsinin əsas məşğuliyyəti üçün oturaq maldarlıq xarakterik olmuşdur. Əhalinin bir qismi oturaq ( əkinçilik, sənətkarlıq ), başqa bir qismi isə heyvandarlıq, əsasən də qoyunçuluqla məşğul olmuşdur. Havalar istiləşəndə, yazın gəlişi ilə kənd camaatının yaylağa köçü başlanır, yenə yurd yerləri – Sarıbulaq, Əmbüs, Haça yurd, Qoyunyatan dərə, Tiy daş, Vənəköç, Çəktə alaçıqlarla bəzənərdi. Yenə də obadakılar mal-qaranı, qo – yun-quzunu otlaqlara haraylar, dağların səsli-küylü cah-cəlalı başlar, yastı- yastı qayalar çobanların “yastığına” çevrilərdi. Yaylaq maldarlıgı əvvəlki gümrahlığı ilə olmasa da indinin özündə yenə də davam edir. Anzov ərazisi flora və faunası ilə zəngin bir areala malikdir. Flora və faunası rayonun bütün əraziləri üçün xarakterikdir. Torpaq örtüyü kənd ətra- fındakı ərazilərdə əsasən boz-qonur və gilli torpaqlar, yaylaq və meşələrdəki torpaqlar isə çəmən, meşə-qonur və qara torpaqlardan ibarətdir. Kənd ərazisi bitki örtüyü ilə çox zəngindir. Kənd arası və meşə-yaylaq torpaqlarında min bir dərdin dərmanı olan müxtəlif bitkilər vardır. Bu gün əczaçılqd, həm də müasir xalq təbiətində geniş istifadə olnan gülxətmi, çaytikanı, batbat, dəvədabanı, bulaqotu, yarpız, bağayarpağı, gicitkən, quşəppəyi, cincilim, dağ keşnişi,(istiot), yabanı sogan ( aybə, vəcələ), baldırğan, kəkotu, sancıgülü, sarıçiçək,( romaşka), ayıdöşəyi, turşəng və başqaları, kol bitkilərindən itburnu, ardıc, zəriş, yemişan, əzgil, cır armud, alma və onlarla digər dərman bitkiləri bu ərazinin florasının bəzəyidir. Uzun müddət yaylağa köç edən adamlar, qoyunçuluq və maldarlıqla məşğul olanlar elə bitkilər tanıyır- dılar ki, bu bitkilər vasitəsilə südü qıcqırdıb qatığa və ya maya əvəzində sü- dü pendirə çevirmək mümkün idi. Meşələr üçün yuxarıda sadalanan bitkilərdən başqa endemik və relikt bitkilər xarakterikdir. Endemik bitkilərdən şabalıdıyarpaq palıd (dialektdə uruq), Qarağac, Göyrüş( vən), Azat (nil ), həmişəyaşıl, Zərgent adıyla xalq arasında tanınan kol bitkisi və yarpaqlarının uc hissısi tikanlı burket, Vələs, qızılağac, dağdağan, məxməryarpaqlı ağcaqayın, xan çinarı, cökə, həmişəyaşıl iynəyarpaqlı ardıc, gəvən, iynəyarpaqlı qaraçöhrə, amburçəy və başqa ağaclar meşələrin göz oxşayan bəzəyi, elin qiymətsiz sərvətidir. Ərazinin faunası da çox zəngindir.Belə ki, ərazidə keçmişdə ceyran, pə- ləng, ayı, dağ keçisi Tura təsadüf olunmuşdur. Sonralar təbii istifadə ilə əla- qədar olaraq meşələr seyrəldikcə bunların nəsli kəsilmişdir.İndinin özün də isə heyvanlar aləmi rayonun bütün ərazisi üçün xas olan səciyyədədir. Çöllərdə və meşə zolaqlarında canavar, tülkü, dovşan, çaqqal, oxlu çaqqal, dələ, sincab, yenot, kirpi, qonur ayı (nəsli kəsilmək üzrədir ), porsuq, vaşaq, ayaqlı və ayaqsız kərtənkələ, ilanlardan yelmar, gürzə, amfibilərdən (suda-quru- da yaşa – yanlardan) adi triton, ağac və su qurbağası, su hövzələrində zəli, xərçəng (qırxayaq), qaya və daşlıq, ərazilərdə əqrəblər, quşlardan “Qırmızı kitab”a adı düşən kəklik, qırqovul, alabaxta, bildirçin, alacəhrə, qaratoyuq, sığırçın, qara və ala qarğa, sağsağan, yarasa, bayquş və başqa heyvanlar yaşamaqdadır. Kəndin qərbindəki Çinarbulaq adlı ərazidəki çinar ağacı özünəməx –susluğu ilə seçlir. Belə çinar ağacına eyni bir düz xətt boyunca rayonun ətraf ərazilərində, o cümlədən Ökü kəndində, Urakəran, Zenqaran, Solqard ərazilərində rast gəlinir. Maraqlı burasıdır ki, bu çinarlar çoxalmır, başqa yerlərdə təsadüf olunmur. Hamısı da bol sulu bulaqların üstündədir. Çinarların ətrafında qədim yaşayış məskəni olmuşdur. Belə ki, Çinarbulağın ətraf ərazisi böyük bir qədim qəbristanlıqdır. Xalq arasında bu çinarlar haqqında ikili fikir dolaşmaqdadır: Bəziləri deyir ki, bu çinarlar ərazidən keçən mü- hüm tranzit ticarət və karvan yolunun göstəricisidir. Başqa bir qisim isə bu çinarların Səfəvilər dövründə (daha dəqiq I Şah Abbas dövründə(1587-1629)) dövlət sərhəddini bildirmək üçün əkildiyini iddia edir. Və bu çinar- lara Xan çinarı deyirlər. Hər halda bizə elə gəlir ki, ikinci versiya həqiqətə daha çox uyğundur. Bu ağaca əhali arasında müqəddəs ağac kimi baxırlar. Onun qorunmasına xüsusi fikir verirlər. Son vaxtlar ətrafı qırıldığıdan bu çinar ağacı daha da əzəmətli görünür. Kölgəsində yerləşən, rişələrindən süzülüb çıxan su isə içməliliyi, şirinliyi və özünəməxsusluğu ilə seçilir. Göründüyü kimi bölgənin özünəməxsus flora və faunası vardır.
Posted on: Mon, 28 Oct 2013 16:37:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015