Məncə bu ilki Oscarın ən yaxşı film və ən yaxşı baş rol - TopicsExpress



          

Məncə bu ilki Oscarın ən yaxşı film və ən yaxşı baş rol ifaçısı nominasiyalarında 12 years in a slavery filminin yaxşı şansları var. Süjet möhtəşəm, baş rol ifaçısı Chivetel Ejofor da yaxşı oynayıb. Hər halda baxdığım 3 filmdən (American Hustle, Gravity və bu) ən xoşuma gələni hələki budur. Filmdən üç ən yadımda qalan sitatı bölüşəcəyəm. Qul zəncilərdən biri müqaviməti təşviq edir. Başqası isə təxminən bizim dildə qayıdır ki, əşi, biz zəncilərin ayağa durmağa qeyrəti çatmır. Bu ifadə elə tərzdə və şəkildə deyilir ki, heç bir bilavasitə işarə olmasa da dərhal baxanda yanaşmanın səhv olması təəssürati yaranır. Bir başqa yerdə əsarətin savaddan-bilikdən necə çəkindiyi təəssüratı yaradılır. Qul kimi satılan zənciyə deyirlər ki, nəbadə yazıb, oxumağı bacardığını, savadlı olduğunu sahib bilsin, dərhal sənə düşmən kimi baxıb, zülm edəcək. Nəhayət kinoda rolların birini Brad Pitt ifa edir. Bir yaxşı söz deyir orda ki, qanunlar dəyişə bilər, universal həqiqətlər isə əbədidir... Hə, bir də film baş vermiş hadisə haqqında çəkilib.
Posted on: Sun, 26 Jan 2014 18:51:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015