...Nazirin bu açıqlaması ilə bağlı fikirlərini bildirən - TopicsExpress



          

...Nazirin bu açıqlaması ilə bağlı fikirlərini bildirən təhsil eksperti Etibar Əliyev bunları dedi: “Müəllimlərin əmək haqlarını müqayisə etmək üçün yüksək standart kimi Amerika və Cənubi Koreya, aşağı hədd üçün isə post sovet məkanı ölkələrini nümunə götürmək olar. Məsələ ondadır ki, hər iki səviyyə arası müqayisədə bizim müəllimlərin əməkhaqqları çox aşağıdır. Bunun da əks təsirini nəinki cəmiyyət o cümlədən kökumət də hiss edir. Hökumət əvvəl ilin ən yaxşı müəllimi, məktəbi kimi yarışlar tərtib edərək bir nəticəyə sahib olacağını düşünürdü. Amma gördü ki, bu da bir nəticə vermir. Əgər bugün ölkə başçısı səviyyəsində fikir səslənirsə ki, Azərbaycan regionun lider ölkəsidir. Büdcəmiz ilbəil artır. Bəs, onda bu, müəllim və həkimlərin maaşlarında, yaşam tərzlərində niyə öz əksini tapmır?! Mən bilmirəm bu iqtisadçılar, maliyyə işlərinə rəhbərlik edənlər nədən qorxurlar? Niyə müəllimlərin məvacibini artırmırlar?! Çünki, ölkədəki müəllimlərin sayı elə də çox deyil və onların maaşının 2-3 dəfə artırılması elə də dəhşətli iqtisadi təlatümə səbəb olmaz. Biz hər min nəfərə düşən müəllim sayına görə də axrıncı yerlərdən birini tuturuq. Əgər bugün müəllimlərin maaşları müəyyən standartlar səviyyəsində olmayacaqsa, təhsilin keyfiyyətindən söz getməyəcək. Günümüzdə müəllimlər adətən, maaş azlığına görə, dərsini həvəssiz deyib, başqa işə qaçırlar. Yaxud repetitorluğa əsas qüvvələrini sərf edirlər. Buna görə də ilk növbədə maaş qalxmalıdır, ki, müəllim məişət qayğılarından azad olub, özünü inkişafa, dərsə yönəltsin. Samir Şərifovun yaxud başqasının çıxışı ilə bu iş düzələn deyil. Mütləq siyasi qərar olmalıdır. 1999-cu ildən ölkədə təhsil islahatları aparılır, amma ortada bir nəticə yoxdur. Dövlət büdcəsindən ayrılan o qədər vəsaiti müəllimlərin maaşının artırılmasına xərcləsə idilər, indi daha çox təhsil keyfiyyəti əldə olunmuşdu. Nəzərinizə çatdırım ki, Boloniya sisteminə qoşulmuş ölkələrdə müəllimlərin maaşı təxminən 2-3 min dollar civarında müəyyən edilib. Bizim müəllimlər isə 150-250 manat məvacib alır”.
Posted on: Thu, 07 Nov 2013 19:43:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015