Nədi dünya düşə üstündə onun cəngü cədəl? Hər kəsin - TopicsExpress



          

Nədi dünya düşə üstündə onun cəngü cədəl? Hər kəsin əqli ki,var qoymaz ona zərrə məhəl. Harda can tapşıracaq sahibinə,kim nə bilir? Düz deyiblər:yerini heç kəsə bildirməz əcəl. Əql kim,nəfsə əsir oldu təəccüb etmə, Gər həlal əhlinə söylərsə haram əhli əfəl. Qəlbi ki,vəsvəsəxanə ola bir şəxsin əgər, Görünər çirkin əməllər ona əlbət tə gözəl. O evin olmağı bərbad məgər mümkündür? Daşı xoş niyyət ola həm də Əli eşqi təməl. Əbədi kar olana zərrəcə tə`sir etməz, Nə qədər söyləyəsən Həyyə əla xeyril əməl. Kimsə dünyanı tutub qalmadı,Əmri,əbədi, Ya nökər ya ki,şah ol,getməlisən axir əzəl. Ağasəlim Əmri.
Posted on: Mon, 09 Sep 2013 16:20:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015