Premyer Liqanın I turu “Neftçi”nin futbolçusu Bahodir - TopicsExpress



          

Premyer Liqanın I turu “Neftçi”nin futbolçusu Bahodir Nasimov üçün əlamətdar olub. PFL-in rəsmi saytının verdiyi xəbərə görə, özbəkistanlı hücumçu AZAL-la oyunda rəqib qapısından top keçirməklə çempionatdakı qol həsrətinə son qoyub. 2011/12 mövsümünün ən yaxşı bombardiri ötən çempionatı qol vurmadan bitirmişdi. Nasimov sonuncu qolunu 2012-ci il aprelin 14-də “İnter”lə oyunda (2:1) vurmuşdu. 476 günlük qol həsrətini bitirən Nasimov AZAL-ı məyus etməklə “Neftçi”nin də tarixinə düşüb. O, klub tarixində Azərbaycan çempionatında ən çox qol vuran legioner adına sahib çıxıb. 2010/11 mövsümündə 28 oyunda 15 qol vurmaqla bombardir titulunu son anda əldən verən, 1 il sonrakı 29 oyunda vurduğu 16 qolla nəhayət ki, mükafatın sahibi olan 3 qat Azərbaycan çempionu “Neftçi”nin heyətində 32-ci qolunu vurub. Bu matçadək “ağ-qaralar”ın Premyer Liqa tarixində ən məhsuldar legioneri adına 2 şərik var idi. Nasimov milliləşən serbiyalı Branimir Subaşiçlə eyni sayda – 31 qol vurmuşdu. AZAL-ın qapısına qol vuran digər legioner – braziliyalı Flavinyo da “Neftçi”nin ən məhsuldar 5 legioneri siyahısındadı. Komandada 78-ci çempionat matçına çıxan cənubi amerikalı 27-ci qolunu vurmaqla 1 mövsümə 26 dəfə fərqlənən Kanalesi arxada qoyub. Paytaxt təmsilçisinin 5 ən məhsuldar legioneri siyahısında Nasimov, Subaşiç, Flavinyo və Kanalesdən başqa 29 qola imza atan Georgi Adamiya da var. “Neftçi”nin çempionatda ən çox qol vuran futbolçusu Samir Ələkbərovdur – 99 qol.
Posted on: Sun, 04 Aug 2013 15:14:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015