QASTRİT Mədə divarının selikli qişasını ( bəzən daha - TopicsExpress



          

QASTRİT Mədə divarının selikli qişasını ( bəzən daha dərin qatları) iltihabidir. KƏSKİN QASTRİT Mədənin selikli qişasının kəskin iltihabidir. Etiologiyası. Patogenezi . Kəskin qastrit polietoloji xəstəlikdir, kimyəvi , mexaniki , termik, bakterial təsirlər etioloji faktorlar hesab oluna bilər. Epitel səthinin və onu vəzili aparatının distrofik nekrobiotik zədələnməsi, iltihabi dəyişikliklləri əmələ gəlməsi patogenezin əsaını təşkil edir. İltihabi proses epitelin səthi ilə məhdudlaşa bilər, və ya daha dərinə selikli qişanın bütün q qatalrına , intersitsial toxumaya və hətta mədə diavrın əzələ qatına keçə bilər. Kəskin qastrit çox zaman kəskin qastrit enterit və ya kəskin qastroenterokolit şəklində görülür. Sadə ( kataral) , korroziv , fleqmanoz qastrit ayırd olunur. Sadə qastrit tez-tez rast gəlinir. Yalnış dieta, qida toksikoinfeksiyası, bəzi preparatlar( salisiatlar, butadion, , üskük otu, antibiotiklər, sulfanilamidlər) qida allergiyası ( çiyələk , göbələk) səbəb olur. Endogen kəskin qastrit kəskin infeksiya lar, maddələr mübadiləsi və zülal mübadiləsini massiv pozulması zamanı əmələ gəlir. Katral qastritdə epitel səthin leykosit infiltrasiyassı, distrofik, nekrobiotik dəyişiklikləri, iltihabi hiperemiya müşahidə olunur. Simptomlar. Klinik gedişi: Etioloji faktor təsirindən 4-8 saat sonra simptomlar ortaya çıxır. Epiqastral nahiyədə ağırlıq dolma hissi, bulantı,qusma , baş gicəllənmə ,halsızlıq,ishal xarakterikdir. Dəri örtükləri, görünən selikli qişalar,dili boz-ağ ərplə örtülü,ağız suyu artmış və ya əksinə qurudur. Palpasiya zamanı epiqastral nahiyədə ağrı hissi olunur. Diferensal diaqnostika . İlk növbədə salmonellyoz və digər bağırsaq infeksiyalarını inkar etmək lazımdır. Bakterioloji və seroloji müayinə bu zaman həlledici rol oynayur. Müalicə: İlk növbədə düzgün qidalanma , pəhriz lazımdır. etioloji faktordan asılı olaraq antibakterial antitoksik , kəskin allergik qastritlə antihistanın ağır sindromunda xolinolitiklər, spazmolitiklər və digər preparatlar təyin olunur. Proqnoz əlverişsizdir. Zərərli faktorlar davam etdikdə isə xroniki formaya keçir. Korroziv qastrit Mədəyə güclü turşulu , qələvilər, ağır metal duzlar, etil spirti daxil olduqda əmələ gəlir. Simptomlar. Klinik gedişi: Ağızda , döş arxasında və ya epiqastral nahiyədə ağrı, tez-tez dözülməz əzabverici qusmalar müşahidə olunur. Qusuntu kütləsində qan selik bəzən toxuma fraqmenti ola bilər. Dodaqlarda ağızın selikli qişasında , əsnəkdə, qırtlaqda kimyəvi yanıq izləri, ödem, hiperemiya yaralar( sulfat və xlorid turşularında ağ- boz ləkə , azot turşularında sarı, yaşıl- sarı xora, xromdan qəhvəyi - qırmızı, karboldan əhəngi xatırladan ağ sirkə turşusundan boz-ağ yanıqlar) əmələ gəlir. Qırtlağın yanması zamanı səsin xırıldaması , stridoroz tənəffüs meydana çıxır. Ağrı hallarda kollaps baş verir. Qarın adətən şişkin ağrılıdır. Xəstələrin 10-15% kəskin perforasiya baş verir. Praqnozu zədələnmə dərəcəsindən ,destuktiv dəyişikliklərdən ilk saatlardan ( günlərdən) tətbiq olunan terapiya taktikasından asılıdır. Həyati təhlükə 2-3 gündür, xəstənin ölümü şok və ya peritonitdən olar. Karroziv qastritin nəticəsində çapıqlaşma xüsusi ilə pilonik və kardial şöbələrdə ola bilər Müalicə : Mədə çoxu soyuq su ilə zondla yayılır. Yumazdan əvvəl anelgetiklər tətbiq edilir. İlk 5 gün aclıq, Na Cl izotik məhlulu və 5%li qlikoza məhlulu ilə qidalanma təyin olunur. Mədənin perforasiyası və qırtlağı ödemi zamanı təcili əməliyyat olunur. Fleqmanoz qastrit: Nadir hallarda rast gəlinir, mədə divarının fleqmanoz iltihabi, əsasən submukoz qatda irinli diffuz və ya məhdud yayılması ilə xareakterizə olunur. Adətən periqastrit, bəzən pentonit inkişafı ilə müşayət olunur. Çox zaman I -lidir.Bəzən bağırsaq çöpləri pnevmokok, proteylərlə törənir. I-li formaı siflis, qarın yatalağı və s zamanı əmələ gəlir. Simptomlar. Klinik gedişi: Kəskin titrəmə , tempratur yüksəlməsi, hərəkətsizlik , qanın aşağı yarısında ağrı bulantı və qusma xarakterikdir. Dil qurudur, qarın şişkindir. Ümumi vəziyyət kəskin ağrıldır. Xəstələr qidada və içməkdən imtina edir. Hipokrat sifəti müşahidə olunur. Palpasiyiya zamanı epiqastral ağrı , qanda neytofil leykositoz , toksik dənəli leykositoz , EÇS yüksəlməsi qeyd olunur. Proqnoz çox zaman əlverişsizdir. Xroniki qastrit. Mədənin selikli qişasının xroniki iltihabıdır. Mədə xəstəliklərinin 80-85% təşkil edir. Etiologiyası : Bəzən kəskin qastritin nəticəsi olarsa lakin çox zaman müxtəlif ekzogen amillərin təsiri ilə qidalanmanın uzun müddət və təkrarı pozulması , kəskin və qaba qidaların quru, qaynar, pis çeynənən qidalar, kəskin alkoqollu içkilər xroniki qastritə gətirib çıxarır. Bunda əlavə dərmanların kontrolsuz uzun müddətli qəbulu sənaye zəhərləri , toxumanın hipoksiyası böyrək xəstəlikləri podoqra zamanı endogen intoksikasiyası , infeksion xəstəliklər və yerli xroniki infeksiya ocaqlarının zamanı ( eleminasion xroniki qastrit) toksiklərin təsiri, irsi meyllilik də xroniki qastritə gətirib çıxarır , 75% hallarda xroniki xolestit , appendisit , kolitlər və digər həzm üzvlərinin xəstəlikləri ilə birgə müşahidə olunur. Patogenez: Endogen və ekzogen etioloji faktorların uzun müddətli təsiri ilə öncə mədənin fəaliyyətinin , sekrotor, motor funksiyasının pozulması, sonralar distrofik və iltihabi dəyişikliklər regenerasiya pozulur. Bu struktur dəyişikliklər ilk növbədə selikli qişanın səthində sonra isə mədənin vəzilərində baş verir. Xəstəliyin proqresivləşməsində autoimmun proseslər mühüm rol oynayır. Etioloji faktorlardan asılı olaraq endogen , ekzogen xroniki qastritlər ayırd olunur. Sekrotor pozulmaları dərəcəsindən asılı olaraq sekretor çatışmamazlıqa müşahidə olunan xroniki qastrit də ayırd olunur. Xroniki qastritin formalarına hemoragik , rigid ,nəhəng hipertrofik, polipoz qastrit aiddir. Simptomlar. Klinik gedişi: Yeməkdən sonra epiqastral nahiyyədə təzyiq , yanğı, bulantı, bəzən küt ağrı, iştahın itməsi, ağızda xoşagəlməz dad xarakterikdir. Hemoragik qastrit ( eroziv qastrit) mədənin qanaxmaya meyilli olması , selikli qişanın eroziv iltihabi dəyişiklikləri , sekresiyanın yüksək olması ilə xarakterizə olunur. Qanaxmalara damar keçiriciliyinin yüksəlməsi və selikli qişanın yüngül travmatizasiyası səbəb olur. Sekretor çatışmazlıqla müşahidə olunan xroniki qastrit. Mədənin selikli qişasının arofik dəyişiklikləri sekrotor çatışmazlıqla xarakterizə olunur. yetkin və yaşlı şəxslərdə rast gəlinir. Mədə və bağırsaq dispepsiyası əlamətləri ( ağızda xoşə gəlməz dad ) iştahın azalması, bulantı , gəyirmə, qarında qurultu, ishal və ya qəbizlik) uzun müddətli gedişi zamanı arıqlama , hipoproteinemiya, polihipovitaminoz, digər endokrin çatışmazlıq , normoxrom anemiya və dəmir defisitli anemiya müşahidə olunur. Tez-tez enterit, bağırsaq dizbakteriozu, pankreatit, xolesistit xəstəlin mənzərəsinə öz təsirinin göstərir. Rigid ( antral) qastrit - mədənin antral şöbəsində dərin iltihabi dəyişikliklər , çapıqla deformasiyası və daralması ilə xarakterizə olunur. Simptomlar : Epiqastral nahiyyədə ağrı , dispeptik əlamətlər, mədə şirəsinin sekresiyası nın artması, nadirən axlorhidriya əsas simptomlardır. Rentgenoloji müayinədə pilorik hissənin daralması aşkar olunur. Poliqoz qastrit mədənin selikli qişasının degenerator hiperplaziyası, atrofiya, axlanhidriya ilə xarektarizə olunur. Tipik klinik mənzərə yoxdur. Nəhəng hipertrofik qastrit. Mədənin selikli qişasında tək-tək və ya çox saylı adenoma kistlər sayəsində qalınlaşma , sərtləşmə , mədə şirəsi ilə birgə çoxlu zülalların itirilməsi xarakterikdir. Xroniki qastrit kəskinləşmə və remisiya ilə müşahidə olunur. Müalicə : Pəhriz , düzgün qida rejimi təyin olunur. Medikamentoz terapiya və sanotor kurot müalicəsi tətbiq edilir.
Posted on: Sat, 31 Aug 2013 05:26:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015