Qara Nöqtələr üçün Maska: Bu maska üçün yalnız limon - TopicsExpress



          

Qara Nöqtələr üçün Maska: Bu maska üçün yalnız limon suyu və qatıq lazımdır. Əvvəl bir kasa qatığa bir limonun suyunu qarışdırın. Qarışığı gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqə gözləyin. Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini bəsləyər, nəmləndirər və yağ miqdarını tarazlayar. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz. Sızanaq Maskası: Sızanaq maskası üçün səkkiz dənə gül kələm yarpağını, iki qaşıq zeytunyağı ilə mikserdən keçirməniz kifayətdir. Hazırladığınız qarışığı, sızanaqlı bölgəyə sıx bir şəkildə çəkin. 10 dəqiqə qədər gözlədikdən sonra, üzünüzü ilıq suyla təmizləyin. Gül kələm yarpaqlarının təmizləyici xüsusiyyəti vardır. Bu maskanı üzünüzə həftədə bir ya da iki dəfə tətbiq edə bilərsiniz. Nəmləndirici Maska: (Yumurta sarısı, süd). Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə yayın, üzərini incə bir tənziflə örtərək 15 dəqiqə gözləyin. Ardından kağız bir dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla ilıq və soyuq suyla üzünüzü yuyun. Quru və nəmsiz bir dəriniz varsa, bu maska sizin üçün birə-birdir. İçində olan yumurta sarısı dərinizi bəsləyərkən süd nəmləndirəcək, sıxışdıracaq və dərinizə yumşaqlıq verəcək. Həftədə bir dəfə tətbiq etmək kifayətdir. Shari.
Posted on: Mon, 12 Aug 2013 10:21:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015