Qarabağ konfliktini dondurmaq istəyən güclər var Rusiyalı - TopicsExpress



          

Qarabağ konfliktini dondurmaq istəyən güclər var Rusiyalı politoloqa görə, tərəflərdən birinin maraqları tapdanmadan məsələnin həlli qeyri-mümkündür... Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh prosesində bunca sönük və üzücü mərhələ olmamışdı. Bunun bir göstəricisi də Minsk Qrupu həmsədrlərinin səylərinə baxmayaraq, Azərbaycan və Ermənistan prezidentləri arasında uzun müddətdir görüşün baş tutmaması sayıla bilər. İyulun 12-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vyanada vasitəçilərlə bir araya gəlməsi də sırf növbətçi görüş kimi tarixə düşdü və təbii ki, prosesə stimul vermək gücündə deyildi. Qeyd edək ki, görüşlə bağlı həmsədrlərin yaydığı bəyanatda heç olmasa ilin sonunadək prezidentlər İlham Əliyev və Serj Sərkisyan arasında təmasa nail olmaq, “bölgədə gərginliyi azaltmaq istəyi” əks olunub. Maraqlıdır ki, bu tip bəyanatlarda ilk dəfə olaraq danışıqların Madrid prinsipləri əsasında davam etdirilməsinin vacibliyi vurğulanmayıb. Ümumiyyətlə, Madrid sənədinin adı çəkilməyib. Bu da əsas hədəfin, sadəcə, danışıqları heç olmasa dalan situasiyasından çıxarmaq olmaqla yanaşı, Minsk Qrupu rəhbərliyinin özünün yeni təkliflər məsələsində qəliz duruma düşdüyündən xəbər verir. Azərbaycanda yaxınlaşan prezident seçkisi də nizamlama prosesinə öz təsirini göstərməkdədir. Ancaq əsas motiv bu deyil. Baş səbəblərdən biri əlbəttə ki, Putinin ali hakimiyyətə qayıdışı ilə Rusiyanın problemə faktiki olaraq həvəs göstərməməsi, bu üzdən öz forpostu Ermənistana konstruktiv mövqe tutmaq üçün təzyiq eləməməsi (onsuz da belə təzyiqlər yox idi), digər həmsədr dövlətlərin - ABŞ və Fransanın isə ixtilafın həlli üçün rıçaqlara malik olmamasıdır. Odur ki, ənənəvi sual yenə ortaya çıxır: belə vəziyyət daha nə qədər sürə bilər, Azərbaycanı qane eləməyən, müharibə ehtimalını gücləndirən mövcud status-kvonun yaxın zamanlarda müsbətə dəyişməsi mümkündürmü? Konflikt ətrafında hazırkı durumu şərh edən rusiyalı siyasi icmalçı Sergey Balmasov o qənaətdədir ki, tərəflərdən birinin maraqlarını pozmadan münaqişənin həlli mümkün deyil: “Bu isə Rusiya üçün konkret ölkə ilə münasibətlərin qəfil pisləşməsi deməkdir. Ümumən götürəndə məsələ uduşsuzdur və Moskva üçün daha məhsuldar variant o olar ki, prosesdə öz iştirakını qabartsın, eyni zamanda həmin o ABŞ və Fransa ilə vaxtaşırı məsləhətləşmələr aparsın”. Politoloqa görə, Qarabağ konflikti həlli sürətli və ağrısız şəkildə reallaşdırıla bilməyən tarixi münaqişələrdən biridir: “Bununla belə, müəyyən qüvvələr ciddi şəkildə onu dondurmaq arzusundadır. O halda isə uduzan tərəf həm Ermənistan, həm də Azərbaycan olacaq. Aydın məsələdir ki, münaqişə çözülmədikcə, konfliktin həlli illərlə uzandıqca xarici sərmayəçilər regionla bağlı proyektlərə, o sırada energetik proyektlərə vəsait qoymağa az həvəsli olacaqlar”. Lakin bir reallıq da var ki, problemin həll olunmamış qalmasından Azərbaycanla müqayisədə işğalçı ölkə qat-çox əziyyət çəkir və çəkəcək. Ermənistanın bərbad gündə olan iqtisadiyyatından, ölkənin sürətlə boşalmasından, işsizlik və güzəran ucbatından ildən-ilə ölkəni tərk edənlərin sayının artmasından buna asanca yəqinlik hasil eləmək olar. Azərbaycan isə pis-yaxşı Qərbin bir sıra böyük və energetik layihələrinin reallaşmasına nail olub - üstəlik, təcavüzkar dövləti bu layihələrdən kənarda saxlamaqla. Rusiya gəlincə, şəksiz ki, Kremlin Qarabağ məsələsinin uzanmasında güddüyü maraqlardan biri də regionla bağlı energetik layihələrə Qərb investorlarının marağını azaltmaq, beləliklə, Avropanın neft-qaz bazarında inhisarçılığı əldən saxlamaqdır. Rusiya fərqindədir ki, problem həll olunan kimi, nəinki bölgə ölkələrinin öz aralarında və Qərbə inteqrasiyası sürət götürəcək, həmçinin Avropaya enerji nəqlində favorit ölkə statusu xeyli dərəcədə zəifləyəcək. Zahid SƏFƏROĞLU
Posted on: Tue, 16 Jul 2013 06:52:02 +0000

Trending Topics



for
IKLAN Lurd .. di Buka Lowongan admin di FansPage > Hooligan Bonek
this is a true thanksgiving story our dog Airedale Named Mc Gyver,

Recently Viewed Topics




© 2015