Qısqanclıq Səni günəşə də qısqanıram mən, Axı - TopicsExpress



          

Qısqanclıq Səni günəşə də qısqanıram mən, Axı məndən qabaq o görür səni. Səni qısqanıram ulduza, aya Hər gecə nuruyla öpür çöhrəni. Səni qısqanıram əsən küləyə O, mənsiz zülfünə çəkir əlini. Səni qısqanıram gülə, çiçəyə Bilmərsən, oğurlar birdən ətrini. Səni qısqanıram yad baxışlara, Hər baxış iz olub qalar üzündə. Səni qısqanıram talehimə də, Sevgim özgəsinin qisməti olar... #Cavo
Posted on: Wed, 21 Aug 2013 13:38:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015