REVMATİZM Əsaəsən ürəyin zədələnməsi ilə - TopicsExpress



          

REVMATİZM Əsaəsən ürəyin zədələnməsi ilə müşahidə olunur. Birləşdirici toxumanın sistem iltihabi xəstəliyidir. Əsasən uşaqlar və gənclər xəstələnir. Qadınlarda kişilərdən 3 dəfə çox rast gəlinir. Etiologiya. Patogonez: Əsas etioloji faktor , törədici , xəstəliyin kəskin forması zamanı A qrupundan olan β hemolitik Streptokokklardır. Revmokarditi uzun müddət davam edən və fasiləsiz residivləşən formalarda çox vaxt bərpa etmək olmur. Bu kimi hallarda ürək zədələnməsi allergik - infeksion – toksik virus təbiətli olur. Revmatizmin inkişafında mühüm əhəmiyyət immun pozulmalara verilir. Lakin patogenezi tam aydın deyil. Belə hesab olunur ki, patogen agent ilk mərhələdə ürəyin ümmun iltihabına , sonralar isə kompanentlərin antigen xüsusiyyətlərinin dəyişilməsinə , onların auto antigenə çevrilməsinə və auto immun prosesin inkişafına gətirib çıxarar. Revmatizmin inkişafında genetik meylilik vacib rol oynayır. Revmatizm zamanı sistem iltihabi proses morfoloji olaraq birləşdirici toxumanın xarakterik dəyişiklikləri (mukoid şişmə - fibrinoid dəyişiklik- fibrinoid nekroz) və hüceyrəvi reaksiyalara ( limfosit və plazmosit infeksiya Aşoff -Talalayevski qranulomalrın formalaşması) şəklində təzahür edir. Fibinoid dəyişiklik mərhələsində başlayaraq toxumanın tam bərpası mümkün olmur və proses sklerozlaşmayla bitir. Klinik şəkli : Xarekterik halda anginadan və ya başqa infeksiydan bir- üç həftə sonra inkişaf edir, təkrarı hücumlar şəraitində bu müddət qısala bilir. Hətta bəzi xəstələrdə revmatizm ( hər hansı bir infeksiya olmadan ) soyuqlamadan bir- iki gün sonra inkişafa başlaya bilər. Xəstəliyin residivi çox vaxt istənilən xəstəlikdən, operativ müdaxilədən və fiziki gərginlikdən sonra baş verir. Revmatizmin xarekterik əlaməti "əsas sindromu" mülayim nəzərə çarpan kardit və böyük oynaqların kəskin , miqrasiya edən və tam geri dönən poliartritdir. Adətən xəstəlik kəskin surətli az hallarda isə yarım kəskin başlayır. 38-390 C hərarət , güclü tərləmə ( adətən titrəmə olmadan) müşaiət olunan poliartrit sürətlə inkişaf edir. Revmatik poliartritin ilk simptomu passiv və ya aktiv hərəkət zamanı güclənən və müalicə olunmayan xəstələrdə şiddətli hal alan kəskin və artan oynaq ağrılarıdır. Ağrıya tez bir zamanda oynaq sahəsindəki toxumaların ödemi qoşulur. Zədələnmiş oynağın dərisi istidir, palpasiya zamanı ağrılıdır, hərəkətin həcmi (ağrıya görə) məhdudlaşır.Böyük oynaqların adətən diz, bilək, topuq və dirsək oynaqlarının simmetrik zədələnmə xarekterikdir. İltihabi dəyişikliklər uçucu xarekter daşıyır. Oynaq dəyişiklikləri izsiz keçib gedir. Hətda müailicə olunmadıqda 2-4 həftədən çox çəkinmir. Güman olunur ki, kəskin revmatizma zamanı 60-70% hallarda poliartrit inkişaf edir.Oynaq prosesləri sakitləşdikdə bir çox xəstələrdə revmatizmin yeganə təzahürü olan ürək zədələnməsi ön plana çıxır. Yetkin insanlarda revmatik miakardit ürəyin digər qüsurları olmadıqda bir qayda olaraq ağır təzahür etmir. Xəstələr ürək nahiyyəsində xoşa gəlməz hissiyat zəif ağrılar gərginlik zamanı yüngül təngnəfəslik ürək döyünmədən şikayət edir. Ürəyin tədqiqi zamanı adətən patologiya qeydə alınmır. Rentgenoskopiyada və perkusiya zamanı ürəyin ölçüsü normaldır və ya mülayim böyüməsi aşkar olunur. Adətən sola doğru az hallarda isə diffuz genişlənmə aşkar olunur. FKQ və auskutasiya zamanı tonlar qəaətbəxşdir və ya bir qədər 1-ci tonun karlaşması , ( bəzən 3-cü ton, nadirən 4-cü tonun ) , ürək zirvəsində sistolik küy qeyd olunur. Arterial təzyiq normaldır və ya mülayim aşağıdır. Bəzən mülayim taxkardiya qeyd olunur. EKQ- də P dişinin və QRS kompleksinin yastılaşması , sıxlaşması "diş-diş" şəkil alması az hallarda PQ intervalının uzanması qeyd olunur. Bəzən bəzi xəstələrdə ST intervalının və T dişinin dəyişikliyi müəyyən olunur. Nadir hallarda ekstrasistola atrioventrukulyar blokada mədəcik daxili blokda və düyün ritmi müşahidə olunur. I-li revmatik miokarditlə əlaqədar qan dövranı çatışmamazlığı nadir hallarda rast gəlinir. I (minimal),II (orta),III ( maxsimum) dərəcələrə ayrılır. Diaqnoz: Revmatizmin diaqnozu üçün spesifik metod yoxdur.Kardit,poliartit,xoreya,həlqəvi,eritema, revmatik düyünlər qızdırma atralgiya ( oynaq ağrısı) laborator , EKQ , rentgenoloji dəyişikliklərə əsasən diaqnoz qoyulur. Müailicə : Medikamentoz müailicə tətbiq olunur. Xroniki infeksiyalar müalicə edilməlidir. Samka
Posted on: Tue, 10 Sep 2013 17:52:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015