RUHUN AĞRISI Ürək ağrısına dərman tapılır, Ruhum ağrıyanda neyniyim,görən. Ruhumu göynədən acı həsrətin Çarəsi göydədir,deyimmi görən? Məni incidəndə ruhun ağrısı Dönür göxlərimdə bu dünya heçə. Anlaya bilmirəm özüm,doğrusu, Ruhun ağrısına dözürəm necə? Dözülməz ağrılar məni lap yorub, Heç kim edə bilməz dərdimə kömək. Başım üstə ilham pzrisi durub, Könlümə sakitlik gətirsin gərək.
Posted on: Sat, 21 Sep 2013 16:42:20 +0000
Trending Topics
Recently Viewed Topics
© 2015