Real Madridin bu il əsas heyəti necə olmalıdır? Ötən - TopicsExpress



          

Real Madridin bu il əsas heyəti necə olmalıdır? Ötən mövsüm Real Madrid üçün sözün əsil mənasında fəlakət oldu. Ligada Barcelonanın arxasında qaldı, Çempionlar liqasında Borussia Dortmunda yarımfinalda məğlub oldu. Kral kubokunda isə Əzəli rəqibi Atletico Madridə məğlub olaraq sezonu kuboksuz başa vurdu. Bir çox mütəxəssiz bu uğursuzluqlarda Mourinhonu günahlandırır.Mourinho bir sıra futbolçularla,əsasən də Casillas və Ramos kimi ulduzlarla daima söz davası edirdi. Casillası 4 ay əsas heyətdən uzaqlaşdırdı. Sezon başa çatdıqdan sonra Mourinho Real Madridlə yolları ayırıb Çelsinin başına keçdi. Real Madridin yeni məşqçisi İtalyalı mütəxəssiz Karlo Ancelotti oldu. Ancelottinin köməkçisi isə Realın əfsanələrindən Zinəddin Zidan olacaq. İndi bütün Madridistaları maraqlandıran ən mühüm məsələ Ancelottinin gələn il heyəti necə qurmasıdır. Real Madrid bu sezon 3 transferi artıq rəsmiləşdirib. Bunlar Malagadan İsco,Bayer Leverkuzendən Dani Karvaxal və Sao Paulodan Kasemirodur. Böyük ehtimal yeni transferlər də olacaq. Real Madrid Maurinyonun rəhbərliyi altında 4-2-3-1 formasında oynayırdı. Ancelotti isə çalışdırdığı klubların əksəriyyətində 4-3-3 taktiki sxeminə üstünlük verir. Real Madriddə Mourinhonun taktiki sxemini davam etdirməsi gözlənilir. Ancelottinin Real Madridin 2013-2014 mövsüm üçün əsas heyəti bu cür qurması gözlənilir: İker Casillas ötən mövsümü istədiyi səviyyədə keçirə bilmədi.Həm Mourinho ilə arasının yaxşı olmaması, həm də zədə onu əsas heyətdən uzaqlaşdırdı. Mövsümün ikinci yarısında Sevilladan transfer edilən Diego Lopezin inanılmaz performansı Casillasın işini xeyli çətinləşdirdi.Xüsusilə Çempionlar Liqasındakı uğurlu oyunu əsas heyətdəki yerini daha da möhkəmləndirdi.Ancaq Ancelottinin gələn mövsüm üçün əsas heyətdə Casillasa etimad etməsi daha inandırıcıdr. Real Madridin ən zəif nöqtəsi sağ cinah müdafisənidi.Alvaro Arbeloanın yaşının irəliləməsi həmin mövqeyə ciddi transfer tələb edirdi.Bu problemi məhz Realın öz yetirməsi olan Dani Karvaxal həll etməyə çalışacaq.Real madrid onu Bayer Leverkuzenə satarkən müqaviləsinə geri almaq maddəsi qoydu.Karvaxal Leverkuzendə göstərdiyi oyunlar Real Madridə yenidən qayıtdı.Hazırda İspaniyanın gələcək vəd edən oyunçularından biridir. Dani Karvaxal eyni Zamanda İspaniya U-21 Komandasının da şərəfini qoruyur. Mərkəz Müdafiəsi Real Madriddə çox güclüdür. bu bölgədə Ramos-Pepe ( Varan) layiqincə mübarizə aparır.Xüsusi ilə Rafael Varanın Barcelonaya qarşı oyunlarda göstərdiyi performans Realın bu mövqedə uzun illər problem yaşamayacağını göstərir.Sağ cinah müdafiəsində dünyanın ən yaxşı müdafiəçilərindən sayılan Marselo öz işinin öhdəsindən layiqincə gəlir.Onun alternativi Fabio Koentrao da bu mövqe üzrə sayılıb seçilən müdafiəçilərdəndir. Real Madrid orta sahəsi səviyyəli oyunçulardan qurulub.Müdafiəyə meyilli yarımmüdafidə Xabi Alonso-Luka Modriç (Kedira) mübarizə aparacaq. Alonsonun əvəzləyicisi kimi Fransız gənc oyunçu Kondogbiyanın transferi gözlənilir. İsconun transfer olması Məsut Özilin sağ cinaha keçməsi, İsconun isə mərkəzdə mübarizə aparması ilə nəticələnə bilər. Ronaldo isə həmişə olduğu kimi sol cinahda oynayacaq. Mərkəz hücumçusu kimi Kərim Benzema mübarizə aparacaq. Transferlərlə yanaşı Real Madridin öz yetirmələrinin də Ancelottinin başçılığı altında əsas komandada oynama şansı böyükdür. Realın prezidenti Florentino Perez Real Madrid B komandasından bir sıra oyunçuların əsas heyətə çağrılmasını istəyir. Bunlar arasında Alvaro Morata,Xese Rodrigez,Naço Fernandez kimi gənc oyunçular yer alır.Morata İspaniya U-21 ilə Avropa Çempionatında ,Xese isə İspaniya U-20 ilə Dünya Çempionatında inanılmaz performans göstərərk əsas komandada oynaya biləcəklərini sübüt etdilər. Real Madridin bir çox oyunçularla yollarını ayıracaq. Kaka,Hiquain,Di Mariya,Kalexon,Adan,xesus Fernandes kimi oyunçuların komandadan göndərilməsi gözlənilir. Ümumilikdə Karlo Ancelottinin əlində çox güclü bir Real Madrid olacaq. Onun əsas vəzifəsi uzun illərdir gözlənilən onuncu Çempionlar Liqasını qazanmaqdır. YAZAN: Efqan Huseynov
Posted on: Mon, 08 Jul 2013 17:42:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015