Rinoplastika - burnun anadangəlmə və ya qazanılma - TopicsExpress



          

Rinoplastika - burnun anadangəlmə və ya qazanılma deformasiyalarının korreksiyası və ya tam itirilmiş burnun bərpası əməliyyatıdır. Bu əməliyyat plastik cərrahiyyə bölməsinə aiddir və əməliyyatla burnun anadangəlmə və ya qazanılmış anomal formalarının düzəldilməsi və ya burnun tam itirilmiş hissələrinin bərpa yollarıdır. Plastik cərrahiyyənin əsas məqsədi anadangəlmə, hər hansı bir xəstəlik və ya mexaniki (travmatik) zədə nəticəsində pozulmuş olan burun formalarını bərpa etməkdir. Əməliyyata göstərişlər: Burnun tam formalaşması ortalama 16-18 yaşlarında tamamlanır. (sümük hissəsinin formalaşması 16-18 ,qığırdaq hissənin formalaşması təxnini 18 yaşında tamamlanır).Əgər burunda olan qüsurlar anadangəlmədirsə bu əməliyatı daha erkən ,yəni 16 yaşı tamamlanmadan da etmək mümkündür.Bu əməliyat üçün optimal yaş - 16 dən 55 dək hesab olunur Aşağıdakı hallarda rinoplastika əməliyyatı aparıla bilər: Burnun üst hissəsində donqarlığın olması; Burnun ucunun çox sivri və ya cox qalın olması ; Burun ucunun qarmağabənzər formada olması ; Burnun cox uzun olması ; Burun dəliklərinin geniş olması ; Burnun yəhər şəklində olması; Burun çəpərinin əyriliyi ; Burnun anadangəlmə və post-travmatik deformasiyaları; Burun tənəffüsünün tam və ya hissəvi pozulması; Burun plastikası əməliyatını qərara aldıqdan sonra plastik cərrahın müayinəsində olmaq cox önəmlidir.Bəzi insanlar burunda heç bir funksional və ya estetik problemlər olmadığı hallarda belə bu əməliyata ehtiyacı olduğunu düşünürlər.Belə hallarda dismorfofobiya və ya dismorfomaniya kimi xəstəliklərdən şübhələnmək olar.Cərrah xüsusi ölçmələr apararaq bu şəxsin əməliyata ehtiyacı olub-olmadığını deyə bilər.Plastik cərrahiyədə standart formalaşdırılmış parametrlər mövcuddur .Bu ölçmələrlə burnun öz hissələrinin bir-birinə və digər qonşu orqanlara (gözlər ,alın,qulaqlar,çənə) harmoniyasını dəyərləndirmək olar.Son zamanlar plastik cərrahlar kompyuter modelləşdirilməsindən istifadə edərək burnun əməliyyatdan sonrakı təxmini formasını xəstəyə təqdim edə bilər. Əməliyyataqədərki dövrdə mümkün qədər çox istirahət etmələri tövsiyə edilir , siqaret ,alkoqol və digər zərərli vərdişlərdən uzaq olması, həkim razılığı olmadan hər hansı bir dərman vasitəsinin qəbul edilməsi məhdudlaşdırılır. Travmadan sonra cərrahi müdaxilə Burun travmasından sonra iki problem yarana biər: burun tənəffüsünün tam və ya hissəvi pozulması və burun formasın dəyişilməsi. Travmadan sonrakı erkən mərhələdə (ilk 10 gün) heç bir cərrahi müdaxilə olmadan da burnun təbii vəziyyətini bərpa etmək mümkündür. İlkin müayinə zamanı aşkarlanan burun tənəfüsünün pozulması və burun formasının dəyişməsi əlamətləri bir neçə gün içində tədricən yox ola bilər. Daha ciddi zədələnmələr zamanı burun rekonstruksiyası-xarici və daxili strukturların bərpası və yenidən qurulması həyata keçirilir. Burun tənəffüsünü çətinləşdirən istənilən hallarda (burun arakəsməsinin əyrilikəri və s.)operativ müdaxilə zəruri hesab olunur.Bu zaman hər iki problem –burun tənəffüsünün bərpa olunması (burun arakəsməsinin selikli qişaaltı rezeksiyası)və burnun xarici deformasiyası (estetik rinoplastika)bir etapda həll oluna bilər. Rinoplastikanın növləri : Burun korreksiyası aşağıdakı növləri var: Septoplastika əməliyatı-burun çəpərinin əyrilikləri zamanı həyata keçirilir.Arakəsmənin belə əyrilikləri anadangəlmə olduğu kimi travma nəticəsində ikincili olaraq da yarana bilər.Həmçinin orqanizmdəki bu dəyişiklik yaşlanma nəticəsində də meydana gələ bilər.Bir çox hallarda (80%)burun arakəsməsində deformasiyalar müşahidə olunmasına baxmayaraq yalnız burun tənəffünün tam və ya hissəvi pozulması hallarında cərrahi müdaxilə gərəkə bilər. Cərrahi müdaxilə-burnun korreksiyası üçün gərəkən müdaxilədən asılı olaraq kəsik bir və ya bir necə hissədən aparıla bilər.Cərrah burnun dəri təbəqəsini onun skeletini təşkil edən sümük və qığırdaq toxumalardan ayırır.Sonra həkim artıq qığırdaq və ya sümük hissələrini aradan qaldırmaqla istədiyi formaya nail ola bilər.Məsələ ,burnu daraltmaq üçün həkim burun qığırdaqlarının bir hissəsini kiçildə bilər.Bunun üçün xüsusi alətlərdən istifadə olunur.Cərrah sümük və qığırdaq toxumalarına şəkil verdikdən sonra yumşaq toxumaları tikir .Qapalı forma rinoplastika zamanı kolumellada kəsik aparılmır. Əksər hallarda rinoplastika burnun xarici hissəsində kəsik olmadan həyata keçirilir. Əgər hər hansı kəsiyə ehtiyac olarsa bu kolumellanın ən aşağı hissəsində aparılır.Adətən əməliyat 1saat davam edir və ümümi anesteziya altında həyata keçirilir.Əməliyatdan öncə cərrah burnun tənəffüs funksiyasını diqqətlə müayinə etməli və gərəkirsə əməliyyat sırasında burun çəpərinin və aşağı burun balıqqulaqlarının plastikasını da aparılmalıdır . Qeyd etmək lazımdı ki,daha yaxşı estetik görüntü və funksional effektivlik əldə etmək üçün bu sahədə ən müasir diaqnostik avadanlıqları istifadə edərək yüksək ixtisaslı mütəxəssislər burun tənəffüsünün preoperativ qiymətləndirilməsini həyata keçirirlər. Rinoplastika zamanı sümük tranplantatlara ehtiyac olduğu zaman bu transplantat kəllənin sümük toxumasından,buddan və ya döş qəfəsi ndən alına bilər.Heç bir autotransplantant uyğun gəlməyən hallarda süni implantlardan istifadə oluna bilər.Burun kəmərini bərpa etmək üçün xəstənin özündən götürülmüş sümük və ya qığırdaq transplantlarına(təbii) üstünlük verilir.Belə ki ,bu toxumalar histoloji uyğunsuzluq və tibbi ağırlaşma riskini azaldır. Əməliyat zamanı cərrah yalnız qığırdaq toxumasında işləm apararsa əməliyatdan sonrakı dövr qısa olur və 5-7 gün çəkər.Əgər burnun bütün strukturlarına (qığırdaq və sümük)müdaxilə edirsə bərpa müddəti nisbətən uzun abilər (12-14 gün) . Sorula bilən preparatlarla rinoplastika Toxuma əriməsinə səbəb olan xüsusi hormonal preparatlardan istifadə etməklə pasienti qane eməyən xırda nahamarlıqları aradan götürmək olar.Bu metodla burnun ucunun,burun qanadlarınıın korreksiyası aparılır.Bəzən bu preparatlarla burnun sümük toxumalarında da xırda dəyişiklik aparmaq mümkündür,məsələ burun kəməri nahiyəsində.Cərrah pasientin qurtulmaq istədiyi nahamarlığın yerini və preparatın dozunu dəqiq təyin etdikdən sonra onu daxil etməlidir.Bu korreksiyanın nəticəsini 2-3 həftədən sonra görə bilərik.Bəzən bu prosedura bir neçə etapda aparılır,belə ki,bu maddələrin tədbiqi xüsusi diqqət tələb dir. Əməliyatdan sonrakı dövr Burun əməliyatından sonra, bir qayda olaraq, burun və göz ətrafında şişliklər müşahidə olunur.Əgər əməliyat sırasında osteotomiya aparılıbsa,əməliyatdan sonra 7-10 gün ərzində burun üstünə gips sarğısı qoyulur.Bu şişkinliklər qismən 3-10 gün içində azalır.İlkin nəticə 6 aydan sonra qiymətləndirilir.Daha dəqiq forma 12 ay ərzində bəlli olur. var.Bir qayda olaraq,əməliyatdan sonrakı dövr ağrısız keçir.Həkim əməliyat sırasında burun içinə tampon qoymaq qərarına gəlsə xəstə qısa müddət ərzində ağzı ilə nəfəs almalı olur. Bərpa dövrü orqanizmin fərdi xüsusiyyətlərindən və xəstənin yaşından asılı olduğundan həkim bu dövrün yalnız təxmini müddətini deyə bilər .Gips sarğısı çıxarıldıqdan sonra müəyyən aralıqlarla həkimə müraciət etmək məsləhət görülür. Rinoplastikadan sonra fiziki fəaliyəti məhdudlaşdırmaq lazımdır.Belə ki,ilk həftələr ərzində burun toxuması zəif olduğundan asanlıqla travma ala bilər,müəyyən dövr ərzində eynək taxılması məhdudlaşdırılmalıdır.Burun qanamasını önləmək üçün ,qida rasionundan çox isti və çox soyuq qidalar çıxarılmalıdır. Əməliyyatın nəticələri Rinoplastika əməliyatı qərarını hər kəs fərdi olaraq qəbul edir və dostların , qohumların gözlənilməz reaksiya verəcəklərinə hazır olmalıdırlar.Belə ki,bu dəyişiklik bir tək burnun formasına deyil,bütün üz cizgilərinə təsir edəcək.Bəzən yaxın qohumlar bu əməliyat nəticəsində ailə və etnik xüsüsiyyətlərin itirlməsi ilə əlaqədar öz narazılıqlarını bildirə bilərlər.Adətən ən yaxın qohumlar da əməliyyatdan sonra burun formasında böyük bir dəyişikliyi hiss etməyə bilərlər.Cünki xəstə və həkim tərəfindən düşünülmüş burun forması cox gec özünü büruzə verir və əməliyyatdan sonra yaranan burun şişləri ilə maskalanır.Əməliyatdan sorakı bərpa dövrü 6-8 ay davam edir.Ona görə də rinoplastikanın nəticələri göstərilmiş müdətdən tez qiymətləndirilməməlidir.
Posted on: Tue, 08 Oct 2013 19:02:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015