Sabahkı dərs Mövzu 1. İqtisadi nəzəriyyənin predmeti və - TopicsExpress



          

Sabahkı dərs Mövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti. 2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi. 3. İqtisadi qavrama və iqtisadi təfəkkür. 4. İqtisadi qanunlar və kateqoriyalar. 5. İqtisadi nəzəriyyənin tədqiqat metodları. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti. Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiə¬tin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi ha¬mı¬ya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məş¬ğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mən¬zilə və başqa nemətlərə malik olmaq la¬zım¬¬dır. Buradan ay¬dın olur ki, yaşamaq üçün ən zə¬ru¬ri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. La¬kin bu nemətlər insanlara hazır halda verilmir. On¬la¬rı in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbə¬tək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar möv¬cud təbii və maddi ehtiyatlardan–mineral xam¬mal eh¬tiyatları, işçi qüvvə¬si, idarəet¬mə bacarığı, maşın və ava¬dan¬lıq¬lar, torpaq və s.isti¬fa¬də edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, is¬tehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mə¬na¬da nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir. Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoy¬-malıdır. Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tə¬lə¬ba¬¬tı¬nın ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün mü¬na¬si¬¬bət¬lər sistemində iqtisadi münasibətlər həlledici yer tutur. İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şey¬dən əv¬vəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazi¬si¬dir. Iq¬tisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun ana¬¬to¬mi-yasını təşkil edir. Iqti¬sadi münasibətlərin spesifikası nəinki məh¬¬sul¬la¬rın yaradıl-masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də tə¬sər¬rüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimul¬ların müx¬tə¬lif for¬malarının xüsusiyyətlərini şərtləndirir. Iqtisadiyyat həm bütövlükdə iqtisadi siste¬min səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiy¬yət¬lə¬ri¬ni əks etdirir. Iqtisa¬diyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəq¬¬liyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal tə¬¬sərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, is¬teh¬¬salatların iqtisadiyyatlarını da fərq¬lən¬dirmək lazımdır. Buna kənd tə¬sər¬¬rüfatında bitkiçilik və heyvandar-lı¬ğın iqtisadiyyatlarını misal gös¬tər¬mək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və bir¬¬liklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı fir¬ma¬¬ların, birliklərin, müəssisələrin, səhm¬dar cəmiyyət¬lərinin də iq¬ti-sa¬diy¬¬yatları vardır. Ev təsərrüfa¬tının iqtisadiyyatı da xüsusi qrupa ayrılır. Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrə¬nən iq¬tisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun ob¬yek¬tiv q-anunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sa¬hə¬lə¬rində baş verən prosesləri, hadi¬sələri nəzəri cəhətdən təhlil edir, müx¬tə¬lif tə¬yi¬nat¬lı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr iş¬lə¬yib ha¬zır¬layır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bö¬lü¬nür. Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanun¬la¬rın dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsas¬lan¬¬dır¬maqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi ta¬¬ri¬x, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir. Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrin¬dən xüsusi və kon¬kret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funk¬sio¬¬nal (maliyyə və kredit, pul təda¬vülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkə¬lərin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsər¬rüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamət-lərinə gö¬rə təs¬nif¬ləşdirilir. Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. La¬¬kin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunma¬sın¬da iqtisadçılar arasında yekdil fikir yoxdur. Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanun¬la¬rı, fi¬zio-kratlara görə həm mübadilə, həm də isteh¬sa¬lın idarə edilməsi ilə əla¬q¬ədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və is¬teh¬¬sal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif si¬¬niflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm ol¬du¬¬ğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi mə¬sə¬lə¬lə¬¬rə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, böl¬¬gü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haq¬qın¬¬da fikir formalaşmışdır. Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sa¬¬də¬cə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisa¬d¬çı¬¬sı, Nobel mükafatı laureatı Pol Samuelso¬nun dərsliyi məhz bu ad al¬tın¬¬da 20 dəfəyə qədər nəşr olun¬muş¬dur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində on¬¬dan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı al¬tın¬¬da xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəy¬¬yən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bil¬¬məz və buna ehtiyac da yoxdur ». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən tə¬rif¬lər¬dən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uza¬da bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul söv¬də¬ləş¬¬mələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elm¬dir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşa¬maq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öy¬rən¬¬mələri haqqın¬da elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sa¬hə¬¬sində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bil¬məsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə is¬teh¬¬lak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bö¬¬¬lüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyat¬lar¬dan məhsuldar is¬ti¬fa¬də olun¬ması haqqında elmdir. Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və əra¬zi¬lə¬¬rin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olma¬yaraq, təsərrüfat¬çı¬lı¬ğın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərc¬lərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi prob¬-lemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yox¬¬sulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hö-ku¬mət tərəfindən tənzimlənməsi və xalqın həyat sə¬viy¬yə¬si¬¬nin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan sə¬¬mərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məh¬dud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, ya¬xud da onların idarə edilməsi problemlərini öyrənir. Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür: M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir. M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir. M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK , aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur. M E Q O İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir. 2. Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi. Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf et-məyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçı¬ların və siyasi xadimlərin ide¬¬yaları… düşünül-düyündən daha böyük əhəmiyyətə malikdir. Dün¬ya¬nı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iq¬tisad¬çı¬sı¬nın quludur»1. Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək. Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri ye¬ri¬nə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həya¬tın¬da baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan iba¬rət¬dir. Bu, onun idrak funksiyasıdır. Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tət¬biq edilirsə və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər də¬yərli olurlar. Ona görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təs¬vir etməklə kifayətlənmir. Bu fundamental elm iqtisadi həyatın də¬rin¬liklərinə nüfuz edir, iqtisadi prosesləri idarə edən qanunları aşkara çı¬xarır və onlardan istifadə olunması yollarını göstə-rir. Bunlar iqtisadi nə¬zəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən ikin¬ci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir. Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisa-di şüuru, təfəkkürü formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real ger-çəkliyi aşkara çıxarmaq və ümumi-ləşdir¬mək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qal¬mış prob-lemlərə tənqidi yanaşmırsa və əməli vəzifələri düzgün həll et¬mək üçün nəticə çıxarmırsa, onda onun bütün müddəaları havadan ası¬lı qalır, özünün həyatiliyini itirir. Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sə-nayenin, kənd təsərrüfatının, nəqliyyatın, təhsi¬lin və s. iq¬ti¬sa¬diy¬yat¬la¬rı) və funksional (əmək iqtisadiyya¬tı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keç¬mi¬şin dahi iqti¬sadçıları Adam Smitin, David Rikardonun, Con Styuart Mil-lin, Karl Marksın və Con Meynard Keynsin əsərlərinin təsiri al¬tın¬da yaranmışdır. Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə çıxarmağa imkan verir deyək ki, onu öyrən¬mək üçün vaxt ayır¬ma¬ğa, əmək sərf etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məş¬ğul olan dünya liderlərinin iqtisadçılarla məsləhətləşmələri, onların töv¬siyələrini nəzə¬rə almaları adi hala çevrilmişdır. Indi iqtisad-çılar hö¬ku¬mət or¬qanlarında, parlamentlərdə yüksək vəzifə tuturlar. Məsə¬lən, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məs¬lə¬hət¬çi¬lə¬rin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi mə¬ru¬zəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət xərcləri, yoxsulluq və qeyri-bərabərlik, tədiyə ba-lansı və bey¬nəl¬xalq valyuta sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı mü¬na¬si¬bətlər, ətraf mühitin çirklənməsi, rəqabət və inhisar əleyhinə qa¬nun¬vericiliyə riayət olunması və b. iqtisadi problemlər xüsusi yer tutur. Gündəlik həyatımızda rastlaşdığımız konkret prob¬lem¬lərin ək¬sə¬riyyəti iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əm¬¬təə və fond birjalarında qiy¬mətlərin qalxıb-enməsi¬nin sə¬bəb¬ləri, ayrı-ayrı ölkələrdə xalqın ri¬fa¬hı¬nın səviyyəsi və «key¬fiy¬yəti», istehsalın «Isveç modeli»nin və Azər¬bay¬can Demokra¬tik Respublikasının (1918-1920) iqtisadi platformasında nə¬zərdə tutulan iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində ge¬dən sosial-iqtisadi proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial mü¬dafiəsinin təşkili, yeni iqtisadi münasibətlərin formalaşmasında döv¬lət mülkiyyətinin özəl¬ləş¬di-rilməsinin rolu, vergilər, onların məzmunu, büd¬cənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə gedən so¬sial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya ma¬lik olmaq, qarşıya çıxan suallara inandı-rı¬cı cavablar vermək istəyən hər kəs iqtisadi təfəkkürə malik olmalıdır. Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfin-dən öy¬rə¬nil-məsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iq¬ti¬sadi sistemin ma¬hiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, hə¬min dövrdə və¬ziy-yətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qə¬rar¬lar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olun¬masına iqtisadçıları daha çox cəlb edirlər ki, bun¬lar da in¬for¬ma¬si¬ya¬ları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul et¬mək¬lə məşğul olurlar. Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik ol¬sa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bun¬lara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi pro¬ses¬lər¬dən baş çıxar¬maq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox bö¬yük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim gör¬mə¬miş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proses¬lərdən düzgün baş çı¬xa¬rır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yax¬şı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, so¬sial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta alda¬dı¬cı və təhrif olunmuş şə¬kil¬də göründüyü, cəmiyyətin inkişafı¬na əks təsir göstərə bildiyi üçün iq¬ti¬sadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması ol¬duq¬ca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir. 3. Iqtisadi qavrama və iqtisadi təfəkkür. Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, in¬san¬ların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ət¬raf aləmi, burada baş verən iqti¬sadi hadisə və prosesləri dərk etmə¬lə¬ri¬nin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanuna-uyğunluqlarını anlayışlar və onların arasındakı mən¬tiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks et¬dir¬mə¬lə¬ri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi mü¬na¬sibətlərə və onların inkişaf qanuna-uyğun¬luq¬larına dair baxışları sis¬temidir. Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərq¬lən¬dir¬mək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iq¬ti¬sa¬di təfəkkürün xarak-teri və məzmunu bir sıra amillərdən-cəmiyyət hə¬ya¬tı¬nın sosial şə¬raitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşki¬li¬n¬in vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı müna¬sibətlərdən, məi¬şət qayğıların¬dan və s. asılıdır. Insanlar yalnız gerçəkliyi dərk etməklə kifayətlənə bilməzlər. Çün¬ki onların malik olduqları biliklər müvafiq əməli nəticələrin çı¬xa¬rıl¬ma¬sına xidmət etməlidir. Deməli, insanlar iqtisadi anlayışlardan, ka¬te¬qo¬riyalardan istifadə etməklə, özlərinin əməli fəaliyyətlərində səhvə yol ver¬mə¬dən, cəmiyyətdə gedən hadisə və proseslərdən baş çıxara və on¬la¬rı idarə edə bilərlər. Iqtisadi anlayış və kateqoriya¬lar¬dan istifadə etməyi ba¬carmadıqda təfəkkürdə sinkretizm1 əmələ gəlir, adamlar iqtisa¬diy¬yat¬da baş verən hadisələrin içərisində itib-batır, onun başlıca əlamətini və ya əlamətlə¬rini ayırd edə bilmirlər. Bu zaman hadisələr kəmiyyət və key¬fiyyət, səbəb və nəticə, forma və mahiyyət əlamətlərinə görə deyil, tə¬sadüfi təsəvvürlərə görə ayrılır, birləşdirilir və ya təsnifləşdirilir. Bu¬nun¬la birlikdə, iqtisadi təfəkkür təkcə zahiri əlamətlərə görə deyil, həm də daxili şəxsi mənbələrə görə müəyyən edilir. Buna insanların qa-baq¬ca¬dan mümkün ola bilən yanlış nəticə çıxarmaları əhəmiyyətli dərəcədə təsir gös¬tə¬rir. Bu, təfəkkürdə şablonçuluğa gətirib çıxarır, adamlar hadi¬sənin ma-hiyyətinə varmadan, öz fəaliyyətlərini qabaqcadan malik olduqları yan¬lış təsəvvürlər əsasında qurmaqda da¬vam edirlər. Bununla əlaqədar ola¬raq iqtisadi təfəkkür özünün əsas vəzifəsini yerinə yetirə bilmir. Iqtisadi təfəkkürün mühüm xüsusiyyətlərindən biri də ondan iba¬rətdir ki, o insanların mənafeləri, xüsusilə də mad¬di mənafeləri ilə əla¬qədardır. Məhz buna görə də iqti¬sadi təfəkkürün istiqamətləri in¬sanların mənafeləri ilə mü¬əyyən olunur və bu, onları baş verən ha¬di¬sə¬lər¬dən müəyyən nəticələr çıxarmağa vadar edir. Ümumiyyətlə, iqtisadi mə¬¬na¬felər insanların davranışının, hərəkətverici fəaliyyətinin başlıca amilidir. Insanlarda iqtisadi təfəkkür müəyyən kateqoriyalar vasitəsilə for-malaşır və ardıcıl olaraq bir neçə mərhələ və pillədən keçir. Ilk əvvəl, is-tehsalla qarşılıqlı əlaqə prosesin¬də insanlarda onun haqqında ən sadə tə¬səvvür forma¬la¬şır. Bu təsəvvür əsas etibarilə hadisələrin zahiri tə¬rəf¬lə¬ri¬ni əks etdirir və iqtisadi təfəkkürün formalaşmasında empirik1 mər¬hələdir. Bu mərhələnin əhəmiyyəti onunla müəy¬yən edilir ki, o, iq¬ti¬sa¬di hadisələr haqqında çox sadə təsəvvür-lərin əldə edilməsi, onların el¬mi cəhətdən ümumi¬ləş¬dirilməsi üçün olduqca vacibdir. Çünki empirik bi¬liklər əsasında adamlar daha geniş və dərin anlayışlara yiyə¬lən¬mək üçün imkan əldə edirlər. Ümumiləşdirmənin gedişində nisbi mənada konkret olan bi¬lik¬lər getdikcə saflaşır. Lakin mücərrəd təfəkkür mər¬hələsi nə qədər əhə¬miy¬yətli olsa da, hadisənin dərk olunması prosesi onunla başa çata bil¬məz. Çünki mücərrəd anlayışlar, tam, bütöv haqqında yalnız sistemsiz, qar¬ma-qarışıq təsəvvür verir. Elmi mücərrəd anlayışların meydana gəlməsi ilə müna¬sibətlərin müx¬¬təlif və mürəkkəb şəbəkəsini, həmçinin hadi¬sələr, hadisələrlə on¬la¬rın mahiyyəti, müxtəlif səviyyələr və qaydalar arasındakı əlaqə və ası¬lı¬lıq¬¬ları müəyyən etmək imkanı yaranır. Bu andan təfəkkür özünün ta¬mam¬¬lanma, nəzəri mərhələsinə daxil olur. Bu, mahiyyətcə təfəkkürün for¬¬malaşmasında real iqtisadi proseslər haqqında qabaqca¬dan əldə edil¬¬miş biliklərin sintez mərhələsidir. Təfəkkür həm də özünün həqiqətə doğru hərəkətində müəyyən pil¬-lələrdən keçir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra an¬la¬¬yışlar əsasında müəyyən hipotez, yəni öyrənilən iqtisadi proseslərin fəa¬¬liyyətdə olması və hərəkəti haqqında fərziyyə meydana çıxır. Idrakın son¬¬rakı pilləsi konsepsiyadır. Fərziyyəyə nisbətən konsepsiya hadi¬sə və pro¬¬seslərə dair müəyyən nöqteyi–nəzərləri əsaslandı¬ran geniş baxışlar sis¬¬temidir. Buna Azərbaycan Respubli¬ka¬sının iqtisadi inkişaf, yaxud da qiy¬mətlərin əmələ gəlməsi konsepsi¬yalarını misal göstər¬mək olar. Həm də qarşıya qoyulan so¬sial-iqtisadi vəzifələrin həll edilməsinin ən sə¬mə¬rə¬li yollarını müəyyən etmək üçün bir neçə konsepsiya hazırlamaq məq¬sə¬dəuyğundur. Başqa sözlə, qarşıya qoyulan vəzifələrin yerinə yeti¬ril¬mə¬sin¬də çoxvariantlılıqdan istifadə olunmalıdır. Digər tərəfdən, müxtəlif kon¬sepsiyalar elmi cəhətdən əsaslandırılmalı, obyektiv iqtisadi qa¬nun¬la¬rın tələbləri nəzərə alınmalıdır. Müxtəlif konsepsiyaların diq-qətlə və də¬rindən işlənməsi və onların hərtərəfli əsaslandırıl-ması nəticəsində el¬mi biliklərin təcrübədə sınanmış və özünü doğrultmuş, tamamlanmış və mü¬kəmməl sistemi olan iqtisadi nəzəriyyə formalaşır. Bütövlükdə təfəkkürün tərkib hissəsi olan iqtisadi tə¬fək¬kür ya¬ra¬¬dıcı xarakter daşıyır. Bu, məlum iqtisadi forma və metodlara tənqidi ya¬naşmaq, onların məhdudluğunu, iqti¬sa¬di həyatın real faktları ilə on¬la¬rın barəsindəki tə-səv¬vürlər arasında fərqləri görmək, özünütənqid şə¬rai¬tində həyatımızda dərin kök salmış və özünü doğrultmayan, vaxtı keç¬miş stereotiplərdən yaxa qurtarmağı bacarmaq qabiliy¬yətinə malik ol¬maq deməkdir. Insanlar anadangəlmə iqtisadi təfəkkürə malik olmur¬lar, onu hə¬yatda qazanırlar. Insanların cəmiyyətdə mövcud olan iqtisadi mü¬na¬si¬bətlərlə əlaqədə olması iqtisadi təfək¬kürün formalaşmasının başlan¬ğı¬cı¬nı qoyur. Bu proses ailədə, məktəbdə və əmək kollektivlərində davam edir. Iqtisadi təfəkkürə yiyələnmək üçün hər şeydən əvvəl sağlam dü¬şün¬cəyə malik olmaq lazımdır. Lakin iqtisadi ger¬çəkliyi olduğu kimi qav¬ramaq, sosial-iqtisadi həyatın dolaşıq məsələlərindən baş çıxarmaq, tə¬sərrüfat təcrübəsinin çox mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün təkcə sağlam düşüncəyə malik olmaq kifayət deyildir. Həm də is¬teh¬¬salın idarə olunmasının obyektiv iqtisadi qanunauyğun-luqları, prin¬sip¬ləri və metodları haqqında biliklərə yiyələn-mək lazım¬dır. Cəmiyyəti¬mi¬zin yeniləşdiyi müasir dövrdə bu xüsusilə vacibdir. Ona görə də tə¬sa¬dü¬fi deyildir ki, kütlələrin canlı yaradıcılıq imkanlarının aşkara çı¬xa¬rıl¬ma¬sı, adamların ümumi dövlət problemlərinin həll edilməsinə cəlb olun¬ması, əmək adamlarının istehsalın və bütün ictimai həyatın əsl sa¬hi¬binə çevrilməsinin təmin olunmasına dair çevik mexaniz-min yara¬dıl¬ma-sı cəmiyyətin yeniləşdirilməsi və əsaslı iqtisadi islahatla¬rın həyata ke-çirilməsinin məhək daşı hesab olunur. Belə bir şəraitdə prinsipcə çox bö¬yük əhəmiyyətə malik olan bir vəzifə adamlarda müasir iqtisadi tə¬fək¬kürü formalaşdırmaqdan, sa¬hib¬karlığı və işgüzarlığı stimul¬laş¬dır¬maq¬dan ibarətdir. Qarşıya qoyulan vəzifələr isə yalnız bütün səviy¬yə¬lər¬də işçilərin bilik və səriştəliliyini yüksəlt-mək, cəmmiyyət üzvlərinin iq¬ti¬sa¬di təhlil metodları¬na yiyə-lənmələrini, idarəetmədə onların fəal iş¬ti¬ra¬kı¬nı təmin etmək yolu ilə yerinə yetirilə bilər. Beləliklə, insanların fəaliyyətlərinin başlıca sahəsi iqti¬sa¬diyyat ol¬duğuna görə onlarda iqtisadi təfəkkürün forma¬laş¬dırılması xüsusi əhə¬miy¬yət kəsb edir. 4. İqtisadi qanunları və iqtisadi kateqoriyalar. Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qa¬nun¬larla ida¬rə olunur. Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qa¬nun¬la¬rıdır. Hegel qeyd edirdi ki, bütün qanunlar kimi, iqtisadi qa¬nun¬lar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə edir. Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim tək-rarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və pro¬seslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir. Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter da¬şıyır. Yəni onlar insanların şüurundan, istək və arzula¬rın¬dan asılı ol¬ma¬yaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə ol¬masını etiraf etmək subyek¬tiv amillərin rolunu azaltmaq kimi başa dü¬şülməməlidir. Baş¬qa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildir¬lər, onlar həmin qanunları dərk və bundan özlərinin mə¬na¬fe¬lə¬ri¬nə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sü¬rət¬lən¬di¬rə bilərlər. Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını in¬kar edənlər də vardır. Onlar bu qanun¬la¬rın insanların iradəsin¬dən, dər¬rakəsindən, psixologiyasından ası¬lı olduğunu qeyd edirlər. Hətta bu qa¬nunları fetişləşdirənlə¬rə də rast gəlinir. Onlar sözdə iqtisadi qa¬nun-la¬rın obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi kortəbiilikdə, qa¬nun-ların fəaliyyəti¬nin qarşısının alınmasının mümkün olmamasında gö¬rürlər. Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cə¬hət¬lər də vardır. Belə ki: 1) Təbiət qanunları insanların iştirakı olmadan meyda¬na gəlib, fəa¬liyyət göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda mey¬dana gəlib fəaliyyət göstərməyə başlamışdır; 2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qa¬nunlar isə tarixi inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, on¬ları doğuran səbəblər, şərait ara¬dan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanun¬lara verirlər. Iqtisadi qanunları üç qrupa bölmək olar; 1) Spesifik iqtisadi qanunlar; 2) Ümumi və ya ən ümumi iqtisadi qanunlar; 3) Bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət gös¬tə¬rən iqtisadi qanunlar. Spesifik iqtisadi qanunlar inkişafın bir pilləsini digə¬rindən fərq¬ləndirir. Bu qanunlar istehsal, bölgü, mübadilə və istehlakın konk¬ret formalarına xas olan qanunlardır. Məsələn, kapital yığımı qanunu, rə¬qa¬bət qanunu kapita¬lizmə xas olan spesifik iqtisadi qanunlardır. Spesifik iqti¬sadi qanunlar sistemində əsas iqtisadi qanun xüsusi yer tu¬tur. Bu qanun istehsalın məqsədini ifadə edir, yəni istehsal nəyə və kimə xid¬mət edir? ayrı-ayrı adamların var¬lanmasınamı, yoxsa cəmiyyətin bü¬tün üzvlərinin ri¬fa¬hının yaxşılaşdırılma-sı¬na¬mı? Deməli, əsas iqtisadi qa¬nun insanla¬rın iqtisadi mənafe¬ləri ilə sıx əlaqədardır. Iqtisadi mənafelər in¬sanların birgə əmək prosesində, müəyyən iqtisadi münasi¬bətlər çər-çi¬və¬sində formalaşır. Insanların əməyə ilkin söv¬qe¬dici səbəbi olan iqtisadi mə-nafelər iqtisadiyyatın və bü¬tövlükdə cəmiy-yətin tərəqqisinin hə¬rə¬kət¬ve¬rici qüvvəsidir. Tarixi inkişafın gedişi inandırıcı surətdə göstərir ki, əmək bölgüsü ilə eyni vaxtda hər bir fərdin (ayrıca ailənin) iqtisadi mə¬na¬feyi ilə bütün fərdlərin ümumi mənafeləri arasındakı ziddiyyət də mey¬dana çıxır. Həm də qeyd etmək lazımdır ki, bu ümumi mənafe ayrı-ay¬rı fərdlər arasında qarşılıqlı asılılıq olduğuna görə obyektiv xarakter daşıyır. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərin¬ləşməsi, mül¬kiy¬yət formalarının və təsərrü-fatçılıq metodlarının təkmilləşdirilməsi ilə əla¬qədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi me¬xanizmi də mürəkkəb¬ləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə söv¬qe¬di¬ci səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur. Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-fe¬ləri¬nə iq¬ti¬sadi təsiretmənin xüsusi, olduqca çevik və səmə¬rəli sistemini ya¬rat¬mış¬dır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təh¬lükəsi sahibkarları isteh¬salı təkmilləşdirməyə, onu ən yeni və yüksək məh¬suldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir. Ümumi və ya ən ümumi iqtisadi qanunlar iqtisadi in¬kişafın bü¬tün mərhələlərində fəaliyyət göstərir və onlara əmək məhsuldarlığının yük-səldilməsi, təlabatın daim art¬ması qanunlarını misal göstərmək olar. Bu qanunlar aşağı¬dakı xüsusiyyətlərə malikdir. Onlar: 1) Ən ümumi iq¬ti¬sadi əlaqələri və münasibətləri səciyyələndirir; 2) Həmişə iqtisadi tə¬rəq¬qi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xü¬su¬siy¬yətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və in¬ki¬şaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan ver¬miş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti mey¬¬dana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tə¬rəqqini lən¬gitmişdir; 3) Cəmiyyətin inkişafı ilə əlaqədar ola¬raq ümumi iqtisadi qa¬nunlar nəinki tarix səhnəsindən çı¬xır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır. Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tə¬da¬vülü qanunu və s. misal göstərmək olar. Onlar cəmiyyətin in¬ki¬şa¬fı¬nın, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər. Iqtisadi qanunlar iqtisadi kateqoriyalar vasitəsilə təza¬hür edir. Iq¬tisadi kateqoriyalar-iqtisadi hadisə və pro-ses¬lərin ümumi cəhətlərini ifa¬də edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mül¬kiyyət, istehsal, bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kre¬dit, əmək bölgüsü və s. misal göstərmək olar. Beləliklə, iqtisadi qa¬nun¬larla iqtisadi kateqoriyalar arasında qarşılıqlı əlaqə vardır. Iqtisadi ka¬teqoriyalar – obyektiv iqtisadi qanunla¬rın məzmununu təşkil edən sa¬bit səbəb – nəticə əlaqələrini aş-kara çıxarmağa, hadisə və proseslərin za¬hiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə im¬kan verir. 5. Iqtisadi nəzəriyyənin tədqiqat metodları. Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inki¬şaf qa¬nun¬larını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız el¬mi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olun¬duq¬da mümkündür. Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət ha¬di¬sə¬lərinin dərk olunmasına yanaşılmasını, elmi tə¬fək¬kür qaydalarını və ob¬yektiv aləmin qanunauyğun¬luq¬larını əks etdirən üsul və vasitələrin toplusudur. Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar top¬¬lanır. Buna təsvir və ya empi-rik metod deyilir. Bundan sonra fakt¬la¬ra əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil ad¬la¬nır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təh¬lil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib his¬sə¬lə¬ri¬nə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər bi¬ri¬nin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərq¬lənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Mak-roiq¬tisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ay¬rı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda apa¬rılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi prob¬lem¬lər makroiqti¬sadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərc¬lərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir. Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sa¬hə¬lər, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailə¬nin gəliri və s. göstəricilərdən istifadə olunur. Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiy¬yəti ay¬dın-laşdırıldıqdan sonra idrak prosesi başqa for¬mada, təhlilin nəticə¬lə¬ri¬nin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ay¬rıl¬mış və təhlil olunmuş ün¬sürlərin yenidən vahid tam halında bir¬ləş¬di¬ril¬mə¬si sintez ad¬lanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürək¬kəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliy¬yatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ün¬sür¬lərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan son¬ra təhlil pro¬sesində əldə edilmiş məlumatlar ümumiləşdiril¬məklə tədqiq olunan ha¬disə haqqında ümumi təsəvvür əldə edilir. Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və de¬duk¬si¬ya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nə¬zəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hal¬¬larda isə qarşıya qoyu¬lan vəzifələrin yerinə yetirilməsinə nəzəriy¬yə¬dən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yox¬la¬nı¬¬lır, nəzərdə tutulan, gözlənilən nəticə alın-dıqda tətbiq olu¬nur, alın¬ma¬dıq¬da isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) me¬to¬du deyilir. Beləliklə, iqtisadi hadisə və pro¬ses¬lər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşa¬hi¬dəyə, ab¬strakt müha-kiməyə, məntiqə, yaxud da intiusiya¬ya arxa¬lan¬maq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yü¬rüt¬mək olar ki, alıcılar ərzaq məhsul¬larını qiy¬mətlər aşağı olduqda al¬sa¬lar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – ol¬ma¬ma¬sı sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə də¬fə¬lərlə yox¬lanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nə¬zə¬riyyədən faktlara doğru gedilir. Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat me¬tod¬la¬rıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən em¬pi¬rik məlumatların toplanması və sistem-ləş¬dirilməsi üçün istifadə olunur. Fakt¬lar isə öz növbəsində da¬ha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir. Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar təd¬qiq edilərkən nə mik¬ros¬kop¬dan, nə də kimyəvi reaktiv¬lərdən istifadə etmək mümkün deyildir. Bun¬ların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır1». «Abstraksiya» termini sözün hərfi mənasında «yayın¬dır¬¬maq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsə¬lən, kapitalizm bü¬töv bir tam kimi iqtisadi münasibət¬lərin müxtəlif növlərinin toplu¬sun¬dan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sis¬te¬mə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aş¬kara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin ha¬mısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cə¬hət¬lə¬rindən biri¬ni, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək la¬zımdır. Yalnız bu yolla kapi¬ta¬lizm haqqında konkret və tam təsəvvür əl¬də etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olu¬nar¬kən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi da¬ha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mü¬¬hüm¬lə¬rini, başlıcalarını seçib ayırmağa, ikin¬ci dərəcə-li, ya¬xud da təd¬qiqatı mürəkkəbləşdirən, çətin¬ləşdirən, lakin onun mahiyyətinə xələl gə¬tirməyən məsələlər¬dən sərfnəzər etməyə, onları nəzərə almamağa im¬kan verir. Bununla əla¬qədar olaraq, iqtisadi hadisə və proseslər öy¬rəni¬lər¬kən «baş¬qa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Baş¬qa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin də¬yişməz qaldığı fərz edilir. Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kə¬miy¬yət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin key¬fiy¬yət tərəfi onun ma¬hiy¬yətini ifadə edir. Kəmiyyət isə hadi¬sənin miqdar ölçüsüdür. Bun¬la¬rın dialektik vəhdətində key¬fiyyət müəyyənedicidir. Kəmiyyət də¬yiş¬mə¬ləri isə öz növ¬bəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru apa¬rır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mül¬kiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli in¬ki¬şa¬fı¬nı təmin etmişdir. Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iq¬tisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisa¬di hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələri¬nin xarakteri haqqında da¬ha konkret təsəv¬vürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyə¬tini aşkara çıxarmaq yox, həm də onun nor¬masını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nə¬zə¬riy¬yədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsul¬lardan, modelləşdirmədən geniş istifadə edilir. Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metod¬lardan bi¬ri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olun¬masıdır. Qra-fiklər materialları daha yaxşı mənimsəməyə, ay¬dın ba¬şa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifa¬də olunan qa¬nunauyğunluqları sezməyə imkan verir, onla¬rın əyaniliyini, aydın və yad¬¬da qalan olmasını təmin edir.
Posted on: Thu, 19 Sep 2013 10:25:16 +0000

Trending Topics




© 2015