Siğə əvvəl halal, sonra haram elan olunub. Allaha həmd olsun - TopicsExpress



          

Siğə əvvəl halal, sonra haram elan olunub. Allaha həmd olsun ki, bu araşdırmanı aparmaq üçün bizə kifayət qədər kömək edir. Oxuduğumuz və baxdığımız bütün mənbələr bizə bir daha göstərir ki, siğə nigahı əvvəllər mövcud olub, lakin bu o qədər məşhur olub ki, islam peyğəmbəri tərəfindən birbaşa haram elan olunmayıb. Tədricən bu halın baş verməsinə zərurət yaranıb, həmçinin Allahın elçisi (s) birdən-birə bunun haram hökmünü verməyib. Necə ki, Allah təala da haramların hökmünü birdən-birə verməyib. Bəzi haramlarda tədricilik göstərib. Məsələn bunun misalı olaraq biz şərabı göstərə bilərik. Allah təala şərabı birdən haram etməyib, bu barədə qəti hökmünü ən sonuncu ayədə bildirib. Siğə məsələsi də qəti olaraq Allah elçisi (s) tərəfindən əvvəl haram elan edilməmişdir, lakin sonra qəti olaraq haram edildi. Allah ən doğrunu biləndir. Biz keçən sonuncu yazıda Mazirinin İbn Məsudun rəvayətinə şaz dediyini qeyd etdik. Şaz rəvayət o rəvayətə deyilir ki, o rəvayətdə zəiflik və nöqsanlıq var. Şazın nə olduğunu başqa yazımızda qeyd etmişik. Siğəylə bağlı bütün yazılarımızı diqqətlə oxumağınızı tövsiyyə edirəm. Maziri deyir: Bu siğə məsələsi haqqında Səhih Müslmdə gələn rəvayətlər ixtilaflıdır. Bir qisminə görə də Məkkənin fəthində siğəni icazəli görən birisi, bu cür ixtilaflara meyl edib hədislərin yetərsiz olduğuna, bu vəziyyətin səhih hədislərə şübhə gətirəcəyinə hökm edə bilər. Halbuki, məsələ belə şübhəli qalacaq qədər qaranlıq deyil, belə bir mülahizə irəli sürmək xətadır. Siğənin haram olması haqqında açıq aşkar rəvayətlərə və qadağanlara şübhə gətirmək xətadır. Əslində hədislər arasında heç bir iki meyillilik, qarışıqlıq, anlaşmazlıq yoxdur. Çünki, Allahın elçisinin siğəni iki ayrı zamanda qadağan etməsi səhih xəbərlərdə gəlibdir. İkinci qadağan, birnci qadağanı qüvvətləndirmək üçün edilib. Həmçinin birinci qadağanı eşitməyənlər üçün həmin qadağan daha da möhkəmlənsin və bir daha eşitməyənlər da qadağanı eşitsin deyə təkrarlanıbdır. Beləliklə də bəzi ravilər (hədis deyənlər) qadağanı birncisindən, bəziləri də ikincisindən eşidib, hər biri öz eşitdiyini rəvayət edib və eşitdiyi vaxta aid ediblər. Zərkani, siğə nigahının icazəli olduğunu irəli sürənlər, özlərinə dəlil götürdükləri ayənin talaq, iddət və miras ehkamlarının gəlməsi ilə nəsx edildiynə dair İbn Məsud (r) və Həzrəti Əlidən (r) rəvayət olunduğunu əl-İstizkar əsərinə isdinad edərək bildirir. Əbu Bəkr İbn əl-Arabinin siğə barəsində izahı Nəvəvinin izahına bənzəyir: Nəsx (siğənin hökmünün haram elan edilməsi) iki dəfə baş verib. İbn Arabi deyir: “Allah təala islamın başlanğıcında bu məsələnin üzərindən keçdi ki, insanlar keçmiş adətlərini davam etdirsinlər. Nəhayət Xeybər səfəri vaxtı Həzrəti Əlinin (r) rəvayətində də göründüyü kimi haram etdi. Bu rəvayət səhih, sabit və açıq bir rəvayətdir”. İbn Arabi islamın bütün mövzularında öz sözünü deyən alimlərdəndir. Onun bütün sələf kitablarında məsələlərə münasibəti bildirilib. Etibar edilən alimlərdəndir. Qurtubi deyir: “Bütün rəvayətlər siğənin halal edilməsinin qısa müddətli olduğunda müttəfiqdir. Bu da onu göstərir ki, siğə haramdır. Həm sələf alimləri, həm də xələf alimləri (sonra gələn bütün islam alimləri) siğənin haramlığında ittifaq ediblər. Ancaq Rafizilərdən sözləri etibarlı olmayan bəziləri bunun əksini söyləyiblər”. Bu da ən məşhur Qurtubinin açıq sözləridir. Biz bunu çəkinmədən qeyd etdik ki, cəmiyyətimizin gəncləri şeytana aldanmasın. Çünki o, bizim hamımızın açıq-aşkar düşmənidir. Bu yolla müsəlmanları zinaya meyl etdirir. Onun şərrindən Rəbbimizə pənah aparırıq. Bizm üzərimizdə ancaq Allah hökm sahibidir. Biz Ona təvəkkül etdik. Bu barədə İbn Həzm deyir: “Müəyyən bir müddət üçün edilən siğə nigahı düzgün deyildir. Peyğəmbərin (s) vaxtında halal idi. Allah təala Peyğəmbərinin (s) dili ilə onu açıq aşkar nəsx etdi. Siğə qiyamətə qədər haramdır”. İbn Həzm “Kitabul-Etibarda” siğə nigahının “səfər vaxtı” mübah olması barədə bunları vurğulayır: a) İslamın başlanğıcında və səfər halında mübah edilib. Siğənin halal olduğunu xəbər verən heç bir rəvayətdə, bunun müsafir olmayana halal tanındığını ifadə edən heç bir söz yoxdur. (Yəni müsafir olmayan üçün siğə nigahı heç bir rəvayətdə qeyd olunmayıb. Bu ancaq səfər zamanı halal edilib ki, sonra da haram elan edilib). b) Bir neçə dəfə qadağan olundu, bir neçə dəfə də mübah elan olundu. Allahın peyğəmbəri (s) ömrünün sonunda, Vida Həccində açıq-aşkar qadağan etdi. Vida Həccində ifadə edilən qadağan, onsuzda mövcud olan qadağanı daha da möhkəmləndirdi. Bunun bir daha haram olunmasını əbədiləşdirdi. c) Bu gün nə məzhəb imamları, nə də başqa fəqihlərin heç biri siğəyə mübah deməyiblər, sadəcə Şiələrdən bir qismi onu halal elan ediblər. İbn Həzmin bu sözlərini Ayni də eyni ilə onun kimi təkrar edir. Siğə nigahıyla bağlı rəvayətlərin dəyərləndirilməsində Tahavinin fikri və sözü hamısını nöqtələyəcək səviyyədədir. Tahaviyə görə siğəyə fətva verənlərin görüşləri doğrudur, amma bu rəvayətlər nəsx edilib (hökmü qaldırılıb, halal olan haram elan olunubdur). Bunu bilin ki, siğə nigahını məhz Allahın elçisi (s) Allahın əmri və izni ilə qadağan edib. Peyğəmbərimizin (s) icazəsini ifadə edən rəvayətlər, qadağadan əvvələ aiddir. Qadağandan sonra siğə haram elan olunubdur. Bunun ən gözəl və açıq dəlili Səbrə bin Məbədin (r) rəvayətidir. Həmin rəvayəti əvvəlki yazılarımızda qeyd etmişik. Ancaq ola bilər ki, müxaliflər ya inadkarlıqdan baxmayıb, yaxud tənbəllik edib baxmayıblar, yaxud həmin hədisi axtarmaq onlara çətin gəlib. Bunu nəzərə alıb Səbrənin (r) hədisini bir daha burada qeyd edirik. Bəzi məlumatlarda məhz siğə nigahı edildiyini bildirən Səbrə (r), bu rəvayətdə keçmiş icazənin nəsx edildiyini açıq bir şəkildə ifadə edir: “Allah rəsulu (s) belə buyurdu: “Ey insanlar! Mən sizin qadınlarla siğə nigahı etmənizə icazə vermişdim. İndi Allah təala, onu qiyamət gününə qədər haram edibdir. İndi kimin yanında belə siğə nigahlısı olan qadını varsa, artıq ona icazə versin. Onlara hədiyyə olaraq verdiklərinizdən heç nəyi geri qaytarmayın”. Hədisin bir başqa variantında Səbrə (r) deyir ki: “Bundan sonra Allah elçisi şiddətlə haram etdi və bu nigah haqqında ən ağır sözləri sərf etdi”. Bu rəvayət heç bir izaha yer qoymadan siğə ilə bağlı icazənin nəsx edildiyini açıq bir şəkildə ifadə edir. Biz bunu da qeyd etmişik ki, bu barədə Müslim 9 ayrı yoldan haramla bağlı hədisləri rəvayət edibdir. Hər şey ortadadır. Dəyərli qardaşlarım və dəyərli bacılarım! Mən bu gün müsəlmanlar arasında siğə ilə bağlı gəzən söz söhbətlərə və şübhələrə təəccüb edirəm. Ona görə ki, bizim bir çox müsəlman bacı və qardaşlarımızı çaşdırmaq üçün və zinaya sürükləmək üçün şiələrdən bir çoxu onlara məşhur hədis kitablarından siğənin halal olması ilə bağlı hədisləri dəlil kimi gətirib onları çaşdırırlar. Bu məsələdə susmaq ən doğru o vaxt ola bilərdi ki, müsəlman gənclərimizi zinaya sürükləyən bir çox kütləvi informasiya vasitələrində siğə ilə bağlı şübhəli yazıları və məqalələri dərc etməzdilər. Amma nə edək ki, şeytan şəhvət yolu ilə haramın halal olduğunu açıq-aşkar deyə bilir. Necə ki, o azğın düşmən bizim atamız Adəmi (ə) aldadıb Cənnətdən çıxardı. Mən deyirəm ki, bu gün müxtəlif kütləvi informasiya vasitələrində gedən siğəylə bağlı verlişlər və jurnallarda çıxan yazılar gənclərimizi aldatmasın. Sonra Allahın əzabından xilas olmaq çətin olacaq. Mən buna görə bütün kütləvi informasiya vasitələrini diqqətli olmağa və böyük bir vəbaldan özlərini qorumalarına dəvət edirəm. Allah təala hər birimizi gizlin və açıq haram və günahlardan qorusun. Amin! Hazırladı: Əkrəm Həsənov (Ardı var...)
Posted on: Thu, 20 Jun 2013 15:55:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015