Sol düşüncəli küçə rəsssamı BANKSY-nin "Exit Through the - TopicsExpress



          

Sol düşüncəli küçə rəsssamı BANKSY-nin "Exit Through the Gift Shop" adlı sənədli filmi. Filmdə Şephar Frey, Banksy, Space İnvader kimi məşhur küçə rəssamlarının əl işləri, işin prosesi və məqsədi barədədir. Banksy hələ də kimliyi açıqlanmayan küçə rəssamı olaraq qalır. Artıq o, həyatda ikən onun barədə əfsanələr gəzməyə başlayır. Film Los-Anglesdə məskunlaşmış qraffiti ilə maraqlanan və dayanmadan öz kamerası ilə çəkən fransız Tyerri Qetta ilə başlayır. İlk dəfə Banksy məhz Tyerri Qettaya onu iş prosesində çəkməyə icazə verir. Və bunun əvəzində Banksy Qettaya qrafitinin sirlərini öyrədir. Sonradan Tyerri "Mr. Brainwash" adı ilə küçə rəssamı kimi tanınmağa başlayır. Və Tyerri küçə rəssamlığını məşhurlaşmaq ötrü istifadə edir. Film dörd mükafat alıb. Bunlardan biri 2011-ci ilə "Ən yaxşı tam metrajlı sənədli film" kimi Oskar mükafatıdır. Banksi bu mükafatları qəbul etməməli idi, necə ki, vaxtıkən Sartr Nobel mükafatından imtina etmişdi. Buyurun, izləyə bilərsiniz.
Posted on: Thu, 20 Jun 2013 10:01:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015