Son zamanlar insanlar aptekdən deksametazon adıı preparatdan - TopicsExpress



          

Son zamanlar insanlar aptekdən deksametazon adıı preparatdan kökəlmək məqsədi ucun alırlar bunun haqqında yazmaq istedim : Deksametazon qlukokortikoid hormonlarına aid olan çox güclü iltihab əleyhinə olan bir dərmandır və yalnız həkim təyini əsasında istifadə olunmalıdır. Deksametazon müxtəlif iltihablar, allergiyalar, şok, immun sistemin funksiyasını azaltmağa ehtiyyac duyularsa istifadə oluna bilər. Deksametazon ümumiyyətlə maddələr mübadiləsinə təsir edir: qanda zülalların proporsiyasına təsir edir, yağ turşularının sintezini artırır və beləliklə piy qatının artmasına gətirir, xüsusən də bədənin yuxarı paylarında (üz, boyun, döş qəfəsi, bel), qanda şəkərin və xolesterinin səviyyəsini qaldırır, bədəndən kalsi və kaliy ionların xaric olunmasını sürətləndirir, natriy və suyun ifrazını isə azaldır, bu isə arterial təzyiqin qalxmasına səbəb olur.《SABİNAA》
Posted on: Sun, 21 Jul 2013 05:25:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015