Sədi, «Gülüstan» kitabının birinci fəslində belə bir - TopicsExpress



          

Sədi, «Gülüstan» kitabının birinci fəslində belə bir dastan nəql edir: «Bir dəfə bir ağa, öz nökəri ilə gəmiyə minir. Dəniz görməmiş nökəri vəhşət bürüyür və o, səbirsizlik göstərməyə başlayır. Hətta iş o yerə çatır ki, onun keçirdiyi gərginlik, gəminin digər sərnişinlərini də narahat edir. Gəmidə olan bir həkim deyir ki, mən onun dərdini bilirəm. Oradakılara göstəriş verir ki, nökəri dənizə atsınlar. Özünü coşqun və rəhimsiz ləpələr üstündə ölümlə üz-üzə görən nökər, çox çalışaraq özünü gəmiyə çatdırmağa və batmaqdan qurtarmağa çalışır. O, bir müddət nəticəsiz təlaşdan sonra, batmaq istəyəndə həkim onu sudan çıxarmaq göstərişi verir. Nökər bu hadisədən sonra sakitləşir və əvvəlki kimi səs-küy salmır. Həkimdən məsələnin sirrini soruşurlar. O, deyir ki, nökərin, gəminin qədrini bilməsi üçün dənizə düşməsi lazım idi.» İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə isə belə deyilir: «Allah-taala bir bəndəsini sevdikdə onu çətinliklər dəryasında batırıb çıxarır» Refi
Posted on: Tue, 02 Jul 2013 19:18:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015