Səhər oyanmaq istəməyəcəksən ilk günlər yemək yeyə - TopicsExpress



          

Səhər oyanmaq istəməyəcəksən ilk günlər yemək yeyə bilməyəcəksən boğazına ayrılıq ilişdi çünki… Gündə milyon dəfə telefona baxacaqsan boş bir cümlə gözləyəcəksən hər hansı bir dildə olması belə lazım olmayan… Bağışlamayacağam onu deyərkən bağışlayacaqsan .. Ən çox əllərinimi qoxusunumu darıxdığını bilməyəcəksən heç küçədə gördüyün hər kəsi ona bənzədəcəksən ! Qopuq anların olacaq həyatdan kimi nəyi düşündüyünü bilmədiyin… Hər kəs sənə bir sirr verərmiş kimi bir gün onu unudacağını söyləyəcək Qorxacaqsan küsəcəksən hamıdan… Daha kinli olacaqsan Hər şeyə kədərlənəcəksən; küçədə qalan uşaqların aclıqdan ölən insanları sanki ilk dəfə fərqinə varırmış kimi içinə oturacaq hər haqsızlıq… Sonra ağrına alışacaqsan sevəcəksən ağrını ondan qalan tək həqiqətə sarılacaqsan !…. Öyrənəcəksən digər insanlar kimi yaşamağı hər kəs öyrənər çünki hər kəs gizləyər ağrısını, biləcəksən !… Yatmadan əvvəl hər gecə saçlarını öpdüyün o anı xatırlayacaqsan gözyaşların yığılacaq boğazına udqunamayacaqsan Görüşdüyünüz yerlərə getmək təsəllin olacaq Getmədiyində canın ağracaq gedəndə də ürəyin qanayacaq… Səbəbsiz sevməyə başlayacaqsan sevdiyi hər şeyi səbəbsiz nifrət edəcəksən onu üzən şeylərdən… Ümidsizlik dolduracaqsan ciblərinə daşacaq… Və sənə bir sirrdə mən verim onu heç unuda bilməyəcəksən… O bəzən peşman olacaq səndə buraxdıqlarına üzüləcək ağlayacaq bəlkə bəzən… Səni xatırlayacaq hərdənbir Əli telefona gedəcək istəmədən… Amma səni bir daha heç sevməyəcək; daha əvvəl sevmədiyi kimi… Yenə də dönəcək bir gün. qalmaq üçün deyil səni necə yıxdığını görmək üçün !.. hər insan izləmək istər uğruna ölən birini…..
Posted on: Sat, 02 Nov 2013 08:35:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015