Səndən uzaqdı.. Sən nə bilərsən ki, nələr çəkirəm, - TopicsExpress



          

Səndən uzaqdı.. Sən nə bilərsən ki, nələr çəkirəm, Mənim duyğularım səndən uzaqdı. Elə bilirsən ki, ölmüş ümidəm, Niyə arzularım səndən uzaqdı ? Vaxtsız üzün güldü, vaxtsız ağladın, Vaxtsız aşiq oldun, ürək bağladın. Sən doğru aparıb, yalan saxladın, Mənim nağıllarım səndən uzaqdı. Mən dərdi çəkməyə deyildim hazır, Gördüm ki, əllərin qəbrimi qazır. Qələmim vərəqi qanımla yazır, Qəmli misralarım səndən uzaqdı. Unudub adımı sildin, anmadın, Eşqə saxta dedim,susdun, danmadın. Gecikdin, vaxtında gəlib çatmadın, Məhəbbət qatarım səndən uzaqdı. Qorxdum pıçıldadım aman qəlbimə, Danladım, dedim ki, utan qəlbimə. Süzülür üzümdən yanan qəlbimə, Axan göz yaşlarım səndən uzaqdı. Sənsiz dinləyirəm qəm havasını, Hələ saxlayıram sevgi yasını. Aldın ürəyimin tən yarısını, Məndə qalan yarım səndən uzaqdı. Gözlərin gecələr gəlir yuxuma, Deyir, sende, bəsdi daha ağlama. Verdim sevincimi eşqinə, qorxma, Qara ahu-zarım səndən uzaqdı.
Posted on: Wed, 03 Jul 2013 19:11:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015