Tarixi[redaktə] Əsas məqalə: Azərbaycan Demokratik - TopicsExpress



          

Tarixi[redaktə] Əsas məqalə: Azərbaycan Demokratik Respublikasının milli ordusu Əsas məqalə: Azərbaycan-Ermənistan müharibəsi (1918-1920) Əsas məqalə: Qarabağ müharibəsi 1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. 1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirdi. Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi. Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir. 1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılmışdı. Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin Israeli Aerospace Industries (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsrail hərbi mütəxəssislərinin böyük dəstəsi azərbaycanlı həmkarlarına yeni silah sistemləri ilə işləməyi öyrətmək üçün Bakıya göndərilib. Yeni müqaviləyə əsasən İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınmasından söhbət gedir. Bu HHM sistemləri Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiə etməyə qadirdir. [2] 2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 mlrd. ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb. [3] Zirehli texnika[redaktə] Tanklar[redaktə] T-90 – 200- Rusiyanın “Rosoboroneksport” şirkəti ilə bəlli olmayan sayda T-90S tanklarının alqı-satqısına dair müqavilə bağlanıb.[4] T-84 Oplot - ? ədəd Ukraynadan alınmalı T-80 – 44 T-72 – 636 ədəd (T-72AV/T-72AB – 156, T-72A/T-72B – 50-60, T-72M1 – 163, T-72AQ – 48 ədəd, T-72"ASLAN"-İsrail modernizasiyası) (SSRİ-nin 4-cü ordusuna aid 311 ədəd T-72 tankı Azərbaycana qalmışdır. Bunlardan 178 ədədi Qarabağ müharibəsində itirilmişdir. Bununla yanaşı, Ermənistan ordusundan 23 ədəd T-72 ələ keçirilmişdir. Nəticədə, Sovet İttifaqından Azərbaycana qalan T-72 (AV və B) sayı 156 ədəddir.[5] 1994-2004-cü illərdə 50-60 ədəd T-72 alınmışdır. 2005-də 60 ədəd (60 mln. dollar), 2006-da 48 eded (48 mln. dollar) T-72AQ Ukraynadan,[6] 41 ədəd (40 mln. dollar) T-72M1 Belorusiyadan[7], 2007-də 62 ədəd (62 mln. dollar) T-72M1 Rusiyadan[8]) T-64 – 100-ə qədər.[9] (2006-cı ildə Ukrayna Azərbaycan Silahlı Qüvvələrinə aid T-64 tanklarını modernizasiya etməyi təklif etmişdi.[10][11]) T-55 – Təqribən 350 ədəd T-54/T-55 tankı Azərbaycan Silahlı Qüvvələrinin inventarından çıxarılıb və Azərbaycan Müdafiə Sənayesi tərəfindən şassiləri üzərində daha yeni hərbi texnikaların yaradılması proqramına başlanılıb.[12] Digər zirehli maşınlar[redaktə] BTR-80A – 82[13][14] BTR-80 – 210[15] 2004-2007-ci illərdə Azərbaycan Ukraynadan 18 ədəd BTR-80 alıb[16]. BTR-70 – 300[17] (2010-cu ildə Ukrayna Azərbaycana 71[18], 2009-cu ildə 29, 2008-ci ildə isə 32 ədəd BTR-70 satıb)[19]. BTR-60 – 25[13][20]. BTR-D – 11[21] BTR-3 – 3-6 BMP-1 – 200[22] BMP-2 – 300[23] BMP-3 – 40 BMD-1 – 41[21] BRM-1K – 23 BRDM-2 – ? MT-LB – 393[21] APCMatador – 110 (Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və CAR-ın Paramount Group şirkətinin birgə layihələşdirdiyi 14 yerlik zirehli transportyor) Marauder – 110 (Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və CAR-ın Paramount Group şirkətinin birgə layihələşdirdiyi 10 yerlik zirehli transportyor) Otokar Cobra - 350 [24] Mbombe - ? Aviatexnika[redaktə] Təyyarələr[redaktə] MiQ-25 – 8 MiQ-29 – 26 [25] Su-24 – 5 Su-25 – 33 (BMT-nin Adi Silahlar Registri hesabatına əsasən 2009-cu ildə Belorus Azərbaycana 5 ədəd Rusiya istehsalı olan "Su-25 Frogfoot" hücum təyyarəsi satıb[26].) JF-17 – 24[27][28][29] L-39 - 20 (Telim doyus teyareleri) Helikopterlər[redaktə] Mi-35M — 36 (2010-cu ildə Rusiyadan 24 ədəd, sonra isə daha 12 ədəd alınmışdır.) [30] Mi-24 – 60 (2009-cu ildə Ukrayna Azərbaycana 11 Mi-24 helikopteri satıb)[31]. Mi-8 – 13 Mi-17-1V — 78 (Azərbaycan Rusiyadan 72 ədəd Mi-17-1V çoxməqsədli Helikopteri alıb)[32] Mi-172 — 1.[33] Ka-32 – 6[34] Eurocopter Super Puma – 2-3[35][36] T-129 ATAK (Turkiyeden alinacaq) Pilotsuz təyyarələr[redaktə] Aeronautics Orbiter – 16 Aeronautics Aerostar – 16 Searcher- 12 Hermes 450- 12 [37] Heron- 5 Hermes-900- ? [38] Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfinfən İsrailin aidiyyəti şirkətləri ilə pilotsuz təyyarələrin istehsalı ilə bağlı müqavilə imzalanıb. Raket sistemləri[redaktə] SİPRİ, Dünya Silah Ticarətinin Analizi Mərkəzi (SAMTO) kimi təşkilatların hesabatları, silah ixracatçısı olan ölkələr tərəfindən BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatların analizlərinə əsasən, Azərbaycan 2001-2011-ci illərdə müxtəlif ölkələrdən 450-dən artıq müxtəlif çaplı raket-artilleriya sistemləri satın alıb. Bunun 120-yə yaxınını iri çaplı minaatanlar, 70-ə qədərini reaktiv artilleriya sistemləri, 3 kompleks "yer-yer" tipli Toçka-U sistemi, 100-dən çoxu özüyeriyən artilleriya sistemi, qalanları isə yedəkdə daşınan müxtəlif haubitsalardır. APA-nın araşdırmasına görə, Azərbaycanın artilleriya silahlanmasında fərqli coğrafiyalara yer verilməsinə baxmayaraq, ötən onillikdə bu sahədə üstünlüyü Ukrayna və İsrail tutub. Hesabat dövründə Azərbaycan Ukraynadan 310 ədəd, İsraildən isə 50-yə yaxın müxtəlif çaplı artilleriya sistemləri satın alıb. Hər iki ölkədən verilmiş sifarişlər 2012-ci ildə də davam edib. Hesabat dövründə Azərbaycan Ukraynadan 24 ədəd 9A52 Smerç (2004-2011), 4 ədəd 9P129-1M Toçka-U kompleksi (2008), 54 ədəd 2S1 Qvozdika, 16 ədəd 2S3 Akatsiya sistemi (2008-2010), 127 ədəd D-30 (2002-2007), 85 ədəd 120 mm-lik PM-38 tipli minaatan (2005-2006), Belarusdan 30 ədəd 120 mm-lik D-30 haubitsası (2010), 12 ədəd 2S7 «Pion» (2008-2009) özüyeriyən artilleriya sistemi, Bolqarıstandan 36 ədəd M-46 tipli haubitsa (2002), Bosniya və Herseqovinadan 10 ədəd 128 mm çaplı RAK-12 reaktiv atəş sistemi (2010), İsraildən LAR-160, Lynx Qrad tipli reaktiv atəş sistemi, Atmos-2000 tipli haubitsa, Cardom tipli avtomatik minaatan, Rusiyadan 20-dən artıq 2S9 Nona-S tipli özüyeriyən minaatan (2004), Türkiyədən 107 və 122 mm çaplı reaktiv atəş sistemləri, müxtəlif artilleriya sistemləri alıb. Yaxın illərdə Türkiyəyə sifariş verilmiş T-155 Fırtına özüyeriyən artilleriya sisteminin də silahlanmaya qəbulu gözlənilir. Türkiyə Müdafiə Sənayesi Katibliyi rəsmilərinin sözlərinə görə, sistemin Azərbaycana satışına əngəl yaradan mühərrik problemi həllini tapıb. "Fırtına"nı mühərriklə təmin edən Almaniyanın MTU şirkəti Ermənistanla münaqişəni əsas gətirərək, Azərbaycanın sifariş verdiyi özüyeriyən haubitsaları mühərriklə təmin etməyəcəyini bildirmiş, bu səbəbdən sifarişin icrası ləngimişdi. Detallar açıqlanmasa da, problem artıq müsbət həll olunub. Məlumatlara görə, Azərbaycan Türkiyədək 36 ədəd T-155 Fırtına sistemi almağı planlaşdırır. [39] Hava hücumundan müdafiə sistemləri[redaktə] S-300 zenit raket kompleksi – 2009-cu ildə Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın "Rosoboroneksport" şirkəti ilə 2 Divizion S-300 PMU-2 "Favorit" zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalamışdır. Növbəti il isə, daha 1 Divizionun S-300 PMU-2 "Favorit" alınmışdır. [40][41][42] Barak-8 Hava Hücumundan Müdafiə Sistemi. 75 ədəd raketi ilə birlikdə İsraildən alınmışdır.[43] S-75 zenit raket kompleksi S125-2TM zenit raket kompleksi – (Belorusiya Azərbaycana məxsus S-125 "Peçora" raket sistemlərini modernləşdirərək S125-2TM səviyyəsinə çatdırıb)[44] S-200 zenit raket kompleksi "Kruq" zenit raket kompleksləri Özüyeriyən "BUK-M1" zenit raket kompleksi – 3-4 ədəd[45] Özüyeriyən Zenit raket kompleksi "Osa" Özüyeriyen Zenit Qurğusu "ZSU-23 Şilka" Özüyeriyen Zenit Qurğusu "9K35 Strela-10" Zu-23 zenit kompleksi Kub raket kompleksi Spyder (israilden alinib) T-38 stilet Arrow-2 (israilden alinacaq) Hemcinin dasinan Iqla ve Strela raket kompleksleri Operativ-taktiki raket kompleksləri[redaktə] "Toçka" taktiki raket kompleksi – 8 Gabriel-5 – Gəmilərin məhv evilməsi üçün nəzərdə tutulmuş qanadlı raket sistemi. Bəlli olmayan sayda İsraildən alınmışdır.[46] p-12 - ? ( Çindən alınıb ) sy-400-? (cinden alinib) Reaktiv yaylım atəşi sistemləri[redaktə] Smerç – 24 [47] Qrad – 85 Lynx LAR-160 – 30 Lynx Extra – 5 Lynx Grad - Bəlli olmayan sayda İsraildən alınmışdır. Nayza – ?[48][49][50] (İsrail və Qazaxıstanın birgə istehsalı) T-122 Sakarya – Bəlli olmayan sayda Roketsandan alınmışdır. TRB-107 – 30. Azərbaycan Müdafiə Sənayesi və Türkiyənin "Roketsan" şirkəti tərəfindən birgə istehsal olunur.[51] RAK-12 - 128 mm-lik Reaktiv Yaylış Atəşi Kompleksi. Bosniya və Hersoqovinadan 20 min raket ilə birlikdə 10-12 sistem alınmışdır.[52] WM-120- ? (cinden alinib) Özüyeriyən artilleriya qurğuları[redaktə] 2S1 Qvozdika – 80 (2009-cu ildə Ukrayna Azərbaycana 29 ədəd, 2008-ci ildə isə 18 ədəd 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu satıb) 2S3 Akasiya – 20 (2008-2010-cu illərdə Ukrayna Azərbaycana 16 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu satıb)[53] 2S7 Pion – 35 ed (BMT-nin Adi Silahlar Registri hesabatına əsasən 2009-cu ildə Belorus Azərbaycana 9 ədəd 203 mm-lik 2C7 "Pion" özüyeriyən artilleriya qurğusu satıb[54] Azərbaycan 2009-cu ildə Rusiyadan 9 ədəd, 2008-ci ildə isə 3 ədəd 2C7 "Pion" özüyeriyən artilleriya qurğusu alıb)[55] 2S9 Nona-S – 26 [56] 155 mm-lik Atmos (SOLTAM) – ?[57] 122 mm-lik Semser (SOLTAM) – ?[58] 120 mm-lik Cardom (SOLTAM) – ?[59][60] Daşınan artilleriya qurğuları[redaktə] D-30 – 72 D-30A – 55 D-20 – 40 MT-12 Rapira – 85 D-44 – 72 M-46 – 40 2A36 Qiasint B – 22 2B14-1 – ? 2B11 – ? Dual Purpose Mortar – ? (Azərbaycan istehsalı olan 60 mm-lik minaatan)[61] HE Mortar Bomb – ? (Azərbaycan istehsalı olan 120 mm-lik minaatan) M-71 "Aşırım – ? (Azərbaycan istehsalı olan 85 mm-lik minaatan) Tank Əleyhinə Raket Kompleksləri[redaktə] SPIKE – İsraildən alınmışdır. IMI Shipon – İsraildən alınmışdır. 9K113 Konkurs – Faqot – Kornet – 100 ədəd. (2009-2010-cu illərdə Rusiyadan alınmışdır.) Skif – Ukraynadan alınmışdır. RPQ-7 – Avtomobil texnikası[redaktə] Unimog Ural Kamaz UAZ М-462 "Abir" Sufa-3 Skorpion AIL STORM Land Rover Defender Silahlar[redaktə] AK-74 AKS-74U AK-47 IMI Tavor TAR-21 MP5 Negev Əl pulemyotu G3A3 RPG-7 Remington 700 Draqunov SVD 7,62 mm-lik snayper tüfəngi İstiqlal 14,5 mm-lik snayper tüfəngi İST 12,7 Xəzri avtomatı Zəfər tapança Zəfər-K İnam NATO[redaktə] NATO-nun bayrağı Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir. Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir. 1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, 2000-cı ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan hazırlanır. Yaxın vaxtlarda bu plan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənəcək. [62]. Kosovo[redaktə] Azərbaycan sülhməramlı qüvvələri 1999-2008-ci illərdə Kosovoda beynəlxalq əməliyyatlarda iştirak etmişdir. 4 mart 2008-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin sentyabrından Kosovada yerləşən Azərbaycan sülhməramlı qüvvələrinin geri çağrılması barədə qərar qəbul edib. Buna səbəb Kosovada sülhməramlı əməliyyat keçirilməsi üçün mandat verən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması və Kosovonun müstəqil dövlət elan edilməsidir. Əfqanıstan[redaktə] Azərbaycan sülhməramlı qüvvələri Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştirak edirlər. İraq[redaktə] Azərbaycan sülhməramlı qüvvələri İraqda beynəlxalq əməliyyatlarda iştirak etmişdir.
Posted on: Sat, 29 Jun 2013 16:22:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015