Turan” İnformasiya Agentliyi üçün hazırlanan məqalədə - TopicsExpress



          

Turan” İnformasiya Agentliyi üçün hazırlanan məqalədə qeyd olunur ki, rəsmi Bakı yüksək vəzifəli Amerika məmurlarının, siyasətçilərinin və qanunvericilərinin ölkəyə səfər etməsi üçün fəal şəkildə səy göstərir. Hərçənd Ağ Ev və Konqres uzun illər əvvəl yüksək vəzifəli şəxslərə xarici qüvvələrin maliyyələşdirdiyi səfərləri qadağan edib. “Diktatorların lobbiçiliyinə birbaşa cəlb olunmadan pul qazanmağın bir çox başqa yolları var... Bakıdakı tədbirə yüksək vəzifəli məmurlar gedib və onların hamısına sərf etdikləri vaxta və uçuşlara görə yaxşı kompensasiya ödənilib. Bu, bizim diplomatiyamız üçün biabırçılqıdır və gələcəkdə təkrarlanmamalıdır”, - deyə o, bildirib.American Enterprise İnstitute”un əməkdaşı, Bakıdakı forumun moderatorlarından biri olan Maykl Rubin jurnalistə bildirib ki, tədbirin real sponsoru SOCAR – Azərbaycanın Dövlət Neft Şirkətidir. “Turquoise Council of Americans and Eurasians təşkilatı konfransa heç bir maliyyə vəsaiti verməyib. Onları sponsorlar konfransın təşkilatçısı qismində tutub ki, istədiyi şəxsləri dəvət etsin, gediş-gəlişləri təşkil etsin və digər logistika məsələlərini həll etsin. Eyni zamanda, sponsorların, məsələn, Azərbaycanda Amerika Ticarət-Sənaye Palatasının yerinə Turquoise Council-ı tutmaq qərarı şübhə doğurur”, - deyə Rubin bildirib. Hər iki təşkilatın – Türkiyə-Amerika Ticarət Palatasının və “Turquoise Council of Americans and Eurasians”ın nümayəndələri Azərbaycan hökuməti ilə əlaqələri və Bakı forumunda iştirakları haqqında danışmaqdan imtina ediblər. Yerli KİV isə bildirib ki, Türkiyə-Amerika Ticarət Palatası “Turquoise Council of Americans and Eurasians” tərəfindən maliyyələşdirilir və hər iki qrupun məşhur Türkiyə imamı Fetullah Gülənlə bağlıdır.
Posted on: Wed, 19 Jun 2013 15:20:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015