UREPLAMOZ Cinsi yolla keçən iltihabi xəstəlikdir. - TopicsExpress



          

UREPLAMOZ Cinsi yolla keçən iltihabi xəstəlikdir. Ureoplazmozu mikoplazma cinsinə aid olan parazitlər törədir. Bu parazitlər viruslar və birhüceyrəlilər arasında keçid formadır. Ureplazma adı onlara sidik cövhərinin parçalanmaq qabiliyyətinə görə verilmişdir. Bəzi tətqiqatçılar bu xüsusiyyətinə görə ureplazman ayrıca bir qrupa aid edilər. Yoluxma cinsi yolla baş verir. Həmçinin doğuş zamanı anadan körpəyə keçmə mümkündür. Simptomsuz keçən ureplazmoz immun sistem zəiflədikdə infeksion xəstəliklər, hamiləlik , doğuş abort , uşaqsalma zamanı aktivləşir. Simptomlar: İlk simptomlar yoluxmada dörd gündən bir neçə aya qədərki müddətdə ortaya çıxır. Kişilərdə simptomlar cinsi yoldan şəffaf axıntı , sidik ifrazı zamanı göynəmə , mülayim ağrı ilə təzahür edir. Həmçinin tətqiqatlarla aşkar etmək mümkün olmuşdur ki, ureplazmalar spermatozoidlərdə fiksasiya olunaraq , onların hərəkət aktivliyini poza, bəzən məhv edə bilər. Qadınlarda da həmçinin vagianal axıntı , sidik ifrazı zaman göynəmə ilə təzahür edir. Əgər qadın hamiləlik planlaşdırdısa, öncədən ureplazmaya görə müayinə olunmalıdır. Bu iki məqsəd daşıyır. I-hamiləlik özü orqanizm üçün böyük stres deməkdir ki, əgər orqanizmdə ureplazma varsa bu iki faktor birgə hamiləlik dövründə ağır ureplomoz əmələ gətirə bilər. Həmçinin hamiləlik dövründə ureplazma testi "-" çıxa bilir. II məqsəd budur ki, əgər hamiləlik dövründə ureplazma aşkar olunarsa, müalicə -antibiotiklər dölə çox ziyan vura bilər. Orqanizmin immun müqavimətinin zəifləməsi ureplazmozu ağırlaşmasına gətirib çıxarır. Kişilərdə uretrit , prostit əmələ gəlməsinə , prosesin toxumluğa yayılaraq sonsuzluğa gətirib çıxara bilər. Diaqnoz: ELİSA testlər, PZR müayinələrlə infeksiya aşkar olunur. Uğurlu müalicədən sonra da ureplazma orqanizmdə 2-3 həftə qala bilir ki, bu zaman PZR də "+" reaksiya alır. Lakin PZR də "-" nəticənin olmaması ilə maye olma insanda ureplazma 100% olmadığını göstərir. Kultral metod - bakterioloji əklimə etibarlı metoddur. Uretradan , vaginadan , uşaqlıq kanalından götürülən material əklir. Həmçinin səhər sidiyi və prostat sekreti də müayinə üçün götürülür. Müalicə: Antibakterial terapiya aparılır. Qadınlar hamiləlik planlaşdırmadan öncə müayinə olunub, müalicə olunmalıdılar. Müalicədən sonra kontrol müayinə olunmalıdır.
Posted on: Tue, 16 Jul 2013 06:38:18 +0000

Trending Topics



body" style="min-height:30px;">
at være bevist om at havde trådt ud af sin krop er en pændt
Please take if travelling... Ice warnings as temperatures fall
"The US government is actively and openly supporting Syria’s Al
Can anyone on this earth show me where God selected a woman to be
***WIN***WIN***WIN*** WIN JANUARY ON ME! Yes, your January

Recently Viewed Topics




© 2015