Unikal kreativ-kulturoloji innovasiya! Gənclər Fondu “Mobil - TopicsExpress



          

Unikal kreativ-kulturoloji innovasiya! Gənclər Fondu “Mobil kitab rəfi” yaratdı Bildiyiniz kimi, Azərbaycan Gənclər Fondu gənc nəslin maarifləndirilməsi və inkişafı istiqamətdə bir sıra layihələr həyata keçirmiş və maliyyələşdirmişdir. Fond gənclərin kitab oxumağa marağının artırılması, onların daha asan və praktik yollarla kitab əldə etmələri və maariflənmələri üçün bir neçə ay bundan öncə “Açıq kitab rəfi” layihəsini həyata keçirmişdir. Açıq kitab rəfi vasitəsilə gənclər İçərişəhərdə yerləşdirilən və mütəmadi olaraq yenilənən kitab rəfindən istədikləri kitabları əldə edərək oxumaq imkanı qazanmışlar. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərə əlavə olaraq Gənclər Fondu daha bir maa rifləndirici layihəyə start vermişdir. “Mobil kitab rəfi” adlandırılan mobil keçid vasitəsilə gənclər mobil telefonlarla Azərbaycan və dünya ədəbiyyatının nümunələrini yükləmək və oxumaq imkanı əldə edirlər. Hal-hazırda Azərbaycan və dünya ədəbiyyatından bir sıra kitabların elektron versiyalarının yükləndiyi portala mütəmadi olaraq yeni kitablar əlavə olunacaq. Qeyd edək ki, gənclərin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan metroda qatarlarda layihənin posterləri yerləşdirilib. Posterlərdə göstərilən bar kod vasitəsilə gənclər mobil telefonla birbaşa keçidə daxil ola və kitab yükləyə bilərlər. P.S. Yeni Yazarlar və Sənətçilər Qurumu ilə kitabxana.net - Milli Virtual Kitabxananın kreativ-kulturoloji tərəfdaşlığıyla... youthfoundation.az/gənclər-fondu-mobil-kitab-rəfi-yaratdi/#
Posted on: Wed, 06 Nov 2013 07:02:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015