XANİM MƏSUMƏ (Ə)-ın MÖVLUDU MÜNASİBƏTİLƏ Fatimədir - TopicsExpress



          

XANİM MƏSUMƏ (Ə)-ın MÖVLUDU MÜNASİBƏTİLƏ Fatimədir dəhridə ziynəti Məsumənin, Həqqə əsil rəmzdir fitrəti Məsumənin. Çünki İmami-Riza gözlərinin nurudur, Yerdən ucalmış göyə tələti Məsumənin Qumda məzargahidir dərdlilərin çarəsi, Məşhur edibdir Qumi şöhrəti Məsumənin. İffəti Zəhra verib çün o mələk mənzərə, Vəsfə müsaid deyil isməti Məsumənin. Həqq yolunda necə seçmiş Hüseyni Riza, Zeynəb olubdur o cür izzəti Məsumənin. Qardaşının eşqinə qürbətə düşmüş yolu, Qüssəvü qəm bəhridir hicrəti Məsumənin. İslamı yüksəldərək Quranı tac eyləmək, Tək bu olub daima niyyəti Məsumənin Kim onun yad eyləsə Zeynəbi yad eyliyər, Çün bəşərə dərs olub iffəti Məsumənin. Neyləyəcək cənnəti, bəs eliyər həşridə, Olsa əgər Soltana diqqəti Məsumənin Hacı Soltan Əlizadə
Posted on: Fri, 06 Sep 2013 19:28:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015