Xanım Fatimeyi Zəhra(sə) Şəhadəti Pakların pakı Həzrəti - TopicsExpress



          

Xanım Fatimeyi Zəhra(sə) Şəhadəti Pakların pakı Həzrəti Zəhra(sə)nın şəxsiyyəti haqqında çox şəxsiyyətlər fikirlər söyləmiş,Lakin yenədə əzəməti bir ölçüyə sığmayan bu qadının böyüklüyünü təyin etməkdə aciz qalmışdır. Fatimə(sə) həmişə atası ilə idi.Bir gün böyük İslam Peyğəmbəri (s) gözünün nuru,pakların pakı Zəhraya (sə) müraciətlə buyurdu:?Bilirsənmi ki, niyə Fatimə adlanmısan ??Bu zaman Əli(ə)da Peyğəmbərin(s) hüzürunda idi.Bu sözü eşitcək maraqla soruşdu?Niyə ?? Peyğəmbər(s) buyurdu:?Ona görə ki, Allah-Təala qızım Fatiməni və onun nəslini oddan uzaq və kənar etmişdir?.Başqa bir hədisdə isə Peyğəmbər(s) bu kəlamına aşağıdakı sözləridə əlavə etmişdir:? Kim onu incitsə,məni incitmişdir,Məni incidən şəxs isə Allahı qəzəbləndirmişdir?. Fatimeyi-Zəhra(ə) namus və paklığın o parlaq ulduzu nurlu ailədə,vəhy evində,səma mələklərinin endiyi yerdə dünyaya göz açdı və İslam dünyasına, mənəviyyat və ruhanilik üfüqünə öz səadətli təvəllüdü və mübarək varlığı ilə başqa bir nur, işıq bəxş etdi.O, elə bir evdə dünyaya göz açdı ki, insanlıq dünyası uzun zamanlardan bəri intizar gözünü ona dikmişdi.Elə bir ev ki, bəşər cəmiyyətinin yeganə müəlliminin yeri,məskəni orada özünə qərar tapmışdır.Məhəmməd(s) evi,Peyğəmbər(s) evi.Özü məktəbə getməyən, yazı yazmayan,lakin bir göz qırpımında yüzlərlə müəllimin ustadı olan bir müəllimin evi.Fatimeyi-Zəhra(sə) uşaqlıq dövrünü bu evdə keçirdi.Bu evdə tərbiyə beşiyində İslam Peyğəmbərinin(s) bəşəriyyətin yeganə müəlliminin birbaşa rəhbərliyi altında böyüdü.Fatimeyi- Zəhra(sə) başqaları ilə görüşməyə onlarıın dərd qəmini və müxtəlif məsələlərini həll etməyə həmişə vaxt tapırdı.O, şəriətə və dinə aid suallara cavab vermək üçün əsla vaxtını əsirgəməzdi.Əksinə, bu işləri də özünün başlıca vəzifələrindən sayır və həmin məsələlərə böyük məsuliyyətlə yanaşırdı. Fatimə (s.ə.) cəmiyyətdə fəal ictimai xadim idi. O, yorulmaq bilməyən mübariz bir qəhrəman inqilabçıdır. O, siyasi xadim kimi mənfəətpərəst siyasətbazların, İslama qarşı çıxanların qarşısında gur səsini ucaldaraq vilayət və Əhlibeytin əlindən alınmış hüquqların müdafiəsinə qalxır, bu yolda çox şücaətlə addımlayır, hətta şirin canından keçirdi.Ühüd döyüşündə atasının yaralarını təsirlənərək müalicə edərdi. Heç vaxt Peyğəmbərdən ayrılmadı. Evi Peyğəmbərin evinə bitişik idi. Əziz atası hər yerdən çox Fatimənin evinə gəlib-gedərdi. Səfərə gedəndə vidalaşdığı axırıncı adam, qayıdanda görüşdüyü ilk adam Fatimə (s.ə) olurdu. O, atasının anası idi. Həyat yoldaşı olaraq Əli (ə) kimi bir insana layiq idi. Rəvayət var, hələ Peyğəmbərə meracda olarkən Fatiməni Əli (ə)-a verməsini söyləmişdilər. Bu, Allahın istəyi idi. Fatimə (s.ə) ən nümunəvi evdar xanım, həyat yoldaşı, ana idi. Evin rahalığı üçün bütün işləri özü ğörür, uşaqlarına çox məhəbbətlə yanaşır, əxlaqi, mənəvi tərbiyələrinə xüsusi diqqət yetirirdi. Körpə oğlanlarını məscidə göndərərdi ki, öyrənsinlər, gəlib evdə analarına danışsınlar. Fatimənin təlim-tərbiyəsi bütün analar üçün məktəbdir. Həsən, Hüseyn kimi övlad yetirdin, Halal zəhmət ilə başa gətirdin, O gülləri ümmət üçün bitirdin. Əlaların Əlasısan, Fatimə ! Anaların anasısan, Fatimə ! Məhəmməd(s) kövsərinin digər bir nümunəsi Zəhra(sə)dır.Çünki Peyğəmbər(s) nəslinin davamı onun vasitəsi ilə gerçəkləşmiş, Fatimədən (sə) on bir imam doğulmuş, onların bərəkəti şərqi və qərbi bürümüşdü.Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı, onların vücudunun bərəkəti ilə sərtlənmişdi.Onların imamətin qaynar bulağı kimi şəriətə susuzluğunu doyurmuşlar.Bütün fəzilətlər ƏhliBeyt və ilahi vəhydəndir.İmam Sadiq(ə) buyurmuşdur:? Harada fəzilətdən bir söz olsa, biz Əhlibeytdəndir?.Bir halda ki, bütün bu fəzilətlərin anası, kökü Fatimə(sə)dir, nə üçün kövsər sayılmasın ?!.Nə üçün belə bəhrəli budaqları olan pak bir ağac kövsər sayılmasın ?!.Buna görədə Məhəmməd (s) kövsərinin bariz nümunəsi Fatimədir!.Onun ƏhliBeyti və övladları dinin pak ağacının daim suvarıldığı kövsərdirlər. Qoy Zəhra (s.ə.) parlaq Günəş kimi Əhlibeyt yolunu davam etdirənləri, xüsusilə mömin, müsəlman qadın və qızların yoluna nur saçıb işıqlandırsın. Amin ALEMDAR ABBAS
Posted on: Tue, 25 Jun 2013 01:42:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015