XƏBƏR LENTİ 06.08.2013 09:53 Depardye: "Vergi ödəməkdən - TopicsExpress



          

XƏBƏR LENTİ 06.08.2013 09:53 Depardye: "Vergi ödəməkdən qaçmamışam" 09:37 Bakıda kafe yandı 09:22 Dükandan qaçan ilan 2 uşağı boğdu 09:00 Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb 08:38 Tanınmış pravoslav keşiş öldürüldü 08:23 Şiddətli yağışlar 38 nəfərin ölümünə səbəb oldu 08:07 Xaçmazda qəza oldu, 6 nəfər xəsarət aldı 08:01 Minsk Qrupuna həmsədr təyin olundu 07:53 Bu günün hava proqnozu 01:57 Quyruqlu doğulan repçi 01:42 Tuneldə yanğın oldu, 50-dən çox insan yaralandı 01:15 Əməliyyatda öldü, evdə dirildi 00:49 Ajda Pekkan nişanından - FOTO 00:23 Azərbaycanlı məmur qadının silahlı şəkli yayıldı 00:01 Səbuhi Rəhimlidən 6 avqustun astroloji proqnozu 05.08.2013 23:55 Obamadan “Apple” qadağasına veto 23:49 Moskvadakı çadır şəhərcikləri ilə bağlı şok məlumatlar yayıldı - FOTOLAR 23:35 Türkmənlər «Ruhnamə» ilə vidalaşır 23:20 MDB ölkələrinə Rusiyadan fərdlərin transfertlərinin məbləği 18.2 milyard dollar təşkil edib 23:15 Dünya kurs ehtiyatlarında avronun payı azalıb 23:00 Dünyanın ən böyük neft qaz şirkətlərinin gəlirləri-SİYAHI 22:47 250 minlik hamburger - VIDEO 22:40 Təkliyə düzəliş 22:30 3 milyondan çox insan üçün Rusiya yolu bağlanır 22:13 Turistlər zəhərləndilər 21:57 Çin “bir ailə, bir uşaq” siyasətindən imtina edir 21:39 Saatlıda ev yandı 21:20 Gizli mühacir şəhəri tapıldı 21:04 Pensiyaçı özünü asdı 20:50 Biləcəridəki market boykot edildi 20:37 MSK sədrinin avtomobili qəzaya düşdü 20:23 Spirtli içki içdi və öldü 20:09 Ağır qəzada 3 nəfər öldü - VİDEO 19:56 Modern evlərin əvəzolunmaz stulları - FOTOLAR 19:41 Gürcüstanda çayda batmış şəxsləri azərbaycanlı xilasedicilər axtaracaqlar 19:24 Suriya müxalifətinin lideri: “PKK-nın Suriya qanadı İrandan pay alır” 19:17 Keçən həftənin ən zövqlü gözəlləri - FOTOLAR 19:07 Futbolçu manekeni şantaj etdi 19:03 Azər Sarıyev: “Mən burdayam” - TƏKZİB 19:00 Sezen Aksu vəsiyyətini yazdı 18:57 İsa Qəmbərin müşaviri: “Hacı Əbdül bunları şallaqlamalıdır” 18:54 Jurnalistlər yeni mənzillərin orderlərin haçan ala biləcək? 18:52 Məhəbbət Kazımovla Könül Kərimova arasında QƏRİBƏ DİALOQ 18:52 Cəlilabadda avtomobil yolunun tikintisinə 2 milyon manat ayrıldı 18:47 Həbs cəzasına məhkum edilən millət vəkili Mehmet Haberal azadlığa buraxılıb 18:46 Tələbə adını alan qız özünü asdı - DƏHŞƏTLİ TƏFƏRRÜAT 18:43 "İlkər Başbuğ və digər generalların həbsi etirazla qarşılanır" - Türkiyəli diplomat generalların həbsindən danışdı 18:35 Faytonçu Nazim sənətini atıb bərbər oldu 18:30 Milli Şuranın yeni namizədi Sabir Rüstəmxanlı ola bilər 18:27 Uşaq kimi ağlayan quş – VİDEO 18:20 Elmar Məmmədyarov ABŞ-a səfərə gedib 18:17 Xəyali alətlərlə musiqi ifa etdi - VİDEO 18:16 Eldar Namazov etiraf edir: “Həmin şəxsin vətəndaşlıq məsələsi ən tezi altı aydan sonra həll olunardı” 18:10 Deputat Elmira Axundova iftar süfrəsi təşkil edib 18:08 “Jamanak” : “Bunlardan imtina Ermənistanın məhvinin başlanğıcı olacaq” 18:00 Türkiyə mətbuatı “Qarabağ”ın futbolçularından danışdı – “Futbol oynayarkən oruc açdılar” 17:53 YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır 17:49 Bu görüntülərdə fotoşop yoxdur! 17:40 Hitlerin əsgərləri – narkomanlar, spidli nasistlər və tank şokoladı 17:39 Vəfa Zeynalovadan erotik səhnə açıqlaması: "Çəkilmişəm, əcəb eləmişəm" 17:31 REAL - ın həmtəsisçisi : “Azərbaycan müxalifəti Putindən asılı vəziyyətə düşüb” 17:22 Ruhani Azərbaycana səfərlərini xatırlayıb 17:18 Qənirə Paşayeva və Tünzalə Ağayeva konsert proqramı təşkil edəcəklər 17:14 Azərbaycan Şəffaflıq Platforması təsis edilib 17:11 “Qartallar” “Şeytanlar”a uydu - FOTOLAR 17:11 Bu qadın dünyanın ən ideal bədən quruluşuna sahibdir - FOTO - VİDEO 17:06 Abdulla Öcalanı yaxalayana 29 il 3 aylıq həbs verildi 17:04 Bu otlar həyatımızı xilas edir 16:56 “Şokolad müharibəsi” MDB-ni parçalaya bilər 16:52 Şərikinin arvadını zorlayan biznesmenlə bağlı ŞOK FAKTLAR Digər xəbərlər Yeni ofisdə - FOTOLAR Bu restoranlarda mütləq olmalısınız! - FOTOLAR Londondan məktub var Ən qüdrətli generalın qorxaq sevgisi - FOTOLAR Bazar olsun!?- Paytaxt bazarlarından reportaj- FOTO Könlüm keçir “O torpaqlara “Qərbi Azərbaycan” deyilməsinin tərəfdarı deyiləm” - FOTOLAR İlhamə Quliyeva sevdiyindən danışdı: “İkimiz də enerjiliyik...” MÜSAHİBƏ Qırmızı Xətt “Ancaq yaxşılığımızdan yazın” - Sevil massivindən reportaj Hacı Tahir Abbaslı: “Yad kişinin yad qadına baxması təcavüzdür” - FOTOLAR Uşaqlıqdan reportaj “Tələbəmlə sevişdiyimi bilsəydilər, başımı kəsərdilər” - FOTOLAR Londondan məktub var Futbol klubu üçün söyüş lüğəti - FOTOLAR Məşhur sima Modelyer Leyla Əhmədova: “Atamın qorxusundan anamla birlikdə Rusiyaya qaçdıq” – FOTOLAR Həyatımızın kitabları Kənan Hacı: “Evdən qaçıb Kiyev bazarında alver etmişəm” - FOTOLAR Bacısı ilə Elza Seyidcahan arasında yaşananlar: "Hirsimdən paltarlarını çölə tökdüm" - FOTOLAR Səbuhi Rəhimli ilə "Magiyadan bu tərəfə" Qısqanclıqdan xilas olmağın yolları – astroloq məsləhəti Milyonçu Araz Ağalarov iqtisadi iflasdan necə xilas oldu?- FOTOLAR- VİDEO Aqşin Yeniseyin yeni kitabı çap olundu “Nurgun Motors”un xarab maşınları və cibəgirməkliyi - ARAŞDIRMA Maraqlı Hitlerin əsgərləri – narkomanlar, spidli nasistlər və tank şokoladı Qüdsü eşşəyin tərkində fəth edən dəvəçi - TARİX Maraqlı / Tarix 03 / 08 / 2013 Saat 12:34 Azər QARAMANLI II yazı «Əgər mən sonuncu peyğəmbər olmasaydım, yəqin ki, məndən sonrakı peyğəmbər Ömər olardı»(Allahın elçisi Məhəmməd) "Əgər Əli olmasaydı, Ömər məhv olardı"(İkinci Rəşidi xəlifə Ömər İbn Xəttab) İsa Məsihin miladından 637 il sonra, Allahın sonuncu elçisi Məhəmmədin hicrətinin 15-ci ilində ərəb-müsəlman ordusu Fələstində, Colan təpələrinin önündə, Yarmuk çayının sahilində Xalid ibn Validin rəhbərliyi altında Bizans ordusunu ağır məğlubiyyətə uğratdı. Yarmuk savaşından sonra müsəlman ordusu müdafiəsiz qalan Qüdsə doğru irəlilədi. Qüds ortodoks kilsəsinin patriarxı Sofroni şəhəri döyüşsüz təqdim etmək üçün tək şərt irəli sürdü. Patriarx Qüdsün açarını Allahın elçisi Məhəmmədin xələfi Ömər ibn Xəttaba şəxsən təqdim edəcəkdi. Qüdsün müsəlmanlar üçün mühüm olduğunu diqqətə alan Xalid ibn Validin yerinə keçən Əbu Ubeyd xəbəri Ömərə yetirdi. İki ay sonra Mədinədən gələn xəlifə Ömər Qüdsin qapısından tək içəri girdi. Əsabələr və Əbu Ubeydin ətrafındakı sərkərdələr onu çox arxadan təqib edirdilər. Xəlifəni Qüds qapıları önündə qarşılayan patriarx Sofroninin və onunla şəhəri təslim etməyə gələn qüdslülərin Öməri gördükləri zaman gözləri kəllələrinə çıxdı. Şimala və Cənuba, Şərqə və Qərbə ordular göndərib ölkələri fəth edən, Bizans və Sasani imperiyalarının dizini yerə gətirən xəlifə Ömər ibn Xəttab Qüds qapısından (bir uzunqulağın tərkində-red.), əynində dəvə yunundan toxunmuş cırıq və yamaqlı əbayla daxil olmuşdu. Əlində qaba ağacdan əsa vardı. Qüdslülər heyrətdən donmuşdu. Dünyanı fəth edən və hesaba görə var-dövləti başından aşacaq olan Ömər dilənçi görkəmindəydi. Amma adamın üzündəki heybətli zəhm patriarx Sofronini və ətafındakıları titrəməyə məcbur etmişdi… İki il əvvəl Mədinəyə gələn Bizans elçisi xəlifəni görmək istədiyi zaman ona Öməri nişan vermişdilər. Xəlifə məcsidin önündə başının altına daş qoyaraq yatırdı. Əyinidəki əba isə yamaqların içindəydi… Elçi gördüklərini Konstantinopolda danışırkən ona inanan demək olar ki, olmamışdı… Dəvə otaran dəlisov Ömər Ömərin atası Xəttab bir tacirdi. Məkkədə zəhmi və zalımlığı ilə tanınrdı. Qureyşin orta sinifinə mənsubdu və heç də varlı ailə sayılmırdılar. İlk uşaqlıq illərindən Ömər atasının və dayılarının dəvələrini otarır. Hər zaman çöllərdə yaşayan Ömər bəzən gün ərzində bir xurma, ya da bir neçə üzüm dənəsi yeməklə kifayətlənir. Atası ona qarşı həmişə rəhimsiz olur və tez-tez döyür. Çəkdiyi məşəqqətlər onun təbiətini çox sərtləşdirir. Həddindən artıq uzun boylu olan qayışbaldır Ömərin gücünün qarşısında heç kim duruş gətirə bilmir. Güclü olması ilə yanaşı Ömər həddindən artıq dəli-dolu olur. Onun qəzəbi və zəhmi qarşısında hər kəs qorxur və heç kim Ömərin qarşısına çıxa bilmir. Ancaq Ömər Məkkədə təkcə gücü və zəhmi ilə şöhrət tapmır. Uşaq vaxtlarında ağır məşəqqətlər içində çöllərdə yaşasa da, Ömər oxuma yazma öyrənir. Ona oxuma- yazmanı kimin öyrətdiyi məlum olmasa da, Ömər Məkkənin ən sox oxuyan adamlarından biri olaraq tanınır. O, ağlı və uzaqgörənliyi ilə də Məkkədə ün salır. Gənc vaxtlarından Ömərin verdiyi məsləhətlər hər zaman doğru çıxır və diplomatik davranışları ilə qureyşilərin diqqətini özünə cəlb edir. Bu kasıb və həddindən artıq zəhmli gənci bir çox zaman doğru qərarlar verə bildiyinə görə başqa qəbilələrlə danışıqlara aparmağa yollayır, bir çox hallarda isə Məkkədə mübahisəli məsələləri həll etmək üçün Öməri dəvət edirlər. Allahın Məhəmmədi öz elçisi olaraq seçdiyi ərəfələrdə Ömər ticarət məqsədilə bir neçə dəfə Şama və başqa ərrazilərə səfərlər edir. Uzaqgörən, diplomatik və siyasi fəhmi olan adam kimi şöhrət qazanmasına baxmayaraq Ömər Məkkənin ən qorxunc adamlarından biri hesab olunur. Onun qəzəbli olduğu zaman heç kim qılıncının qarşısında olmağı arzulamır. Uşaqlar və qadınlar onu küçədə görürkən qaçıb dağılırlar. Ömərin zəhmini diqqətə alan peyğəmbər hətta bir dəfə belə söyləmişdi: “Ya Ömər, bir yolda şeytan səninlə üz-üzə gəlsə, yolunu dəyişər». Peyğəmbərin həyat yoldaşı Ayişənin söylədiyinə görə bir dəfə o, Mədinədəki evin pəncərəsindən baxarkən küçədə qavalla rəqs edən bir qadını görür. Qadının ətrafına adamlar yığılıb və o, göbək rəqsi edir. Aişə peyğəmbərdən qadının rəqsinə baxmaq üçün icazə istəyir və pəncərəyə yaxınlaşan peyğəmbər, «baxa bilərsən», deyir. Bu zaman küçənin başında Ömər görünür və Öməri görər-görməz qadın yerə çöküb qavalın üstündə oturur. Peyğəmbər: «Nə qədər şeytan varsa, hamısı Ömərdən qorxur», deyir… Ömərin müsəlman olması İslamın meydan gəlməsi Məkkədə peyğəmbərin mənsub olduğu haşimilərlə digər qureyşi nəsilləri arasında münaqişəni daha da böyütmüşdü. Haşimilərin sığınacağı altında olan Məhəmmədi ortadan qaldırmaq üçün yollar arayırdılar. Əmisi Abbasın müsəlman olması ilə güclənən Məhəmməd qureyşilərin rahatlığını tamamilə pozmuşdu. Lakin Məhəmmədin bir quryeşi tərəfindən öldürülməsi Məkkədə hüzuru və sülhü uzun zaman ortadan qaldıracaqdı. Ona görə də Qureyşin öndə gələnləri özünü Allahın elçisi elan edən Məhəmmədi əmisi Əbu Ləhəbin(əsl adı Əbdulüzza-red) əli ilə ortadan qaldırmağa qərar verirlər. Haşimilərin ən varlılarından olan Əbu Ləhəb qardaşı oğluna qarşı ən radikal müxalif kimi Qureyşin təklifini tərəddüdsüz qəbul edir. Əbu Ləhəb Məhəmmədi öldürə biləcək bir çox adamları evinə ziyafətə dəvət edir. Məhəmmədin qətlinə razı olan adamların içində yeni yaranmış dinə qarşı açıq müxalifətini və nifrətini ortaya qoyan Ömər də var. Əbu Ləhəb Məhəmmədi öldürəcək şəxsə 200 dəvə verəcəyini elan edəndə Ömər işi üzərinə götürür. Qureyşilər rahat nəfəs alırlar. Artıq Məhəmmədi ölü hesab etmək olardı. Çünki bu günə qədər Ömərin verdiyi bir sözə əməl etməməsi görünməmişdi. Yəqin ki, Ömərin Məhəmmədi öldürməyə getmək istərkən nə baş verdiyini çoxları bilir. Bacısının evində Ömərin Quran ayələrini dinlədikdən sonra birdən-birə müsəlman olması heç də inandırıcı görünmür. Çünki Ömər daha əvvəllərdə Quran ayələrini eşitmişdi və bu ayələr onda İslama olan hikkəni daha da artırmışdı. Hər halda hesab etmək olar ki, uzaqgörən siyasətçi olan Ömər bacısı və yeznəsi ilə söhbətdən sonra İslam dininin bütün ərəb dünyasına hakim kəsiləcəyini fəhm etmişdi. Tərs və dəlisov təbiətli, eyni zamanda güclü siyasi fəhmə sahib olan Ömərin başqa cür fikir dəyişməsi az inandırıcıdır. Başqa cür bunu ancaq möcüzə olaraq dəyərləndirmək mümkündür. Sonradan Məhəmmədin və Əbu Bəkrin yanıda olarkən və daha sonra xəlifə olarkən Ömərin siyasi fəhmi İslam dinin böyüməsinə və bütün dünyaya yayılmasına yol açdı.İslamı qəbul edib peyğəmbərin yanında yer aldıqdan sonra qətiyyətli Ömərin ilk tələbi artıq gizlənməmək və ortaya çıxmaq olur. Məhz onun tələbi ilə müsəlmanlar ilk dəfə Kəbəninin önündə namaz qılmaq üçün evlərindən çıxırlar. Kəbəninin önündə onların qarşısını kəsən qureyşilərin qarşısına yalın qılınclı Ömər çıxır və onunla döyüşmək istəyən birinin olub olmadığını soruşur. İbn Xəttabın zəhmi qarşısında qureyşilər dağılır və müsəlmanla ilk dəfə açıq şəkildə Kəbəninin önündə namaz qılırlar. Bu hadisədən sonra Məkkədə İslamı qəbul edənlərin sayı sürətlə artır… Ömərin İslam dininə təsiri İslamı qəbul etdikdən sonra Ömər Allahın elçisinin ən yaxın əsabələrindən və məsləhəçilərindən biri olur. Davakar və dəlisov Ömər ilk gündən radikal addımların atılmasını və təcavüzə qarşı müti olmaqdan imtina edilməsini tələb edir. Həbəşistana ilk hicrətdən sonra Ömər Həmzə(peyğəmbərin əmisi-red.) ilə birlikdə qureyşilərə qarşı döyüşməyi təklif edir. Lakin peyğəmbər Allahın qan tökməyi haram buyurduğunu əsas gətirib onların təklifini geri çevirir. Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra karvan yollarını nəzarətə götürməyi də Ömər və Həmzə təklif edir. Və bundan sonra peyğəmbərə, «Vuruşun, sizinlə vuruşanlarla vuruşun» ayəsi nazil olur… İslam alimləri Ömərin tələbi və etirazları üzərinə ondan artıq ayənin nazil olduğunu bildirirlər. Onlardan bir çoxu qadınlar üzərinə qoyulan qadağalarla bağlıdır. İlk vaxtlarda İslam qadınlara qarşı heç bir məhdudiyyət ortaya qoymur. Hətta onların açıq-saçıq gəzməsini normal qəbul edir. Lakin hər zaman qadınlara qarşı sərt mövqeyi ilə seçilən Ömər qadınların kişilərin əxlaqına ziyan vurmalarını önə çəkərək etirazını bildirir. Bundan sonra qadınların qapanması və kişidən daha aşağı olması ilə bağlı ayələr daxil olur. Şərabla bağlı qadağanın qətiləşməsi ilə bağlı ayəninin Ömərin tövbəsi və etirazına görə nazil olduğunu idda edənlər var. Cahil olduğu zamanlar Məkkəninin ən çox içənləri arasında yer alan Ömər müsəlman olduqdan sonra da bir müddət şərab içməkdə davam edir. Ömərin müsəlman olmasına qədər şərab haram deyildi. Sadəcə «Quran» müsəlmanları şərabdan çəkinməyə dəvət edirdi, lakin bir müddət sonra Ömər şərabın insanların ruhunu şeytana təslim etdiyini önə sürür və şərabın tamamilə haram elan olunmasının doğru olacağını dilə gətirir. Başqa bir iddiaya görə, bir başqasının yanına iznsiz girilməsinin yasaqlayan və həmin vaxtları tənzimləyən ayələrin nazil olması da məhz Ömərin etirazı ilə bağlıdır. Və ən nəhayət, bir çox zaman mübahisələrə səbəb olan «Qadınlarınız sizin zəminizdir. Həmin zəmiyə istədiyiniz yerdən girə bilərsiniz» ayəsinin də məhz Ömərin yanlış bilib tutduğu əmələ görə Peyğəmbərin qarşısında tövbə etməsindən sonra nazil olması da iddia olunur. Ümumilikdə Ömərin siyasi fəhmi və dövlət dühası islam dinin dünyaya yayılmasında əsas rol oynayıb. Ömərin olmadığı bir şəraitdə islamın ildırım sürəti ilə dünyaya yayıla bilməsi mübahisə ediləcək bir məsələdir və təbii ki, bu iddia digər əsabələrin islama göstərdikləri xidməti heç də gözdən çıxarmamalıdır. Ömərin peyğəmbərin qızı ilə düşmənçiliyi Peyğəmbərin vəfatından sonra siyasi hakimiyyətin qureyşilərə keçməsinə onların əzəli rəqibi haşimilər qısqanclıqla və etrazlarla qarşıladılar( Görünür, söhbət qureyşi nəsilərindən biri oloan Əməvilərdən söhbət gedir, çün ki haşimilər də qureşidir-red.). Haşimilərə görə Allahın elçisinin əsil varisi qureyşilərdən olan Əbu Bəkr deyil, Məhəmmədin sağ qalan tək övladı Fatimeyi- Zəhra və onun övladları Həsən və Hüseyn idi. Və təbii ki, Allahın elçisinin xələfi Fatimeyi- Zəhranın əri, Həsən və Hüseynin atası, Allahın elçisinin əmisi oğlu, Məkkənin keçmiş rəisi Əbu Talibin oğlu Əli idi. Elə bu üzdən də haşimilərin bir çoxu Əbu Bəkrə biət etməkdən imtina edib Əli və Fatimeyi- Zəhraya üz tutaraq Əliyə biət edəcəklərini bildirdilər. Bu mübahisəli zamanda Əli vəziyyəti doğru dəyərləndirir və bir müsəlmanın hədəfinin hakimiyyət deyil, Allaha təslim olmaq olğunu diqqətə alaraq Əbu Bəkrə biət edir. Lakin Fatimeyi- Zəhra və ətrafındakı haşimilər öz tələblərində israr edir və xəlifəyə biət etməkdən imtina edirlər. Haşimilərin bu davranışına Əbu Bəkr səbrlə yanaşsa da, müsəlman icması içində ən kiçik fikir ayrılığını Allahın və onun elçinin yoluna xəyanət kimi dəyərləndirən Öməri yoldan çıxardı. Ömər öz siyasi fəhmi ilə yaxşı anlayırdı ki, əgər qureyşilərlə haşimlər arasında qarşıdurma yaradacaq fəaliyyətlərin qarşısı dərhal alınmasa, o zaman İslam dini öz beşiyində boğula bilərdi. Xəlifəninin seçilməsi haşimilərin razılığı olmadan baş verib mübahisə doğursa da, (Həzrəti Əlinin Əbu Bəkrin seçilməsinə tək etirazı seçim zamanı onun fikrinin alınmaması idi), Ömərə görə artıq seçilmiş olan xəlifəyə hər kəs sözsüz biət etməli və bu yolla İslamın birliyi və gücü qorunmalıydı. Elə ona görə də Ömər məsciddən çıxıb ətrafındakı adamlarla qəzəbli bir şəkildə haşimilərin saxlandığı Əlinin evinə gəlir və onlardan evdən çıxıb Əbu Bəkrə biət etməyi tələb edir. Ömərin qaşısına çıxan Fatimeyi-Zəhra acı sözlərlə Ömərin getməsini tələb edir. Həmişə qadınlara qarşı sərt münasibəti ilə seçilən Ömər Fatimeyi- Zəhraya qarşı sərt davranır. Hətta bəzi məlumatlara görə, qəzəbini boğa bilməyən Ömər qapının kəndarındakı Fatimeyi- Zəhranı qapı ilə sıxır və nəticədə hamilə olan Fatimeyi- Zəhranın uşaq düşürdüyü idda olunur. Bu hadisədə qəzəbini boğa bilməyən Ömərin İslam icmasının birliyi üçün çalışdığı şübhə doğurmamalıdır. İslamı qəbul etdiyi gündən Ömər bütün zehnini və həyatını Allahın dininin böyüməsi və yayılması üçün sərf edir. İndi birdən birə peyğəmbərdən sonra müsəlmanların içində tıfriqə əmələ gəlməsi qəbul olunmazdı və hər zaman qətiyyəti ilə seçilən Ömər bu parçalanmanı beşiyində boğmaq üçün hər şeyi edir. Ömər öldükdən sonra müsəlmanların içində ayrılıq fikirləri baş qaldırır. Daha doğrusu, qureyşilərlə haşimilərin hakimiyyət savaşı böyüyür və nəhayət, Kərbala çölündəki böyük fəlakətə qədər gedib çıxır. Fatimeyi- Zəhradan fərqli olaraq Əli Ömərin çabalarını başa düşür və baş verənlərdən sonra ona qarşı çıxış etmir. O, Ömər son nəfəsini verənə qədər onun yanında yer alır və xilafətin bir dünya imperiyasına çevrilməsi üçün Ömərin əsas köməkçisi olur. Əlinin bu fədakarlığını qeyd edən Ömər isə xütbələrinin birində "Əgər Əli olmasaydı Omər məhv olardə", deyir. Biətlə bağlı narazılıq sakitləşəndən sonra Fatimeyi- Zəhra ilə Əbu Bəkr arasında «Fədək bağları» qovğası keçir və Əbu Bəkrin verdiyi qərarı ədalətsiz hesab edən peyğəmbər qızı evinə gələrək xəlifədən birdəfəlik üz döndərir. Peyğəmbərin ölümündən 6 ay sonra ölüm yatağına yıxılan Fatimeyi- Zəhradan halallıq almaq üçün Əbu Bəkr və Ömər Əlinin evinə gəlirlər. Fatimeyi- Zəhra əvvəl onları qəbul etmək istəməsə də, Əlinin təkidi ilə razılıq verir. Üzünü divara çevirən Fatimeyi- Zəhra Əbu Bəkrdən soruşur: «Siz şahidlik edirsiniz ki, peyğəmbər, «Zəhranı incidən məni incidər, Zəhranı qəzələndirən məni qəzəbləndirər», demişdi». Əbu Bəkr və Ömər təsdiq etdikjən sonra Fatimeyi- Zəhra, «Siz məni incitdiniz və qəzəbləndirdiniz. Sizi atama şikayət edəcəyəm», deyir və onlara halallıq vermir. Fatimeyi- Zəhranın vəfatından sonra, Ömərin xəlifəliynin ilk vaxtlarında Əli Ömərə bağlılığını və müsəlmanlar arasında heç bir nifaqın olmadığını göstərmək üçün hətta Fatimeyi- Zəhradan olan qızı Umkülsümü Ömərə ərə vermişdi. Bəzi şiə mənbələr bunu rədd etsələr də, Ömərin Umkülsümdən iki oğlunun olduğu da iddia olunur. Ölüm yatağında olan Əbu Bəkrin təkidi ilə Ömər xəlifə seçilir. Ömərə ilk biət edənlərdən biri də Əli olur. Öncə təklifi qəbul etməyən Ömər Əlinin onun yardımçısı olduğu halda xəlifə ola biləcəyini bildirir və Əlinin razılığından sonra xəlifəliyi qəbul edir. Bundan sonra İslam dövlətinin yarandığı və İslamın qılınc gücünə dünyaya yayıldığı tam on il müddətində Əli ibn Əbu Talib xəlifə Ömərin baş qazisi (indiki anlamda baş nazir), olur. Əslində Ömərin Əli ilə yaratdığı ittifaq müsəlman arasında birliyin rəmzi olur. Əli ilə birlikdə olan Ömər haşimilərin yeni asiliynin qarşısına keçir və həmçinin Əbu Süfyanı və tayfası olan Əməviləri dövlət işinə yaxın buraxmır. Buna görə də Ömərin 10 illik xilafəti dövründə müsəlman isçində sülh və yüksəliş hakim kəsilir. Ömər bir tərəfdən İslamı dünyaya yaymaq məqsədi ilə fəthlərlə məşğul olur, digər tərəfdən isə dünyanın ilk sosial dövlətini qurur. Ömərə qədər ərəblərin dövlət quruluşu olmamışdı. Qəbilə sistemi ilə yaşayan ərəblərin heç bir dövlət təcrübələri də yoxdu(Əslində Cənubi Ərəbistanda Səba, Şimali Ərəbistanda isə Ləhmilər və Nəbatilər kimi dövlət quruluşu var idi, Babil və Akkad dövlətinin qurucuları da protosamilər olduğundan ərəblər də onların varisi sayıla bilər. Nəhayət, Ömərə qədər Peyğəmbərin özünün və Əbu Bəkrin İslam dövlətinə rəhbərlik etməsi məlumdur-red.). İslamın meydana gəlməsi ilə ərəblərin ilk fəthlərə başlaması ilə müsəlmanların mərkəzləşdirilmiş dövlətə də ehtiyacları ortaya çıxdı. İşğallar nəticəsində qənimətlərin artması və bu qənimətlərin hesablanması zərurəti ortaya çıxdıqda Ömər Əliyə dövlət kargüzarlığını yaratmağı tapşırdı. Daha sonra fəth olunmuş torpaqların idarə olunması üçün valilər təyin edildiyi zaman Ömər valilərə tabe olmayan qazilər institutunu yaratdı. Hər bir qazi xəlifə tərəfindən təyin olunur və təyinat aldığı vilayətdə Allahın və xəlifənin ədalətinin təcəssümü olaraq çıxış edirdilər. Qazilər bir başa xəlifənin qarşısında məsuldular və yalnız ona hesab verirdilər. Ömər tez-tez müxtəlif vilayətlərdən kasıb və şikayətçi olan insanları yanına dəvət edib onları dinləyir, valilərin və qazıların yerlərdəki fəaliyyətləri ilə bağlı bu yolla məlumat alırdı. Ən adi bir halda ədaləti pozan və yaxud valinin maraqlarına xidmət edən qazı vəzifədən alınır və xəlifə tərəfindən cəzalanırdı. Ömər hər yerdə ədalətin birbaşa tətbiq olunmasını tələb edir və istisnalara heç bir zaman yer vermirdi. Daha sonra xilafətin başqa dövlət qurumları da yaradıldı və faktiki olaraq bu divanların (nazirliklərin) işinin qurulmasına və idarə olunmasına on il müddətində xilafətin baş qazisi olaraq Əli rəhbərlik etdi. Ömərin ən böyük işlərindən biri isə xilafəti tam olaraq bir sosial dövlət kimi qurması idi. Bir dəfə küçədə bir yəhudi dilənçi ilə qarşılaşan Ömər ondan niyə dilənçilik etdiyini soruşur və cavabında qoca yəhudi bildirir ki, o, uzun illər çalışıb, amma artıq çalışa bilmədiyinə görə dilənçilik etməyə məcburdur. Axşam məscidə gələn Ömər dövlət divanını toplayıb çalışa bilməyən yaşlı adamlara, imkansız xəstələrə beytülmaldan mal ayrılmasını doğru bildiini söyləyir. Qərara alınır ki, bütün xilafətdə çalışa bilməyən yaşlı adamlar, əlillər və imkansız xəstələr siyahıya alınsın və hər ay onlara beytülmaldan yardım olunsun. Yəni dünya tarixində ilk dəfə olaraq təqaüdü Ömər tətbiq etmişdi və bu təqaüdlər Muəviyə hakimiyyətdə möhkəmlənə qədər verilmişdi. Dünya dövlətləri isə təqaüdü ancaq 19 əsrin sonlarından tətbiq etməyə başladılar. Və 20-ci əsrin əvvəlindən başlayaraq təqaüd kütləvi olaraq bütün dövlətlərdə tətbiq olundu. Ömərin 10 illik xilafəti zamanında hətta işğal bölgələrində sosial bərabərlik sözün tam mənasında qorunurdu. Heç bir müsəlman digər müsəlman qarşısında üstünlüyə malik deyildi. Hətta Mədinədə aclıq olduğu zaman evinə çörək gətirməyən Ömər kiçik oğlanlarından birinin etirazı ilə qarşılaşmışdı. Aclıq illində Ömər özü evləri gəzib ərzaq dağıdır, amma özünə heç bir şey götürmürdü. Ömərin böyük ailəsi ancaq ailənin iki dəvəsinin südü ilə dolanırdı. Oğlunun etirazı ilə qarşılaşanda, Ömər oğluna qəzəblənmiş və xəlifənin oğlu olduğuna görə onun heç bir imtiyaz sahibi olmadığını bildirmişdi. Hətta bəzi şiə mənbələri idda edirlər ki, buna görə Ömər oğlunu ölənə qədər döyüb. Hər halda hər nə qədər heybəli olsa belə, «Xilafətdə itən bir dəvə belə axirətdə məndən soruşular», deyən Ömərin oğlunu döyərək öldürməsi heç də inandırıcı görünmür. Özünə imtiyaz istəyən hər bir kəs istisnasız olaraq Ömərin qəzəbinə tuş olur və buna görə də cəzalanırdı. Ömərə görə hər bir müsəlman Allahın qarşısında qarşısında bərabər olduğuna görə hətta peyğəmbərin əshabələri və əhli-beyti belə imtiyaz tələb edə bilməzdi. Ömər özü isə heç bir zaman beytülmaldan özünə və ailəsinə heç bir şey götürmürdü. Onun oğlanları ataları kimi dəvə otarır və böyük ailəni saxlayırdılar. Ömərin dövlət quruculuğunda daha bir vacib məsələ dövlət instutlarının yaradılması ilə paralel olaraq elmin də inkişafına yol açmasıdır. Lakin Ömər Qurandan kənar olan hər bir elmi rədd edirdi. Ona görə də İslam sivilizasiyasının inkişafını təmin edən fiqh elminin inkişafını təmin edəcək addımlar atırdı. Ömər İslam fəlsəfəsindən və ilahiyyatından başqa hər hansı bir elmi lazımsız hesab edirdi. Buna görə də İsgəndəriyyə fəth olunarkən məşhur kitabxananın taleyi Ömərdən soruşulanda, o məşhur sözlərini söyləmişdi: «Əgər o kitablarda yazılanlar Quranda varsa, o zaman o kitablara ehtiyacımız yoxdur, yox əgər o kitablarda Quranda yazılanlar yoxdursa, o zaman yenə də onlara ehtyacımız yoxdur». İlk İslam fəqihlərindən və ilahiyyatçılarından biri isə Ömərin böyük oğlu Abdullah ibn Ömərdir. Hətta bəzi mənbələr Abdullahın atasından daha əvvəl İslamı qəbul etdiyini və bunu atasından gizlətdiyini irəli sürürlər. Ömərin zamanındakı fəthlər Ömərin Mədinədəki məsciddən idarə etdiyi imperiya Şərqdə Orta Asiyaya, şimalda Azərbaycana, Qərbdə Cəbəllütariq boğazına, cənubda isə Misiri ötüb Həbəşistan sərhədinə qədər uzanırdı.Əbu Bəkrin zamanında Xalid ibn Validin rəhbərliyi altında ərəb ordusu Bizans torpaqlarına soxulmuş və Suriyaya qədər gedib çıxmışdı. Ömər xəlifəliyə gəldikdən sonra həm Suriyadakı fəthləri davam etdirmiş, həm də Sasani İranına qarşı hərbi səfər hazırlamışdı. Qüdsün fəthindən qabaq Ömər peyğəmbərin «Allahın qılıncı» adlandırdığı, ərəb fəthlərinin reallaşmasında misilsiz rol oynayan və zamanın şübhəsiz ən böyük sərkərdəsi olan Xalid ibn Validi, təşəxxüsü yarana biləcəyi ehtimalı ilə vəzifədən alır. Ömərin dövründə müsəlmanların ən böyük döyüşlərindən biri olan Yarmuk savaşı öncəsi xəlifənin məktubu onun yerinə təyin olunan Əbu Übeydə təslim olunsa da, Əbu Übeyd əsgərlər arasında ruh düşkünlüyü yarana biləcəyini düşünüb məktubu gizli saxladı. Xalid ibn Valid Yarmuk savaşında tam olaraq qat-qat güclü olan Bizans ordusunu darmadağın etdikdən sonra Əbu Übeyd xəlifənin məktubunu Xalid ibn Validə təslim etdi. Qatıldığı irili-xırdalı yüzdən artıq savaşı qazanan və heç bir savaşda məğlub olmayan çox nadir sərkərdələrdən biri olan Xalid səssizcə xəlifənin əmrinə tabe olub Məkkəyə geri döndü. Həmçinin Şərqə yönələn İslam ordusu Sasaniləri məğlub edib Azərbaycana və Orta Asiyaya doğru irəlilədilər. Suriyanın və Fələstinin fəthi başa çatdıqdan sonra isə ərəb ordusu Qərbə doğru yönəldi. Eyni vaxtda xəlifənin ordusu Xorasanı alaraq Orta Asiyaya doğru yolu açdılar. Ən böyük fəthlərdən biri isə Misirdə reallaşmışdı. Əmr ibn Asın rəhbərliyi altında olan ərəb ordusu fironların ölkəsini elə də çətinlik çəkmədən işğal etmişdi. Bu Bizansa vurulan ən böyük zərbə idi. Qısa zaman içində Misir xalqı İslamı qəbul edəcək(əslində yerli misrililər-qibtilərin az hissəsi müsaılmanlaşıb, onlar indi də ortoksdur-red.)və İslamın bütün tarix boyu əsas qalalarından birinə çevriləcəkdi.Ömər öldürüldüyü zaman artıq xilafət orduları Priney yarımadasına doğru irəliləyirdi. Şərqdə isə ərəb qoşunları Xəzərin şamalında çöllərə doğru yol almışdı… Dünyanı silkələyən xəlifənin gözlənilməz ölümü İsa Məsihin miladının 644-cü, müsəlmanların Mədinəyə hicrətin 23-cü ilində xəlifə Ömər məscidddə səhər namasını qılırkən iranlı qul Firuz Əbu Lülüye tərəfindən zəhərli xəncərlə yaralandı. Ondan verginin çox alındığını idda edən və buna görə xəlifəyə şikayət edən Firuz Ömərin onun iddiasını rədd etməsindən sonra səhər tezdən əbasının altında zəhərli xəncər gizlədərək məscidə gəlir və Ömərin arxasında sıra tutur. Xəlifə səcdəyə getdiyi zaman isə, ona altı zərbə vurub daha 7 nəfəri yaralayıb məsciddən qaçrsa da, küçədə yaxalanacağını görüb zəhərli xəncərlə boğazını kəsərək intihar edir. Bir çoxlarına görə Firuz Əbu Lülüye Ömərdən Sasani xanədaının sona çatdırılmasının intiqamını alıb. Yaralı Öməri evinə gətirirlər. Son iki gününü xəlifə başını oğlu Abdullah ibn Ömərin dizlərinin üstünə qoyaraq Allaha dua edərək keçirir. Son nəfəsində üzünü torpağa qoymağı xahiş edir və son duasını edir: «And olsun Allaha ki, mən bütün gücümlə çalışdım. Əgər Allah bu çalışmalarıma görə məni cəhənnəmdən qorusa və heç bir mükafat verməsə, mən çox xöşbəxt olaram». Onun son xahişini peycəmbərin həyat yoldaşı Aişəyə götürdülər. Ömər ibn Xəttab peyğəmbərin ayaqları altında dəfn olunmaq üçün izn istəyirdi. Aişədən izn gəldikdə xəlifə gözlərini axirətə açmaq üzərə yumdu. Ölməmişdən əvvəl Ömər yeni xəlifəni seçmək üçün 6 nəfərlik heyət təşkil etdi.Öməri şəhid hesab etdiklərinə görə yumadılar. Kəfənə büküb Mədinə məscidində namazını qıldıqdan sonra Məhəmməd peyğəmbərin evində, peyğəmbərin və Əbu Bəkrin yanında dəfn etdilər. Allah bəndəsi Ömər Allahın sonuncu dinini bütün dünyaya yaymaqla şərəfləndirilən keçmiş dəvə çobanı ölərkən bir dünya imperatoru ünvanına sahib olan və dünyanın hər yerində adına xütbələr oxunan Ömər ibn Xəttab miras olaraq çoxsaylı uşaqlarına heç bir miras buraxmadı. O mirası olan iki dəvəni beytülmala verdi. Allahın elçisi ona «Əl Faruq(ayırd edən)» ləqəbini vermişdi. Ömər İslamı qəbul edən gündən Allahdan qorxdu və bir çoxlarından məhz bu qorxusu ilə fərqləndi. İslam dini üçün peycəmbərdən sonra heç kimin görə bilməyəcəyi işlər görməsinə baxmayaraq son dəqiqələrə qədər cəhənnəmə getməsindən qorxurdu. Çünki cahil zamanda bir neçə müsəlmanı incitmiş, onlara həqarət etmişdi. İkinci xəlifə 4-cü nəsildə sonuncu peyğəmbərlə qohumdu və anası haşimiydi. On illik xəlifəlik dönəmində Ömər ibn Xəttab Makedoniyalı İsgəndərdən daha böyük işlərə imza ata bilmişdi. İsgəndər atasından qalma dövlət aparatının və yeni taktika ilə gücləndirilmiş ordunun köməyi ilə Asiyaya doğru fəthlər etmişdisə, Ömər sadəcə imanla dünyaının dörd bir tərəfini fəth edib Allahın sonuncu dininin bütün qitələrə yayılmasını təmin etmişdi. Onun ölümündən sonra fəthlər səngidi və müsəlmanlar arasında iç savaşlar çıxmağa başladı. Öldükdən sonra bütün gücü ilə qorumağa çalışdığı müsəlman birliyi pozuldu və bütün imkanları ilə qarşısını almağa çalışdığı Qureyşi-Haşimi münaqişəsi(?) hər gün alovlanmağa başladı və son nəticədə islam aləmi sünni və şiələrə parçalandı. Ondan sonra peyğəmbərin xələfi və müsəlmanların hakimi seçilən Osman ibn Əffan müsəlmanlar arasındakı birliyi qoruya bilmədi və bəzi fəaliyyətləri ilə Qureyşilərlə Haşimilər arasındakı uçurumun dərinləşməsinə səbəb oldu. Ömər ibn Xəttab İslamı qəbul edən qırxıncı müsəlman idi və öldüyü zaman 63 yaşı vardı. Məhəmməd peyğəmbərin və Əbu Bəkrin Allahın axirətinə qovuşduğu yaşda o da axirət yolçusu oldu…
Posted on: Tue, 06 Aug 2013 05:13:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015