Xərçəng Ulduzlar elə ilk həftədən maraqlı insanlarla - TopicsExpress



          

Xərçəng Ulduzlar elə ilk həftədən maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta ürəyi sevgisiz olan "Xərçəng"lərin məhəbbət dəryasına düşmə ehtimalı da var. Bütün bunlara baxmayaraq ürəyinizdən Tanrı eşqini də çıxarmayın. Əgər uzaq yola çıxmaq fikriniz olarsa, yalnız ayın ilk ongünlüyündən yararlanmalısınız. Avqustla müqayisədə bu ərəfədə şəxsi büdcəniz bir qədər artacaq. Bu isə bütün vacib planlarınızın yavaş-yavaş həyata keçirməyə başlamağa stimul verəcək. Amma ayın ortalarında maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun ki, uduzmayasınız. Ulduzlar ətrafdakı proseslərə neytral şəkildə yanaşmağı tövsiyə edir, bununla siz gözlənilən təhlükələri dəf edə bilərsiniz. Xüsusən də 19-24 sentyabr aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin.
Posted on: Mon, 02 Sep 2013 05:08:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015