Yenə o küçələrdəyəm,hər bir səs sənin gedişini - TopicsExpress



          

Yenə o küçələrdəyəm,hər bir səs sənin gedişini xatırladır mənə.. O gecə.. Məni tərk etdiyin gün.. Bu küçədə vidalaşdın son vaxt mənimlə,getdin.. Mənsə bu küçələrlə sirdaş oldum gedişindən sonra.. Heç tərk etmək istəmirəm buraları..Sanki artıq buralar mənə doğma gəlir.. Hər yandan bir səs gəlir,sənin səsin olduğun sanıram.. Hər yolda gedərkən,yalnız səni görürəm.. Hər yerdə sənsən.. İki koruq dünyada..Məni görməyən sən..Və gözü səndən başqa heç kimsəni görməyən mən.. Mən artıq yadam insanlara.. Nə qədər axtardılar,amma gizləndim.. Heç kəslə ünsiyyət qurmadım.. Qorxdum ki,səndən söhbət açar kimsə və yenə içim yanar.. İmkan vermədim ürəyimin daha da parçalanmağına.. Mən susdum..sadəcə susdum.. İmkan vermədim ki,daha da zərbə alım.. Özümə daha bir əzab yaşatmaq istəmədim.. Həyatdan küsdüm.. Gedişindən sonra uzaqlaşdım həyatdan.. Amma bir ömür boyu susa bilmərəm ki.. Bir ömür boyu sənsiz yaşaya bilmərəm ki.. Axı necə edə bildin?! Düşünürdüm ki,heç bir zaman məni tərk etməzsən.. Qorxmurdum gedişindən,çünki sənə güvənirdim.. Harda səhv etdim axı? Niyə məndən uzaqlaşdın.. Niyə?.. Həyat artıq mənə yaddır..Xoşbəxtlik olmadıqdan sonra nə faydası var yaşamağın? .. Məni həyata bağlayan sən idin .. Bəs indi niyə yoxsan?.. Niyə mən sənsizəm? .. Bəlkə də,ikimizin birlikdə olmağını istəmədilər .. Yoxsa sevmədiyinçün getdin? .. Əvvəllər xoşbəxt günlərim saysız hesabsız idi .. Bəs indi xoşbəxtliyim hardadı? .. Əvvəllər hər gün gülərdim .. İndi o gülüş dolu günlərimə həsrət qalmışam .. Xoşbəxt günlərimə,sevinc dolu anlarıma,uşaqlığıma həsrət qalmışam .. Məni həyata bağlayan sən idin .. Amma indi həyatdan bağlarımı qıran da sən oldun .. Məni xoşbəxt edən sən idin .. Amma indi xoşbəxtliyimi alanda sən oldun .. Sənin sayəndə gülərdim .. Amma bir gülümsəməyimə məni həsrət qoyan da sən oldun .. Mənim gülüşüm sən idin .. Mənim sevgim sən idin .. Mənim dünyam sən idin .. Mənim həyatım sən idin .. Mənim saniyəm,dəqiqəm,saatım günüm sən idin .. Mənim ömrüm sən idin .. Mənim nəfəsim sən idin .. Sən mənim hərşeyim idin .. hərşeyimsən .. Bəs mən səninçün nə idim axı ? .. sadə bir oyuncaq ? .. Belə asan idimi qəlbimi qırmaq ? .. Axı necə qıya bildin öz sevginə ? .. Bir vaxtlar sevgilim dediyin mənə ? .. Hərşeyim sən idin KAMRAN
Posted on: Sat, 06 Jul 2013 18:48:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015