n Başlanğıc Hər şey mənim səyahətə çıxmağımla - TopicsExpress



          

n Başlanğıc Hər şey mənim səyahətə çıxmağımla başladı. Şənbə günü portfelimi çiynimə atıb evdən çıxdım. Heç kimə heç nə demədən, telefonumu da evdə qoyub getdim. Bayır qapısını yavaşca örtdüm ki, heç kəs oyanmasın. Sonra pilləkənləri enib həyətdən çıxdım. Özümü bu qədər həyəcanlı hiss etməmişdim. Portfelimdə qələm, dəftər, diş fırçası, köynək, bir də fotoaparat. Mənə başqa heç nə lazım deyildi. Həyatımda ilk dəfə olaraq gedirdim. Doğrudan gedirdim. Hiss eləyirdim ki, hər bir addım azaddır, hər bir döngə doğmadır. İlk dəfə idi ki, düşünmədən, haraya gedəcəyimi bilmədən gedirdim. Onda doğrudan da hər küçə sənin yolunun bir hissəsi ola bilir. Bəlkə düz getdim, bəlkə yarı yolda sağa döndüm, bəlkə avtobusa mindim, bəlkə hansısa uşağın velosipedini əlindən alıb sürdüm. Mən sadəcə getmək istəyirdim. Yəqin ki, filmlərə baxırsınız. Biz hamımız elə filmləri xoşlayırıq ki, orada hadisələr çox təhlükəli, inanılmaz olsun. Həmişə gözlənilməz sonluqları sevirik. Amma hərdən elə filmə baxırsan ki, lap ətin tökülür - süjet xətti çox zəif, aktyorlar sadə, və filmin ilk on dəqiqəsində başa düşürsən ki, sonluq necə olacaq. Elə filmlərə baxa bilmirəm.Yarısında məni yuxu tutur. Həyata da marağım buna görə öldü. Bir gün başa düşdüm ki, öz həyatımı film kimi çəksəydilər yarısında yuxuya gedərdim.Ya da söndürüb deyərdim ki, bu Hollivud da hər zibil ssenariyə film çəkir. Son 3 ildə hər şeyə həvəsim öldü. Əvvəlcə işdən bezdim. Qəzetə məqalələr yazırdım - siyasi, mədəni, ictimai, yəni nə oldu. Amma hamısında da eyni şey idi əslində. Filan nazir filan ölkənin filan nazirləri ilə görüş keçirib. Ay Pentaqon belə gəldi, BMT belə getdi. Ay filan deputat belə dedi, təzə çıxan müğənni belə yadda qaldı. Ya da bilirsinizmi, Avstraliyada kenquruların müəyyən bir növü var ki, onlar elə deyil, başqa cürdü. Ya da yeni tikililər şəhərin arxitekturasına böyük zərbə endirir... Belə-belə gic-gic , lazımsız şeylər yazırdım. Həyat tərzimi dəyişmək istəyirdim. Görürdüm ki, axına düşmüşəm. Hamı axına düşüb. İş-ev, eviş, iş-ev. Nə qədər olar? Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir. Hərdən işimlə bağlı arxivlərdə müxtəlif insanların bioqrafiyalarını oxumalı olurdum. 70 il yaşamış Filankəs Filankəslinin bioqrafiyası cəmi 2 səhifə. Demə, 70 illik həyatdan ikicə səhifə qalır. Əvvəllər buna çox fikir vermirdim. Həyatın qanunları həyatın qanunlarıdır. Həyat belə qurulub. Hamı necə yaşayırsa sən də elə yaşa. Həyatın nizamını poza bilmərik ki? Həyat, həyat ..həyat qanunu.. o dəqiqə beynimə bu fikirlər gəlirdi. Sizdə də yəqin elə olur. Hər şeydən bezən kimi deyirsiniz ki, həyat belədir də. Mən də sizin kimi. Biz nə qədər fərqli olsaq da əslində hamımız eyniyik. Həyat bizi istədiyi kimi dəyişir. O gün kiçik bir qızla danışırdım. 5 yaşı olardı. Söhbətin içində ona sual verdim ki, “Böyüyəndə nə olmaq istəyirsən? ”. Dedi : Bankir. Yerimdə donub qaldım. Soruşdum ki, niyə bankir olmaq istəyirsən? Bankir nə iş görür ki? Balaca qızcığaz gülümsəyib cavab verdi: “Bankir pul sayır daa..Mən də bankir olacam” Elxan Zeynallı (QaraQan). “A”. Roman
Posted on: Mon, 02 Sep 2013 10:15:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015