vahabiler muselman doyuler sadece ingilis kopekleridirler - TopicsExpress



          

vahabiler muselman doyuler sadece ingilis kopekleridirler TARİX QƏTLİAMA ŞAHİDLİK EDİR İbn Əbdül-vəhhab Qurani-Kərimdə müşriklərə xas olan ayələri müsəlmanları aid edir, ilahi kəlmələri öz şəxsi rəyinə əsasən səhv təfsir verir, vəhhabilərdən başqa bütün müsəlmanları kafir, müşrik və nəcis elan edir. Ən böyük nəcasət Məhəmməd ibn Əbdül-vəhhabın özü və ardıcılları olduqları halda öz adlarını başqalarına qoyurlar. Xalqımızın yaddaşında belələrinə aid gözəl atalar misalları var. Artıq siyasi-ideoloji-hərbi qurum kimi formalaşmış vəhhabilik digər müsəlmanlara qarşı cihad elan edir. Onlar Məkkə, Mədinə, Nəcəf, Kərbəla və Taif şəhərlərinə basqın edirlər. Heç kəsə rəhm göstərilmədən bu şəhərlərin günahsız, müsəlman əhalisinin qanını tökürlər. Onlar yerlərdə öz mövqelərini möhkəmləndirmək və Osmanlı qüvvələrini Ərəbistandan qovub çıxarmağa səy göstərirlər. Bununla da onlar Ərəbistan yarımadasının müəyyən bir hissəsində öz siyası hakimiyyətini qurmağa nail olurlar. 1765-ci ildə Ali-Səud qəbiləsinin başçısı və vəhhabilərin nəzarəti altında olan ərazilərin əmiri Məhəmməd ibn Səud Nəcddə 30 il hökmranlıq etdikdən sonra vəfat edir. Oğlu Əbdül-əziz onun yerinə taxtda oturur. Bir müddət sonra isə vəhhabilərlə mübarizə aparan müsəlmanlar tərəfindən qətlə yetirilir. Onun yerinə oğlu Səud ibn Əbdül-əziz hakimiyyətə gəlir. Səud tarixdə məşhur vəhhabi əmirlərindən biri kimi tanınır. O, bir müddət Məhəmməd ibn Əbdül-vəhhabdan dərs alır və bütövlükdə onun əqidəsini mənimsəyir. Ondan sonra hakimiyyətə oğlu Abdullah ibn Səud qəlir və 1801-ci ildə vəhhabilər onun başçılığı ilə İraqa soxulurlar. Onlar Yezid ibn Müaviyənin törətdiyi cinayəti təkrar edirlər. Bu dəfə hədəf təkcə İmam Hüseyn(ə) və əshabları deyil, o Həzrətin müqəddəs məzarı və ona inananlar olur. Vəhhabilər Kərbəla şəhərini mühasirəyə alır, basqın edir, yerli camaata divan tutur, yüzlərlə günahsız insanı qətlə yetirir, Peyğəmbərimizin nəvəsi İmam Hüseyn(ə)-ın ziyarətgahını dağıdır, qiymətli əşyaları oğurlayırlar, müsəlmanlarla müşrik kimi rəftar edirlər. Əsl müşrikin kim olduğu isə göz qabağındadır. Necə deyərlər: 'Görünən kəndə nə bələdçi?!' Bu gün vəhhabilərin Yezid, Müaviyə haqqında olan yumşaq mövqelərini başa düşmək olar. Çünki tarixdə Yezid, Müaviyə və sair bu kimi üzdə müsəlman, həqiqətdə isə dinsiz olanların törətdiyi cinayətləri yalnız vəhhabilər təkrarlamışlar. 1807-ci ildə vəhhabilər Məkkə və Mədinə şəhərini mühasirəyə alırlar, bunun nəticəsində üç il heç kim Həccə - Allah evinin ziyarətinə gedə bilmir. Bundan üç il sonra vəhhabilər Suriyaya hücum edirlər. Onlar kişiləri və kiçik yaşlı uşaqları qətlə yetirirlər, qadınları isə əsir alırlar. İslam qanunlarına əsasən heç kafirlər, müşriklərlə də belə rəftar etmək olmaz. Vəhhabilərin tarix boyu törətdikləri cinayətlər bundan çoxdur, biz burada hamısını qeyd etmirik. 1924-cü ildə vəhhabilər bugünkü Səudiyyə kralı Fəhdin atası Əbdül-əziz ibn Səudun başçılığı ilə Məkkə şəhərini işğal edirlər. Sonra Mədinə şəhərini də ələ keçirirlər. Orada Bəqi qəbristanlığındakı Peyğəmbər(s)-ın ailəsinin, nəvələrinin və səhabələrinin qəbirlərini dağıdırlar. Qeyd olunduğu kimi Səud qəbiləsinin də, bu məzhəbin inkşaf etməsində rolu böyük olmuşdur. Hal-hazırda da, Səudiyyə Ərəbistanında hakimiyyətdə olanlar vəhhabi əqidəli insanlardır və rəsmi olaraq vəhhabilik yalnız bu olkədədir. Əqidələrinin haqq olmasına heç bir əsasları olmadığı halda zahirdə özlərinin də qəbul etdikləri İslam dininin heç bir qayda-qanunlarına sığmayan bir formada öz əqidələrini yayanlar özlərindən başqa heç kəsi müsəlman bilmirlər. Onların bu hərəkətləri terrorist bir qurum olduqlarını aşkarlayır. Onlar bu günə qədər də həmin metoddan istifadə edirlər. Vəhhabi əqidəli insanlar olan Əfqanıstandakı 'taliblər', “Əl-Qaidə’’ təşkilatı buna açıq-aşkar bir sübutdur. Bunu da qeyd etmək zəruridir ki, vəhhabilər radikal və liberal bölgülərə bölünmürlər. Ən azı bu fikir onların özləri tərəfindən qəbul olunmur. Bu fikir onların dostlarının vəhhabiləri müdafiə etmək, cinayətlərini ört-basdır etmək məqsədilə söylədiklərindən başqa bir şey deyil.
Posted on: Mon, 08 Jul 2013 15:38:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015