Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə, Doğrandı - TopicsExpress



          

Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə, Doğrandı mübarək vətənin bağrı səbəbsiz. Birlikdə bu gün tapmalıyıq dərdinə çarə, Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz. Millət yoludur, haqq yoludur, tutduğumuz yol, Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol! ...Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır. Göz yumma günəşdən, nə qədər nuru qaralsa, Sönməz əbədi, hər gecənin gündüzü vardır. Millət yoludur, haqq yoludur, tutduğumuz yol, Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol! Vaxtilə atan kimsəyə minnətmi edərdi?! Yox, qalmadı haşa sənə zillət pədərindən. Dünyada şərəfdir yaşadan milləti, fərdi, Silkin, bu zəlalət tozu uçsun üzərindən. İnsanlığı pamal edən alçaqlığı yıx, əz! Billah yaşamaq! Yerdə sürüklənməyə dəyməz! (Türkiyənin istiqlal şairi Tofiq Fikrətin “Millət şərqisi” şeirindən)
Posted on: Mon, 30 Sep 2013 10:07:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015