Çox mənalı və ibrətamiz hekayə. Oxumadan - TopicsExpress



          

Çox mənalı və ibrətamiz hekayə. Oxumadan ayrılmayın. Gənc bir adam öz bölgəsində çox tanınan bir müdrikin yanına getdi. Dərdi bir az fərqli idi. Gənc yaşında həmişə müvəffəqiyyət qazanmışdı. Atasından götürdüyü kiçik işi sürətlə böyütmüş, zəngin olmuşdu. Ətrafındakı hər kəs ona hörmət göstərirdi. Düşməni yox idi. Evliliyi müvəffəqiyyətli olmuş, çox gənc yaşlardan başlayaraq bir neçə dəfə ata olmuşdu. Və gənc adamın dərdi də buradan sonra başlayırdı. Bu qədər erkən müvəffəqiyyət, çox müvəffəqiyyət, çox sayılmaq üzündən bütün ətrafındakı insanları "kiçik" görməyə başlamışdı. Gənc adam üçün "əhəmiyyətli" heç bir iş, heç bir insan, heç bir vəziyyət qalmamışdı. Heç bir danışmağı bir neçə dəqiqədən çox dinləyə bilmir, oxumağa başladığı hər şeyi bir neçə dəqiqə içində əlindən buraxırdı. Müdrik adam gənc adamı uzun-uzun dinlədi. Gənc adam izah etdikcə, izah etdi. Sonra da müdrik adam soruşdu: "Edərkən zövq aldığın, hər şeydən daha çox marağını çəkən heç bir şey yoxdurmu?" Gənc adam bir müddət düşündü və cavab verdi: "Şahmat..." dedi, "Amma şahmatı da çox yaxşı oynadığım üçün rəqib tapa bilmirəm." Müdrik adam "Gözəl" dedi, "Burada bir şagirdim var, o da yaxşı şahmat oynayır." Şagirdini çağırdı, şahmat masası quruldu. Gənc adam və şagird qarşılıqlı oturdular. Müdrik adam birdən "Bir dəqiqə" dedi, "Bu şahmat qarşılaşması bir az fərqli olacaq. Məğlub olan, başını da itirəcək. İtirənin başını mən öz əlimlə, öz xəncərimlə kəsəcəyəm. Oldumu?" Şagirdi "Əlbəttə" dəyincə gənc adam da daha zəif bir səslə "Oldu" dedi. Oyun başladı. "Hər şeyi ən yaxşı edən", "Hər şeydə ən müvəffəqiyyətli" gənc adam yavaş-yavaş tərləyirdi. Etdiyi hər hücum müdrikin şagirdi tərəfindən ustaca sovuşdurulurdu. Gənc adam tərləməyə davam edirdi. Bir müddət sonra müdafiəsi zəifləməyə başladı. Şagird, usta hücumlarla gənc adamı sıxışdırmışdı. Gənc adam bir an müdrik adama baxdı. Gözləri qorxu dolu idi. Müdrik adam o an, bir əl zərbəsiylə şahmat masasını aşırtdı: "Tamam bitdi! Heç kimin başı kəsilməyəcək!" Gənc adam önünə baxırdı. Müdrik adam danışdı: "Təkrar həyacanı yaşadın... Diqqətini cəmləməyi öyrəndin... Heç kimi kiçik hesab etməməyin lazım olduğunu gördün... Hər an ölümün yanında yaşadığın üçün hər şeyə dəyər verməyin lazım olduğunu anladın..." P.S. İnsan həyata olan marağı özü yaradır. Özünüz özünüz üçün maraq yaradın, yaşamaq həvəsinizi öldürməyin. Hər nə olsa belə həyata qarşı küskün olmayın, həyatdan, yaşamaqdan zövq alın. Qazandıqlarınızı özünüz üçün stimul seçməyi bacarın!!!
Posted on: Tue, 25 Jun 2013 09:52:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015