Çoxlarına hədəf oldum, ha qaçsam da mən hədəfdən Əri - TopicsExpress



          

Çoxlarına hədəf oldum, ha qaçsam da mən hədəfdən Əri döymüş arvadıları it də qapar bir tərəfdən Başlayacam səhhətimdən deyəcəksiz doqquldanır Sinə yanır köz misalı, aram-aram baş fırlanır Deyir- yemə ət qizarma guya qanım parçalanır Ey Allahın bacarmiram qutar məni ot-ələfdən Əri döymüş arvadıları it də qapar bir tərəfdən Qara ciyər şişib guya, öd də bir az çöküntülü Səhər-axşam dəmliyirlər, içirdirlər iyrənc gülü Hər ləzzətə olmaz alıb, sağlam adlı oldum ölü Nəyə lazım o sağlamlıq əgər əl üzdümsə kefdən Əri döymüş arvadıları it də qapar bir tərəfdən Harda qaldi o gunlerim gun kecerdi-isler revan Nə bir ağrı hiss edərdim, gəzişərdim piyan-piyan Bu dərmanlar, bu pəhrizlər sağaltmaqdan vurur ziyan Allahım, bir il tək keçir ötürdüyüm hər bir həftəm Əri döymüş arvadıları it də qapır bir tərəfdən
Posted on: Wed, 24 Jul 2013 14:14:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015