İMAM HÜSEYNİN (Ə) EŞQİNƏ AİD CANIM HÜSEYN (Ə) Çıxanda - TopicsExpress



          

İMAM HÜSEYNİN (Ə) EŞQİNƏ AİD CANIM HÜSEYN (Ə) Çıxanda canım, Hüseyn, bir dəqiqə lütf edəsən, Bir ömür səsləmişəm can verəndə baş çəkəsən. Ölən zamanda Ağa, gözlərim qalar qapıda, O qədər gözləyərəm başım üstünə gələsən. Kimin Hüseyn kimi aləmdə izzəti vardır? Cəlal və mənziləti, şan və şövkəti vardır? Hüseyn damənini boşlama, Hüseyn ağadır, Hüseynə ağlamağın ayrı ləzzəti vardır. Himmət şalın siz bağlayız belizə, Qibtə edər hamı sizin elizə, Hüseynə siz olun vəfalı nökər, Qurban ollam Hüseyn deyən dilizə. Əməl-e-xeyridə faiq deyiləm, Bilirəm aşiqe-sadiq deyiləm, İki aləmlərə sən şahsan, Hüseyn, Mən gədayam37, sənə layiq deyiləm. HÜSEYNDİR İFTİXARIM İki dünyada Hüseyndir iftixarım, Gözəl adı olub daim şüarım, Nə mal, nə sərvət və nə şöhrətim var, Vəli getsəm hara, var etibarım. Hüseyn ibn Əli şəmse-hüdadı40, Peyğəmbərzadədi41 nure-Xodadır42, Ətibba43 naümid etsə mərizi44, Hüseynin dərgahi45 darüş-şəfadır46. Hüseynə xidmət eylə aşiqanə, Nəziri47 gəlməyib, gəlməz cahanə Öz oğlundan qulamın seçməyibdir, Odur adı qalıbdır cavidanə48. DƏRMANIM HÜSEYN (Ə) Rəsmidir şanə57 deyər zülfi-pərişanə sözün, Andırar rəmzilə ta bilməyə biganə sözün. Bu məlahət, bu lətafət ki, sənin var, cana, Yeri vardır yazalar səfhəi-Quranə sözün. Naz edəndə mənə nazında nələr var demirəm, Açmaram özgələrə nərgise-məstanə sözün. Hər zaman dərdin olanda de təbibin özünə, Demədi mur58 o zəfilə Süleymanə sözün. Müftiyi-əzəm eşqin bizə fitvası budur: Zülmdür kim deyə aqillərə divanə sözün. HƏQİQİ KƏBƏ KƏRBƏLADI Ey dərdmənd, dərdə dəva Kərbəladədi, Qorxma mərizin olsa, şəfa Kərbəladədi. Əqlim dedi ki, beyti təvaf eylə hacı ol, Eşqim dedi ki, beyti-Xuda Kərbəladədi. Əqlim dedi şəbi-ərəfatın səfası var, Eşqim dedi ki, şəbi ürəfa Kərbəladədi. Əqlim dedi Minadə dua müstəcabidi, Eşqim dedi həqiqi mina Kərbəladədi. Əqlim dedi ki, səyi-Səfa qəlbi saf edər, Eşqim dedi səfayi-səfa Kərbəladədi. Əqlim dedi ki, zəmzəmin abi-həyatı var, Eşqim dedi ki, abi-bəqa Kərbəladədi. Əqlim dedi yəmin Xudavəndidir həcər, Eşqim dedi cəmali-Xuda Kərbəladədi. Çıx təlli Zeynəbiyyəyə,bax xeyməgahinə, Insan elə bilir üsəra Kərbəladədi. İllər qara geyib vurasan başə, sinəyə, Allah bilir ki, əsli-əza Kərbəladədi. Hansı ürəkdi titrəməsin qətligahidə, Xəncər əlində Şümri-dəğa Kərbəladədi. Min həccidən gözəldi Hüseynin ziyarəti, Miqati-seyyidiş-şühəda Kərbəladədi. Əqlim dedi nə sözdü ələstu bi rəbbikum, Eşqim dedi bu qövlə bəla Kərbəladədi. Oğlun rəva görənmədi qurbanlığa Xəlil, Yetmiş iki xəzibe-dəma Kərbəladədi. Əqlim dedi Xuda deyib Uduni əstəcib, Eşqim dedi məqame-dua Kərbəladədi. Əqlim dedi ki, Məkkənin ali həvası var, Eşqim dedi o halü həva Kərbəladədi Ya rəbb nəsib elə bütün həsrət çəkənlərə, İndi tufaqilə rüfəqa Kərbəladədi. Ərş əksi-Kərbəla ilə afaqə fəxr edər, Misbahi-xəmsətun-nücəba Kərbəladədi. Babül-həvaic həzrət Əbbasi-namdar, Əlan əlində qanlı liva Kərbəladədi. Həllale-müşkül oğludur səqqayi-teşnələb, Hər günə hacət olsa rəva, Kərbəladədi. Qalmaz Kəriminin dəxi qəlbində həsrəti, Görsə ki, heyəti-şüəra Kərbəladədi.
Posted on: Mon, 19 Aug 2013 13:23:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015