İNSANI QOCALDAN 11 VƏRDİŞ (ARAŞDIRMA) Şübhəsiz ki, - TopicsExpress



          

İNSANI QOCALDAN 11 VƏRDİŞ (ARAŞDIRMA) Şübhəsiz ki, qocalıq hər bir insanın sorağına gələr. Ancaq bezi yanlış vərdişlərə tərk edən zaman insan qocalığını bir qədər gecikdirə bilər. Bu vərdişlərə aşağıdakılar aiddir: 1. Gec yatmaq. Gec yatmaq və kifayət qədər yatmamaq sizi tez qocaldar. Yuxusuzluq gözlərin altını şişirdər, üzün rəngini solgun edər. 2. Az hərəkətlilik və idmandan uzaq olmaq. Bu yanlış vərdişi unudun və hər gün idman etməyə çalışın. İdman bədəndəki yaxşı hormonların istehsal olmasına səbəb olar. Bundan başqa qan təzyiqini tənzimləyər, xasiyyəti yaxşılaşdırar. Gün ərizndə 30 dəqiqə idman edin. 3. Şirniyyatı sevmək. Qənd bədənin tez qocalmasına səbəb olar. Şirniyyat çəkini artırar, diabet xəstəliyi üçün şərait yaradar. 4. Siqaret çəkmək. Siqaret ömrünüzü qısaltdığı kimi, sizi tez qocaldar. Tədqiqatlar göstərir ki, o kəslər ki, 35 yaşında siqaret çəkməyi tərgidir, onu davam edənlərlə müqayisədə 8 il çox yaşayırlar. 5. Gözləri ovuşdurmaq. Əgər zahiri cavanlığınızı qorumaq istəyirsinizsə, gözlərinizi ovuşdurmayın. Bu əməl nəticəsində göz ətrafında qırışlar əmələ gələr. Tərkibində D və K vitamini olan kremlərdən istifadə etmək çox faydalıdır. 6. Çəkinin tez-tez dəyişməsi. Bir çəkidə qalaraq cavan qalmağa çalışın. Çəkinin artması ürək xəstəliyi üçün şərait yaradar. 7. Qarnı üstə yatmaq. Qarnı üstə yatmaq üz dərisi üçün zərərlidir. Üzün balışa dəyməsi dəridə çatlar yaradar. Cavan qalmaq istəyirsinizsə, arxası üstə yatmağa çalışın. 8. Stressi kontrol etməmək. Stress çox sayda xəstəliklər üçün şərait yaradar. Həmçinin qəlb xəstəlikləri, asma kimi. Stressdən uzaq olmağa çalışın. 9. Sağlam olmayan yemək proqramı. Hazır və duzlu yeməklər yemək xolesterini artırar və piyləşmə üçün şərait yaradar. Çəki artıqca, insanın qocalması daha tezləşər. Ancaq sulu yeməklər, balıq yeməkləri və salatlardan daha çox yesəniz, duzu az istifadə etsəniz, sizin üçün daha xeyirli olar. Qozu çox yeyin ki, dərinizə çox faydalıdır. 10. Suyu kifayət qədər içməmək. Suyun miqdarını artırmaq cavanlaşmağın ən mühüm açarlarındandır. Su dərini rütubətli saxlayar və zərərli maddələri bədəndən xaric edər. Su azlığı dərinin dartılmasına və tez qırışmasına səbəb olar. Quru dəri həmişə tez qocalar. 11. Kin və düşmənçilik. Çalışın ki, başqalarının pisliyini unudasınız. Güzəşt və əfv etmək insan sağlamlığına və xüsusilə də əsəblərə müsbət təsir qoyar. Bağışlamamaq isə əsəb fəaliyyətini gücləndirər və yuxusuzluğa səbəb olar. Kinli olmaq stressi artırar. Ona görə də əfv etməyi bacarın ki, çox yaşayasınız. /Deyerler.org/ (Tebyan saytına istinadən) _Tehmasib_
Posted on: Sat, 22 Jun 2013 16:07:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015