İSLAM İslam – sözdə ƏL-İSLAM, ƏL-İSTİSLAM itaət - TopicsExpress



          

İSLAM İslam – sözdə ƏL-İSLAM, ƏL-İSTİSLAM itaət etmək, bağlanmaq deməkdir. Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, itaət ilə boyun əymək, şirkdən və şirk əhli olan müşriklərdən uzaq olmaq deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22). Şirkdən uzaq olmaq ondan uzaq olmaq deməkdir. Bu isə şirk əhli olan müşriklərdən uzaq olmaqla olur. «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir». O zaman onlar öz qövmünə belə demişdilər: «Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman (təslim) gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır». (əl-Mumtəhinə 4).
Posted on: Thu, 12 Sep 2013 13:57:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015