İnsult İnsult - beyin qan dövranının kəskin pozulmasıdır. - TopicsExpress



          

İnsult İnsult - beyin qan dövranının kəskin pozulmasıdır. İnsultun iki tipi fərqləndirilir: işemik və hemorragik. İşemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Hemorragik insult - serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın kəllə boşluğuna axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalmaqdadır. İnsult həyat üçün təhlükəli olan kəskin miokard infarktı və ya kəskin kəllə-beyin travması ilə eyni dərəcədə təxirəsalınmaz vəziyyət kimi qiymətləndirilməlidir. İnsult ehtimalını artıran amillər - risk faktorları: - yaş faktoru (45-60 və daha artıq yaş); - irsiyyət (yaxın qohumlarda insult halları); - hipertoniya xəstəliyi; - siqarət çəkmə; - alkoqol içkilərə meyllilik; - piylənmə; - xolesterinin yüksək səviyyəsi, ateroskleroz (damarların xolesterinlə ”zədələnməsi”); - şəkərli diabet; - ürək-damar xəstəlikləri; - fiziki fəallığın az olması. Bu amillərdən hər hansı biri Sizdə mövcuddursa, məsləhət üçün hökmən həkimə müraciət edin. İnsultun ilk simpromları: Bədənin hər hansısa bir hissəsində - sifət, əl və ayaqda əzələ zəifliyinin əmələ gəlməsi Qəfildən görmənin zəifləməsi və ya tamamilə yox olması Danışma qabiliyyətinin pozulması Baş gicəllənmədən,ayağadura bilməməkdən şikayətlər Qəfildən güclü başağrısı başlaması Arterial təzyiqin düşməsi Xəstənin sifəti qırmızı rəngə çalır, əlləri əsir, nəfəsalma çətinləşir, hərarət yüksəlir Udma qabiliyyətinin pozulması Qıcolma tutmaları Şüur pozulması İnsultun profilaktikası Əgər arterial təzyiq varsa, gündə ən azı 2 dəfə onu yoxlatmalısız. Bu nəinki insulta gətirib çıxarır, hətta miokart infaktı da törədə bilər. Son vaxtlar insult "cavanlaşıb". Elə buna görə də fiziki iş rejimini qaydaya salmağı məsləhət görürlər. Dərhal siqaret çəkməyi tərgitməli, spirtli içkidən imtina etməlisən. Yağlı yeməkləri az yemək, duzun miqdarını azaltmaq, çəkini qaydada saxlamaq lazımdır. İnsanlar özlərinə sakitləşdirici hobbi tapsalar yaxşı olardı: krossvord etməyə, əsərlər yazmağa, güllər əkməyə həvəs göstərsinlər.
Posted on: Sun, 25 Aug 2013 18:33:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015