İran rejimi Urmiya gölünü qurutmaqla aşağıdakı - TopicsExpress



          

İran rejimi Urmiya gölünü qurutmaqla aşağıdakı məqsədlərinə çatacaq: 1. Urmiya gölünün quruması ilə bir neçə milyon ton duzu külək əsərək Azərbaycan ərazisinə yayacaq və Azərbaycan şoranlığa çevriləcək. 2. Bəzi ekspertlərin fikrincə, Urmiya gölünün quruması ilə duzla yanaşı, insanların sağlamlığı üçün zərərli olan bəzi kimyəvi maddələr də Azərbaycan ərazisində yayılacaq. Azərbaycanlı uşaqların bəzilərinin əlil olaraq dünyaya gələcəyi də ehtimal olunur. 3. Urmiya gölü Azərbaycanda hava temperaturunun mülayim olmasına səbəb olur. Urmiya gölünün quruması ilə Azərbaycan hava temperaturu baxımından səhraya çevriləcək. Gecələr hava çox soyuq, gündüzlər isə çox isti olacaq. Hava temperaturunun istiləşməsindən başqa Azərbaycandakı şirin su mənbələrinə də mənfi təsir göstərəcək. 4. Hər il xarici ölkələrdən və İranın başqa ərazilərindən Urmiya gölünü görmək üçün Azərbaycana səyahət edirlər. Əslində Urmiya gölü turistik stimul baxımından mühüm rol oynayır və buna görə də hotellər (qonaq evi), restoranlar və nəqliyyat sahəsində çoxlu sayda iş və gəlir mənbələri yaranır. Təbiidir ki, Urmiya gölünün quruması ilə Azərbaycan turistik baxımından əlverişliliyini itirəcək və işsizlik çoxalacaq. 5. Siyasi ekspertlərin fikrincə, Urmiya gölünün quruması ilə tədricən və sistematik formada azərbaycanlılar Xuzistan, Lorestan, Sistan və Bəlucestan kimi vilayətlərdə məskunlaşacaqlar. Milyonlarla azərbaycanlının pərakəndə şəkildə müxtəlif ərazilərə miqrasiyası azərbaycanlıların mərkəzi dövlətə qarşı təhlükəsini tədricən azaldır. Başqa tərəfdən miqrasiya etmiş azərbaycanlılarla ərəb, bəluc və lorlar kimi yerli əhali arasında ziddiyyət və qarşıdurma yaradaraq onlar üzərində daha yaxşı idarəetməyə malik olacaq.
Posted on: Wed, 05 Jun 2013 17:18:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015