"Şer zövqündən olmayan agah, Əhli-nəzmi məzəmmət - TopicsExpress



          

"Şer zövqündən olmayan agah, Əhli-nəzmi məzəmmət eyləməsin. Öz səhvini etiraf etsin, Hər kəramətə sehr söyləməsin." ( M. Fizuli) " Musiqi insana zövq verir, fəqət heç nə öyrətmir. Şer isə həm ruhun qidasi, həm də yaxşi müəllimdir."(İ. Kant) ......Dostlar, bu gün yeni yazdiğim şerləri paylaşdim, onlar sizin ixtiyarinizdadir...... 1) " Qaytarin yerinə dar ağacini" ( R. Qusarçayli), 2) " İdik" ( S. Ə. Şirvani), 3) " Özünü gözlə" ( M. Aslan), 4) " Qayit"(Ə. Kərim), 5) " Ey təbib" (M. Fizuli), 6) " Nə gəzir" ( R. Qusarçayli). Məlumat üçün bildirirəm: Bu günlərdə isə " Səbuhi" studiyasinda bu şerlər də daxil olmaqla, 21 poeziyadan ibarət disk " SƏNİ UNUTMAQDAN ÖTRÜ......" adi ilə satişa buraxilacaq. Və sonda.....Mənə "yaxşi şer deyirsiniz" , yaxud, " şair" deyə müraciət edən soydaşlarim, mən, bünövrəsi Kazim Ziya tərəfindən qoyulmuş , Müxlis Cənizadə, Həsən Əbluç, Mikayil Mirzə, Əminə Yuzifqizi tərəfindən davam etdirilmiş bədii qiraət sənətinin daşiyicilarindanam! Mən- BƏDİİ QİRAƏTÇİYƏM!!! Aktyor sənətinin bir qolu olan bu sənətdə yaşanti yoxdursa, o sənət də yoxdur! Bu hər kəsə nəsib olmayan sənətdir.....Məlahətli səs, düzgün diksiya, yaddaş, savad, ədəbi mətni seçmək bacariği, texnika, orfepiyanin qanunlarini bilmək bu sənətin başlica meyaridir!!! Ona görə də bu sənətin daşiyicilarinin sayi dünyasini dəyişənlərlə birlikdə heç on nəfərə çatmir......Rusiyada hər il Sankt- Peterburq şəhərində onlarin məşhur bədii qiraətçisi olmuş Yaxontovun xatirəsinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilir. (!) Baxin , muğam oxuyan, meyxana deyən, mahni oxuyan, " ulduzlar" ....sayi-sanbali nə qədərdir.....? Amma, bu sənətdə meydan sulamaq uçun Allah tərəfindən verilmiş səslə bərabər, yuxarida sadaladiğim meyarlara malik olmaq gərək.....Xülasə, MƏN, öz bənzərsiz bədii qiraət sənətimlə fəxr edirəm və sizlərə- xalqima xidmət edirəm!!!! Di, ALLAH AMANİNDA!!!
Posted on: Sun, 21 Jul 2013 09:16:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015