Şəhid olarkən Əliəkbərin neçə yaşı - TopicsExpress



          

Şəhid olarkən Əliəkbərin neçə yaşı vardı? Əliəkbər (tərcüməsi – böyük Əli) İmam Hüseynin (ə) Əli adlı üç oğlundan ən böyüyü idi. Əliəsğər (kiçik Əli) Kərbəlada oxla vurulmuş südəmərin ləqəbidir (onun əsil adının Abdullah olduğunu yazırlar). Əliövsət (ortancıl Əli) dördüncü imam Zeynül-abidindir ki, aşura günündə 23-ə yaxın yaşı vardı. Əliəkbər yaşca bunlardan daha böyükdür. Əbül-fərəc İsfahani “Məqatilüt-Talibiyyin” kitabında onun xəlifə Osmanın zamanında doğulduğunu yazır. Osmanın xilafət illəri hicri 23-35-ci illəri əhatə edir. Deməli, Əliəkbər hicri 35-ci ildən əvvəl doğulmuşdur. Mənbələrdə onun təvəllüd tarixi hicri 33-cü il göstərilib. Bu hesabla aşura günündə təqribən 27-28 yaşı var imiş. Bəzi mərsiyələrdə Əliəkbərin 18 yaşında, subay halda şəhid olması barədə deyilənlər həqiqətdən uzaqdır. Ziyarətnamələrdə onun künyəsi Əbül-Həsən şəklində verilib. Nəzərə alsaq ki, İslamda tez evlənmək təkid edilir və müqəddəslər bu tövsiyəyə əməl edirdilər (aşurada 23 yaşlı İmam Zeynül-abidinin artıq 4 yaşlı oğlu vardı), o zaman Əliəkbərin də evli olduğunu qəbul etməliyik. Bununla belə, tarix kitablarında onun nəslinin davam etməsi haqqında məlumat yoxdur. Ehtimal ki, Əliəkbərin övladları ya kiçik yaşında vəfat etmiş, ya da sonsuz olmuşlar.
Posted on: Wed, 04 Dec 2013 18:40:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015