Əli NƏCƏFXANLI GECƏNİ SEVMƏYƏN QIZ - TopicsExpress



          

Əli NƏCƏFXANLI GECƏNİ SEVMƏYƏN QIZ "Mənim gecələrdən acığım gəlir..." (R. adlı bir qızın etirafından) Uzun bir tunelə bənzəyir gecə, Kölgələr sürünə-sürünə keçir. Arxayın saatlar, ləng dəqiqələr Zülmətə bürünə-bürünə keçir. Bir qız var, gecəni görən gözü yox, Gecə qənimidi, səhər həkimi. Gözünü zilləyib zil qaranlığa Səhəri gözləyir səhərə kimi. Divarlar yeriyib gəlir üstünə, Yuxu həbləri də işə yaramır. Gündüzlər damağı çağ olan qızın Gecələr başlayır qara bayramı. Bir qərib sevdanın itiklisidi, Könlü haraydadı, qulağı səsdə. Hərdən də sükutu tərpətmək üçün Dərdini oxuyur bayatı üstdə. Gecə ahlarıyla yalqız qalan qız Axşamdan-sabaha şam kimi yanır. Səhər açıldımı, dağılır dərdi, Təzədən ömrünə ömür calanır. Gündüzü min dillə dindirə bilir, Bilmir gecə ilə dil tapsın gecə. Günəşə yalvarır - çıxıb getməsin, Allaha yalvarır - düşməsin gecə. Barışmaq istəmir öz qismətilə, Gecəni danmaqdan bezmir, yorulmur. Amma nə etməli, ömür qatarı Gecə tunelindın keçməsə, olmur.
Posted on: Tue, 06 Aug 2013 09:53:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015