Ərze-hacət (rövzə) Gəl başım üstə olsa Hüseyn can, - TopicsExpress



          

Ərze-hacət (rövzə) Gəl başım üstə olsa Hüseyn can, ləyaqətim, Axır nəfəsdə vardı sənə ərz-hacətim. Çox mayiləm dübarə görüm məh cəmalını, Qoyma ürəkdə qalsın amandır bu həsrətim. Sən şahisən gələndə ayağa duranmasam, Məzur et ki, qəlbidə yox ayrı niyyətim. Bir hala qalmışam ki, özüm şərh edəmmərəm, Yoxdur ayağa durmağa bu dizlərdə taqətim. Əfv elə xeyməgahə sarı gələmməsəm, Nazlı Səkinədən bilirsən var xəcalətim. Səy elədim ki, məşkə xətər yetməsin, vəli, Məşk oxlanıb dağıldı su, heyf oldu zəhmətim. Qolsuz yıxılmışam yerə, düşmənlərim gəlir, Tab eyləyəmmirəm, məni öldürdü qeyrətim. Hasil gəlibdi dada Hüseyn şahi-teşnəqan, Səsləndi aç gözün məni çox etmə bağrıqan. Qan laxtası yumub gözünü heyf görəmmisən, Salmış nə hala fovci-bəla qəmgüsarini. Aç qanilə dolan gözünü göz-gözə baxaq, Bir də görüm doyunca o çeşmi-xümarini. Çox olma del qəmgin ki, ayağa durammısan, Salma özünü zəhmətə ki, bildim işarəni. Ətşan Fərata daxil olub içmədin sudan, Artırdı dəhridə bu əməl etibarini. Nazlı Səkinəm indi çəkir intizarini, Gördü Hüseyn yoxdu dəxi rahi-çarəsi. Tab eləmir bu qəmdə deli parə-parəsi, Ağlar gözilə durdu ayağa o didətər, Üz qoydu xeyməgaha tərəf zarü-xuncigər. Qoyduqca hərdəm yerə ahəstə səslənir, Qardaş ölümü qardaşın axı belin bükər.
Posted on: Fri, 15 Nov 2013 09:04:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015