------------ ALLAHA SEVDIRIN ------- (Xalqı)ALLAHa tərəf - TopicsExpress



          

------------ ALLAHA SEVDIRIN ------- (Xalqı)ALLAHa tərəf çağıran,yaxşı iş görən və - mən Müsəlmanlardanam! - deyən kəsdən daha gözəl kim ola bilər?! (Fussilət 33) Rəsulullah (s.ə.v) buyurdu: "Sizdən hər kim pislik görsə onu əli ilə düzəltsin,gücü çatmazsa dili ilə düzəltsin,buna da gücü çatmazsa ürəyi ilə ona nifrət etsin!Bu isə imanın ən zəif halıdır."(Müslim,İman 78) Ənəs (r.ə) dəvətçilərin axirətdə nail olacaqları yüksək mərtəbələri izah edən bir hədisi şərifi belə nəql edər; Rəsulullah (s.ə.v) bir gün belə buyurdu: "-Sizə bir qisim insanlardan xəbər verimmi?Onlar nə peyğəmbər nə də şəhiddirlər.Ancaq qiyamət günündə peyğəmbərlər və şəhidlər,onların ALLAH qatındakı mövqelərinə qibtə edərlər.Nurdan minbərlər üzərinə oturmuşlar və hər kəs onları tanıyar." Əshab-ı kiram: "-Onlar kimlərdir ya Rəsulullulah? deyə soruşdular. ALLAH Elçisi: "-Onlar ALLAHın qullarını ALLAHa sevdirən və ALLAHı da qullarına sevdirən kəslərdir.Yer üzündə nəsihətçi və təbliğçilər olaraq gəzərlər." Mən: "-Ey ALLAHın Rəsulu!ALLAHı qullarına sevdirməyi anladıq bəs ALLAHın qullarını ALLAHa sevdirmək necə olar? dedim" Buyurdu ki: "-İnsanlara ALLAHın sevdiyi şeyləri əmr edərlər,sevmədiyi şeylərdən də çəkindirərlər.İnsanlar da bunları edincə ALLAH onları sevər." Təbliğ,İslam dininin əsaslarını izah edərək onları yaymağa,insanlara mənimsədib əmrləri istiqamətində yaşamalarını təmin etməyə çalışmaqdır... 'Cicek'
Posted on: Wed, 17 Jul 2013 13:46:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015