- Acı söz demədən əvvəl, lal olanları düşün... - - TopicsExpress



          

- Acı söz demədən əvvəl, lal olanları düşün... - Yeməyin dadından gileylənmədən əvvəl, yemək tapa bilməyənləri düşün... - Yoldaşından narazı olmadan əvvəl, hər gün ALLAHDAN sevgi diləyən tənhaları düşün... - Həyatdan şikayət etmədən əvvəl, həyatdan erkən köçənləri düşün... - Uşaqlarından narazılıq etmədən əvvəl, çox istəsələr də uşaq sahibi ola biləməyənləri düşün... - Evdəki tör-töküntüdən gileylənmədən əvvəl, küçədə yaşayanları düşün... - Gedəcəyiniz uzun yoldan narazı olmadan əvvəl, o yolu ayaqla qət edənləri düşün... - Yorulub işindən şikayətlənmədən əvvəl, sənin yerində olmaq istəyən işsizləri, şikəstləri düşün... - Kimisə müzakirə etmədən əvvəl, hər kəsin günahi olduğunu düşün... - Pis fikirlər səni əhatə etdikdə, sadəcə gülümsə və düşün:Sən varsan və kim üçünsə lazımsan..! [-Miri-]
Posted on: Sun, 03 Nov 2013 18:31:39 +0000

Recently Viewed Topics




© 2015