1.İsimlər cinslər üzrə 3 qismə bölünür:kişi(мой, - TopicsExpress



          

1.İsimlər cinslər üzrə 3 qismə bölünür:kişi(мой, он, чей?),qadın (моя, она, чья?),orta cins (моё, оно, чьё?). Kişi cinsinə aiddir: -Əsasən qalın samitlərdən və ya [й]-hərfindən,ismin adlıq halının tək hal sonluqlarından ibarət bütün isimlər: диван, столп, сарай, гений; -İsmin adlıq halının tək hal sonluqlarında əsasən incə samitlər olan isimlər(yiyəlik halda bu isimlərdə sonluqlar –А,-Я): конь(коня), ключ(ключа), рыцарь(рыцаря), лещ(леща); -Müxtəlif şəkildə hallanan isimlər-путь; -подмастерье (1.usta köməkçisi,2.kərgər,şagird) ismi; -Kişi cinsinə mənsub olan şəxsi bildirən -А,-Я sonluqlu isimlər (bu cinsə mənsub olan isimlər məna etibari ilə aşağıdakı növlərə ayrılır): папа, дядя, Серёжа, юноша; -ИШК,-УШК,-ИЩ suffiksinə malik -О,-Е sonluqlu isimlər: сараишко(сарай), хлебушко(хлеб), домище(дом). Qadın cinsinə aiddir: -İsmin adlıq halının təkində –А,-Я sonluqlu isimlər: сумка, песня, история; -İsmin adlıq halının təkində (yiyəlik halda bu isim sonluğu –И) əsasən incə samitli və həmçinin –Ж,-Шsonluqlu isimlər: соль(соли), вещь(вещи), степь(степи), мышь(мыши), рожь(ржи). Orta cinsə aiddir: -İsmin adlıq halının təkində -О,-Е sonluqlu isimlər: солнце, окно, собраниие; -Müxtəlif şəkildə hallanan isimlər: время, бремя, племя, вымя, имя, пламя, стремя, семя, знамя, темя, дитя. Yadda saxla!İsimlər Ь hərfi ilə: Kişi cinsi:пень, лось, уголь, гель, окунь, тополь, китель, фитиль, ставень, линь, сухарь, дактиль, студент, ясень, рояль, голубь, тю-лень, пароль, табель, коктейль, шампунь, стержень, миндаль, хрусталь, стиль, плетень, госпиталь, тюль, ливень, поршень, жу-равль, лебедь, штемпель, якорь, шмель, пустырь, картофель, жё-лудь, бюллетень, ноготь, кисель, вексель, пудель, ковыль, щавель.коготь, вестибюль, толь. Qadın cinsi: полынь, степень, вермишель, удаль, прорубь, боль, моль, эмаль, мель, пасть, болезнь, трость, сеть, лесть, мозоль, речь, щель, глушь, мелочь, лень, бандероль, плеть, брешь, печь, гавань, брошь, шаль, цепь, грань, нить, мораль, тень, честь, месть, кость, печень, вуаль, медаль, деталь, сирень, свирель, мебель, мишень, область, ветошь, ступень, рысь, пыль, печаль, печать, ель, дань, гортань, лань, сталь, власть, страсть, ложь, тишь, тварь, весть, роль, доблесть, фасоль, панель, фальшь, суть, дичь, колыбель, пустошь, картечь, мощь, артель, новь, дрель, блажь, зелень, медь, знать, дуэль, гибель, канитель, сыпь, высь, тушь, спесь, сень, даль, синь. İsimlərin əsas hissəsini ümumi cinsə mənsub isimlər təşkil edir: Onların əlamətləri: –А,-Я sonluqlu (I dərəcədə hallanma) –Həm qadın,həm də kişi cinsinə mənsub şəxsləri ifadə edir. –Qiyməti məna anlamı verir və həmçinin insanların keyfiyyət göstəricilərini ifadə edir(daha çox mənfi keyfiyyətlər): плакса(ağlağan), забияка(dalaşqan), соня(iradəsiz adam), белоручка(əlini ağır işə vurmayan), неряха(pinti), задира(sataşqan). Yadda saxla!İxtisas,vəzifə,fəaliyyət növü üzrə şəxsləri ifadə edən isimlər həm kişi,həm də qadın cinsinə mənsub ola bilər. Onlar ümumi cinsə deyil,kişi cinsinə aid edilir: судья, инженер, староста, педагог. Keçmiş zamanın feli xəbəri bu halda həmin şəxsin hansı cinsə aid olmasından asılı olur,təyini-sifət ancaq kişi cinsində istifadə olunur: Знаменитый педагог Васильева выступила на конференции. 2.Hallanma-sözlərin hallar üzrə dəyişməsi.Rus dilində 6 hal mövcuddur: 1.Именительный падеж (Adlıq hal)(кто?, что?) 2.Р одительный падеж (Yiyəlik hal)(кого? чего?) 3.Дательный падеж (Yönlük hal)(кому? чему?) 4.Винительный падеж (Təsirlik hal)(кого? что?) 5.Творительный падеж (Birgəlik hal)(кем? чем?) 6.Предложный падеж (Barəlik hal) (о ком? о чём?) Adlıq haldan başqa bütün hallar 2-ci dərəcəli hallar hesab olunur.Adlıq hal önlüksüz(şəkilçisiz) ,Barəlik hal həmişə önlük(şəkilçi) ilə,digər hallar-həm önlüklü(şəkilçili),həm də önlüksüz (şəkilçisiz) işlədilir. İsmin hallarını təyin etmək üçün,onun aid olduğu sözü tapmaq və bu sözlə ismə sual vermək lazımdır. İsimlərin cinslər üzrə hallanma cədvəli 1-ci dərəcəli hallanma 2-ci dərəcəli hallanma 3-cü dərəcəli hallanma Kişi cinsi А, Я - Qadın cinsi А, Я - (Ь) Orta cins - О, Е - Yiyəlik halın 2-ci dərəcəli hallanması zamanı kişi cinsinə mənsub А, Я sonluqlu bəzi isimlərin sonuna –У,-Ю əlavə olunur: a)nəyinsə hissəsi anlamını verən isimlər: выпил чаю,кусок сыру, килограмм сахару. б)не имеет виду(əhəmiyyəti olmayan), для виду(əhəmiyyətə məxsus), наделал шуму(səs çıxarmaq) sözləri ilə ifadə olunmuş. в)ayrıca ifadə edilmiş С, ИЗ, ОТ, БЕЗ sözönlərindən sonra; НИ ədatı ilə: с глазу на глаз, умер со смеху, поднял с полу, из дому, без году неделя, со смраху, из лесу, ни разу. Barəlik halın 2-ci dərəcəli hallanması zamanı –Е sonluqlu bəzi isimlərin sonluğu –У,-Ю olur: a)Yer(məkan) bildirdikdə -В,-НА sözönlərindən sonra: в лесу, в углу, в долгу, на лугу, на краю; б)Ayrıca mənada –деревья в цвету, чаинки в чаю, смоять в строю. Bəzi isimlər hallanarkən xüsusiyyətə malikdirlər: -kişi cinsinin barəlik halının 2-ci dərəcəli hallanmasında –ИЙ və orta cinsdə -ИЕ sonluqlu isimlərin sonu –И olur: гений-о гении санаторий-о санатории здание-о здании терпение-терпении -qadın cinsinin yiyəlik,yönlük,barəlik hallarının 1-ci dərəcəli hallanmasında –ИЯ sonluğu –И sonluğu ilə əvəz olunur: история-истории(yiyəlik h.), истории(yönlük h.), об истории(barəlik h.); -sifətləşmiş isimlər isim kimi hallanır: портной-портного, столовая-столовой Rus dilində 12 müxtəlif şəkildə hallanan isimlər mövcuddur: -МЯ sonluqlu 10 isim (orta cins)-время, бремя, вымя, имя, племя, пламя, стремя, семя, знамя, темя; -1 kişi cinsində olan isim-путь -1 orta cinsdə olan isim-дитя A.h. время путь дитя Y.h времени пути дитяти Yö.h времени пути дитяти T.h. время путьп дитя B.h. временем путём дитятею Ba.h. о времени о пути о дитяти 10 ismin hallanma formalarını öyrənərkən –МЯ sonluqlu isimlərdə -ен suffiksi qaçırmamaq lazımdır. Həmçinin hallanmayan isimlər də vardır.Bu isimlər hallar üzrə dəyişmir və olduqları formada qalırlar. Bu isimlərə aiddir: -başqa dillərə mənsub O,E, И, У, Ю, А, Я sait sonluqlu isimlər: радио, шоссе, жюри, рагу, меню, бра, Дюма, Золя; -samit səslə bitən başqa dillərə mənsub familiya və adlar (qadın cinsi): Алигер, Войнич, Севиндж, Нигяр, Натаван; -rus və ukrain familiyaları –O,-ИХ(-ЫХ),azərbaycan –ЗАДЕ,-ЛИ,gürcü –ДЗЕ, -ШВИЛИ: Шевченко, Долгих, Ерёменко, Гусейн-заде, Аскерли, Чавчавадзе, Гаприндашвили; Hərfi və qarışıq xarakterli mürəkkəb ixtisarlı sözlər: БГУ, СМИ, ООН. Hallanmayan sözlər öz leksik mənasına görə cinslər üzrə ayrılırlar: 1)Kişi cinsinə aiddir: -kişi cinsinə mənsub şəxsləri ifadə edən isimlər: Маэстро, месье, конферансье, рантье, импресарио, падре, атташе, кюре, инкогнито, кули; -heyvan adları: кенгуру, колибри, гну, фламинго, пони, шимпанзе; -külək adları: торнадо, хазри, сирокко; -dil adları: хинди, суахили, фиджи, фарсы; -isimlər:кофе, пенальти, га, сулугуни (pendir),бри (pendir), экю (köhnə fransız pulu). 2)Qadın cinsinə aiddir: -qadın cinsinə mənsub şəxsləri ifadə edən isimlər: мадам, мадемуазель, леди, фрау, пани, фру, ханум, мисс; -isimlər :цеце (milçək növü),салями (коlbasa),кольраби (кələm),иваси (siyənək),авеню (geniş küçə),бере (armud növü),бери-бери (xəstəlik). Qalan ümumi hallanmayan isimlər orta cinsə mənsubdur: такси, портмоне, шоссе, меню, эскимо, ампула. Hallanmayan isimlərə aid coğrafi adlar isə ümumi isimləri təyin edir: Баку, Тбилиси, Дели, Ханкенди, Сочи-kişi cinsi Миссисипи, По, Коорадо, Р иони, Сунгари-qadın cinsi Mürəkkəb ixtisarlı sözlər adətən söz birləşmələrinin əsası hesab olunur: БГУ (Бакинский государственный университет)-kişi cinsi ГЭС (Гидроэлектростанция)-qadın cinsi Yadda saxla!Mürəkkəb ixtisarlı spzlər hallanarkən sonuluğu ifadə edir : спецназ(k.c.), зарплата(q.c.) ТАСС, ЗАГС, ДОСААФ, вуз, дот.дзот, ТЮЗ.БАМ, ЖЭК-kişi cinsinə mənsub isimlər (hallar üzrə dəyişən)
Posted on: Sat, 21 Sep 2013 20:49:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015